Xiyar gəlirli sahədir

 

                                                                                                                                                                               

 

 

Xiyar ilin bütün fəsillərində daha çox istifadə olunan bitkilərindəndir. Onun körpə meyvələri istifadə olunur, həmçinin turşuya qoyulur, konservləşdirilərək bütün il boyu istifadə olunur. Əhalinin il boyu təzə tərəvəz məhsulu ilə təmin olun­ma­sın­da xiyar əsas yerlərdən birini tutur. Ona görə də xiyar həm açıq sahədə, həm də isti­xanalarda becərilir. Xiyar istixanalarda becərilən əsas bitkilərdən olmaqla ümumi tərəvəz əkininin 50%-ni təşkil edir. Son illər istixanada xiyar becərilməsinə maraq xeyli yüksəlmişdir. Bu xiyar bitkisinin pomidora nisbətən daha tez (50-55 gün) məhsula düşməsi ilk yığımlarda və ve­ge­ta­siya dövründə hər m2 sahədən daha çox məhsul verməsi və becərilməsinin asan ol­ma­sı ilə izah olunur.

Şəmkir rayonunun Qaracəmirli kən­din­də fermerlər xiyar toxumunu il ər­zin­də istixanalarda yaz və yay müd­də­tində 3 dəfə səpərək vahid sahədən daha sə­mə­rə­li istifadə etməklə daha yüksək gəlir əldə edir­lər.

Şitilin əkini birinci müddətdə martın 5-10-da, ikinci müddətdə aprelin 25-30-da, üçüncü müddətdə isə iyulun 10-15-də aparılır. Şitilin əkin müddətindən asılı olaraq toxumun səpini də müxtəlif müd­dətlərdə aparılır. Yəni şitilin əkin müd­­­­dətindən asılı olaraq toxumun şitilliyə sə­pini şitilin daimi yerinə səpilməsindən 30-32 gün əvvəl aparılır. Əgər şitil martın 5-10-da daimi yerinə əkiləcəksə, toxum isti şitilliyə 30-32 gün əvvəl 1-5 fevralda səpilir.

Aprel və iyun əkinlərində isti şi­til­likdə şitil becərmədən toxum bir başa istixanaya şitil əkinindən 30-32 gün əvvəl arat edilmiş sahəyə səpilir. Bu halda dib­cək düzəldilməsi və isti şitillikdə şitil be­cə­ril­məsinə əlavə xərc çəkilmədiyindən məh­­­sulun maya dəyəri xeyli azalır, məhsul bir qədər ucuz qiymətə satılsa da məhsulun alıcılıq qabiliyyəti yüksəlir və nəticədə xa­lis gəlir də artır.

Ona görə də Qaracəmirli kəndinin torpaq mülkiyyətçisi İsmayıl Hüseynovun qismən isidilən yaz istixanasında yüksək gə­lir verən xiyar becərmə texnologiyasını fer­merlərin nəzərinə çatdırıram.

İstixanada becərmək üçün F1 Su­pe­ri­na hibridindən istifadə olunmuşdur. Fa­raş əkinlərindən fərqli olaraq bu üsulda to­xum bir başa daimi yerinə - istixanaya arat olunmuş torpağa səpilmişdir. Toxum sə­pin­dən qabaq cücərdilmiş, səpin dərin­li­yi 2-3 sm götürülmüş, hər yuvaya bir ədəd to­xum qoyulmuşdur.

Səpin iki cərgəli lent sxemində apa­rı­laraq lentarası 80 sm, lentdə cərgəarası 60 sm, cərgədə bitki arası məsafə 35 sm götürülmüşdür.

Bitkilərə qulluq işləri. Cü­cər­mə­yən toxumların yenisi ilə əvəz olunması (sahənin təmiri), cərgə və bitki aralarının becərilməsi, alaqlarla mübarizə, suvarma, 2 dəfə yemləmə gübrəsinin verilməsi, bitkilərə birgövdəli forma verərərk şpalerə qaldırılması, qocalmış və xəstə yarpaqların qoparılıb atılması, isti­xa­na daxılındə istilik və rütubət rejiminin nizamlanması, bit­ki­ləri günəş şüasının zə­rər­li təsirindən mü­hafizə etmək üçün isti­xa­nanın üst ör­tü­yü­nün tabaşir məhlulu ilə çilənməsi ol­muş­dur.

Qulluq işləri vaxtında və yüksək aqrotexniki səviyyədə yerinə yetirilmişdir.

Məhsulu yığımı - meyvələr sorta məxsus normal iriliyə çatdıqda hər 2-3 gündən bir bitkiləri zədələmədən əl ilə apa­rılmışdır. Yığım vaxtı tağ üzərində mey­və qalmasına xüsusi fikir verilmişdir. Çünki tağ üzərində iri meyvələrin qalması və ya yığımın gecikdirilməsi məhsul­dar­lı­ğın kəskin azalmasına səbəb olur. Məhsul yı­ğıldıqdan sonra çeşidlənərək 10 kq-lıq salafan kisələrə səliqəli qablaşdırılaraq rea­lizə olunmuşdur.

Sahəsi 360 m2 (40 mk 9m) olan istixanada xiyar yetisdirilməsinə cə­ki­lən xərclər istixananın və sahənin hazır­lanması və zərərvericilərə qarşı itifadə olunan pre­pa­ratlara, polietilen pərdəyə, birkiləri şpa­lerə qaldırmaq üçün lazım olan polietilen kən­dirə toxumun səpilməsinə, bitkilərə quluq işlərinə, məhsulun yığıl­ma­sı, ce­şid­lən­məsi və qablaş­dırıl­masına cəki­lən xərc­lər cəmlənərək müəy­yən edil­miş­dir.

Hesablamaların nəticələrinə görə 360 m2 istixanada xiyar yetisdirilməsinə cəmi 580 manat xərclənmisdir. Həmin sahədən 5040 k/q əmtəəlik məhsul yığılmısdır. Məhsulun hər k/q -ı 0,35 ma­na­ta satılmişdir. Məhsul satışından (5040 k/q  x 0,35m)  1764 manat gəlir götü­rülmüşdür. Məhsul satışından əldə olunan gəlirdən məhsulun yetişdirilməsinə çəkilən xərclər çıxdıqda (1764 manat-580 manat) 1184 manat xalis gəlir əldə olun­muş­dur.

İqtisadi göstəricilər onu deməyə im­kan verir ki, yaz və yay dövründə isi­dil­mə­yən polietilen örtüklü isti­xa­na­lar­da şitil be­­cərmədən toxumun bir başa daimi yeri­nə səpərək becərilməsi çox gə­lirli ol­duğu üçün  fermer təsər­rü­fat­larında ge­niş ya­yıl­sın.

     

 

Hüseynov Qulu

 

 

 

 

 

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA KƏND TƏSƏRRÜFATI KREDİTLƏRİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

 

GƏNCƏ BİZNES QRUP

 

İKİNCİ KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI VƏ KREDİTLƏŞMƏSİ LAYİHƏSİ

 

Dünya Bankının vəsaiti ilə  Kənd Təsərrüfati Nazirliyi yaninda Kənd Təsərrüfati Kreditləri üzrə Dövlət Agentliyi maliyyələşdirilir

 

Ünvan: Az 2000, Gəncə şəhəri, Atatürk pr. 258, GBG

 

Tel: (022) 56 59 01

Faks: (022) 56 59 01

E-Mail: g_gbg_grmm@azeurotel.com

 

 

MAY

_________________________________

Tiraj: 11740 ədəd

 

 

GƏNCƏ 2009