QULANÇAR AZYAYILMIŞ

                                                          QİYMƏTLİ VƏ GƏLİRLİ BİTKİDİR

 

 

 

                                                                                 

 

 

 

Yer kürəsində mövcud olan 1200 növünün ayrı-ayrı ölkələrdə 130 növə qədəri mədəni tərəvəz bitkisi kimi becərilir. Azər­baycanda isə 40 mədəni növ becərilir. Bu­rada yabanı halda bitən 100-ə qədər ya­bani növün 50-yə qədərinin bioloji tə­sərrüfat xü­su­siyyətləri öyrənilərək onların mədəni bit­kilər sırasına daxil olması məsləhət gö­rül­müşdür. Bu bitkilərdən biri də qulançardır.

Əhəmiyyəti. Qulançar zülalla ən çox (1,65 - 1,75%) zəngin olan tərəvəz bitkilərdəndir. O qısa müddətdə əti əvəz edir. Onun qida kimi zərif boy zoğlarından istifadə edilir. Boy zoğları müxtəlif şorbalara tökülür, pörtlədilərək yağ-soğanda qovrulub sarımsaq qatıqla yeyilir. Onun zoğları həm­çinin kartof kimi qaynar külə basırılaraq bişirilib yeyilir.

Qulançar müaliçəvi xüsusiyyətə ma­lik olub. Tərkibində Ğasparaginğ və bir sıra vitaminlər (A, C, B1, B2) var. Qulançar erkən yazda daha tez məhsul verməklə əhalinin faraş məhsulla təmin olunmasında böyük rol oynayır.

Bioloji xüsusiyyətləri. Qulançar çoxillik ot tipli bitkidir, iki evlidir. Çiçəkləri təkcinslidir. Çarpaz tozlanır. Meyvəsi qırmızı, toxumu qara rənglidir.

Kök sistemi - yoğunlaşmış güclü kökümsov gövdələr əmələ gətirir. Yo­ğun­laş­mış kök sisteminin üzərində nazik köklər əmələ gəlir.

Gövdəsi - budaqlanır, hündürlüyü 2 metrə çatır.

Yarpaqları - iynə şəkilli olur. Boy zoğları da yarpaq rolunu oynayır.

Xarici şərait amillərinə tələbatı. Soyuğa davamlı olub qışı açıq sahədə sərbəst keçirir. Toxumu 17-290 S istilikdə normal cücərir. Çox aşağı və yüksək (+350 S-dən artıq) cücərmə ləngiyir. Qulançarın cavan zoğları azacıq aşağı temperaturda məhv olur. Sərin hava şəraitində (150 S) zoğlar budaqlanmadan 70 sm-ə qədər hün­dür­lükdə böyüyür, məhsul isə keyfiyyətli olur. Temperatur yüksəldikcə boy zoğları da tez budaqlanır və öz əmtəəlik keyfiyyətinin iti­rir.

İşıq sevən bitkidir, kölgəli şəraitdə boy zoğları nazikləşir, məhsuldarlıq azalır.

Quraqlağa davamlıdır. Lakin su ilə normal təmin olunması onun böyümə və inkişafına normal təsir edir. Torpaq mün­bit­li­yinə, qida maddələri və xüsusilə yüksək tə­ləb­kardır.

Sortları. Qulançarın çoxlu seleksiya sortları yaradılmışdır. Onlardan Azərbay­canda Arfanteylskaya rannaya, Meri Va­şinq­ton, Hollandskaya sortlarının becəril­məsi məsləhət görülür.

Qulançar bitkisinin qiymətli və gəlirli olmasını nəzərə alaraq Şəmkir rayonunun Qaracəmirli kəndəndə torpaq mülkiyyətçisi İsmayıl Hüseynovun sahəsində qulançarın Arfanteylskaya rannaya sortunun təsərrüfat şəraitində sınağının nəticələrini fermer və torpaq mülkiyyətçilərinin nəzərinə çatdırırıq.

Şitilin yetişdirilməsi. Şitil yetiş­dir­mək üçün eni 1,2 m uzunu 10 m olan ləklər hazırlanmışdır. Ləkə lazımi miqdarda çü­rü­müş peyin və mineral gübrələr veri­lə­rərək tor­pağa qarışdırılmışdır. Toxum sə­pin­dən qabaq 30-350 S isti suda 5-6 gün saxlanılmaqla hər gün suyu dəyişdirilmişdir. Toxumun cücərdilməsi dövründə istilik 20-350 S olmalıdır.

Toxum cücərməyə başladıqda ap­re­lin ikinci yarısında cərgəvi üsulda 30-35 x 10-15 sm qida sahəsində, 3-4 sm dərinliyə sə­pilmişdir. Səpindən sonra ləkə 0,5 sm qalınlıqda peyin çürüntüsü verilməlidir. Şi­til­likdə əsas qulluq işləri - suvarma, alaqlarla mübarizə və payızda şaxtadan qabaq 1-2 sm qalınlıqda peyin çürüntüsü verilməsi olmuşdur.

Şitil şitillikdə iki ilə yetişdirilmişdir.

Sahənin hazırlanması. Qulançar üçün sahə növbəli əkindən kənarda sahənin kənar tərəfində olmalıdır. Seçilmiş sahə qida maddələri ilə daha zəngin olmalıdır. Qu­lançar bir sahədə 20 ilə qədər məhsul verdiyi üçün şum altına hər hektara 200 ton hesabı ilə peyin çürüntüsü verilərək 30 sm dərinliyində şumlanır. Sonra sahə malalanaraq çökək ləklər düzəldilir.

Şitilin yığılması və əkilməsi. Şitil yığımdan bir gün əvvəl suvarılmalıdır ki, onları çıxararkən kökləri zədələnməsin. Bu­nun üçün əvvəlcə kökdən bir qədər aralı bel ilə torpaq yuxarıya doğru qaldırılır və sonra şi­tilin kök boğazından tutaraq ehti­yat­la yu­xa­rıya doğru çəkmək lazımdır.

Şitil sentyabr-oktyabr aylarında və ya martın əvvəllərində əvvəlcədən hazırlanmış ləklərin dibinə şahmat qaydasında 30-40 sm-dən bir hər yuvaya 2-3 ədəd şitil əki­lə­rək torpaqla örtülərək dərhal suvarılır. Qu­lan­çarı cərgəvi üsulda 100-115 sm x 40-45 sm sxemi ilə də əkmək olar.

Qulluq işləri. Bitkinin 2-3 dəfə dibinin doldurulması, alaqlarla mübarizə, cər­gəaralarının yumşaldılması, suvarma və yemləmə gübrəsinin verilməsi və payız şaxtaları düşməzdən əvvəl əkinin üzərinə 3-5 sm qalınlığında peyin çürüntüsünün ve­ril­mə­sidir.

Məhsul yığımı. Qulançar şitil əkinindən bir il sonra məhsulu yığılmağa hazır olur. Azərbaycan şəraitində məhsul martın 20-dən sonra yığılmağa hazır olur. Boy zoğlarının diametri 1-2 sm, boyu 15-20 sm çatdıqda yığılmalıdır. Yığım gecik­dirildikdə boy zoğları bərkiyərək (odun­la­şaraq) öz əmtəəlik keyfiyyətini itirir və məhsuldarlıq azalır.

Qulançar məhsulu yığılan günü 250 qr ağarlığında dəstələrə bağlanıb realizə edilir.

Aparılmış hesablamaların nəticəsinə əsasən bir sotka (100 kv.m) sahədən 145 kq və ya 580 dəstə məhsul götürülmüşdür. Erkən yazda təzə tərəvəzin qıtlığı, qulançar məhsulunun çox az olması məhsulun hər dəstəsinin orta hesabla 0,6 manata satılaraq bir sotka sahədən (580 dəstə x 0,6 man = 348 manat) 348 manat ümumi gəlir götürülmüşdür. Bu isə hektardan 34800 manat ümumi gəlirə bərabəridir.

Fermerlər onu da bilməlidirlər ki, qulançar çoxillik bitki olduğundan bir dəfə əkildikdə həmin yerdə 15-20 ilə qədər yüksək məhsul verdiyi üçün məhsul istehsalına çəkilən xərc xeyli az olur.

 

Hüseynov Qulu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ  YANINDA KƏND TƏSƏRRÜFATI

KREDİTLƏRİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

 

Gəncə Biznes Qrup

 

İKİNCİ KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI VƏ KREDİTLƏŞMƏSİ  LAYİHƏSİ

 

Dünya Bankının vəsaiti ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

tərəfindən maliyyələşdirilir

 

Ünvan: Az 2000, Gəncə şəhəri, Atatürk pr. 258, GBG

 

Tel:    (022) 56 59 01

Faks: (022) 56 59 01

E-Mail: g_gbg_grmm@azeurotel.com

 

MART

__________________________________

 

Tiraj: 11740 ədəd

 

G Ə N C Ə 2009