KOMBİNƏEDİLMİŞ

                                                                        BİOQAZ QURĞUSU

                                                          

                                                                                                                

                                                                 

 

 

 

            Respublikada alternativ və  bərpa olunan enerji mənbələrindən isifadə barədə Dövlət Proqramının  Azərbay-can Respublikasının Prezi­denti cənab İ.Əliyevin  2004-cü il 21 oktyabr tarixi sərəncamı ilə təsdiq edilməsi, ölkə iqtisadiyyatına, xüsusilə də aqrar sa­hə­nin inkişafına öz müsbət təsirini göstər­mək­də­dir. Kənd  təsər­rüfatı tul­lan­tı­la­rın­dan bioqaz və bio­gübrə istehsalı da bu məsələnin həl­lində mühüm rol oynayır. Belə ki,  res­publikamız əsasən aqrar res­publika olduğundan bu sahədə ki­fayət qədər enerji resursları (bütün növ heyvanların yaş peyini, quş peyini, bitki və emal olunan məhsulların tüllantıları) möv­cud­dur.

            Hazırda ölkəmizin aqrar sahə-sindəki özəl təsərrüfatların xeyli hissəsini xırda və orta ölçülü fermer-kəndli təsərrüfatları təşkil etdiyindən belə təsərrüfatlar  üçün müvafiq ölçülü bioqaz və  biogübrə istehsal edən qur­ğuların yayılması böyük  pers­pek­tivə ma­likdir. Belə qurğuların iqtisadi cə­hət­dən daha səmərəli olması üçün on­la­rın regionların  təsərrüfatçılıq xüsusiy­yət­lərinə uyğun­laş­dırılması xüsusi əhə­miy­yət kəsb edir. Respublikanın Gən­cə-Qazax böl­gə­sin­dəki  fermer-kənd­li tə­sər­­­rü­fat­larının əksə­riyyəti qarı­şıq fəaliy­yətli təsər­rüfat­çılıqla məşğul­dur­lar. On­lar eyni zamanda həyətyanı sahədə istixanada tərəvəz yetişdirir, bağlı şəraitdə bir-neçə baş iri buynuzlu mal saxlayır və pay torpaqlarındakı açıq sahədə yem və ya digər bitkiçilik məhsulları becərirlər. Odur ki, belə təsrrüfatlarda kombinəedilmiş bioqaz və biogübrə  istehsal edən qurğudan isti­fadə daha əlverişlidir. Çünki, həmin qur­ğu­nun istixananın  avadanlıqları   ilə kombinə edilməsi fermerlərə öz hey­van­larından alınan peyini və bit­ki­çilik tullantılarını həmin qurğuda emal edə­rək bioqaz və yüksək keyfiyyətli, məh­suldar və ekoloji  təmiz biogübrə isteh­sal etməyə imkan verir. Bu prosesin get­mə­si üçün peyin substratı daima 33-540C intervalında qız­dırıl­malıdır. Bunu həyata keçirmək üçün bioqaz qurğusu istixananın avadan­lıqları ilə elə kombinə edilir ki, isti mövsümdə peyin sub­stratını qızdır-maq üçün istixananın bo­ru­larında günəş ener­jisi ilə qızdırılan və əvvəllər heç yerdə istifadə edilməyən isti sudan, soyuq mövsümdə isə qurğuda is­tehsal olunan qazdan qazanxanada (kolon­kada) istifadə edilərək həm peyin sub­stratını qızdırmaq, həm də istixananı qızdırmaq üçün istifadə edilir. Belə­liklə, kombinə-edilmiş bioqaz qurğu­sunun həm kon-struksiyası sadələşir və  ucuz­laşır, həm də əvvəllər istifadə olun­ma­yan günəş enerjisindən əlavə qurğu qu­raş­dırmadan istifadə edilir. Odur ki, bu qurğu iqtisadi cəhətdən çox səmərəli  alınır və təsərrüfatdakı hey­van­ların sa­yın­dan asılı olaraq cəmi 1-2 ilə özünü ödəyir, baxmayaraq ki, onun istismar müddəti 15-20 ildir. Belə qurğuları təsərrüfat-lardakı iri buynuzlu malların sayından (ən azı 3 baş) asılı olaraq istənilən ölçüdə  hazırlamaq müm­kün­dür.

            Şəmkir rayonunun Qaracəmirli kəndində Ə.Bayramovun fermer təsər-rüfatında 5-6 baş iri buynuzlu mal üçün quraşdırılmış fasiləsiz prinsiplə işləyən bu qurğunun bioreaktorunun həcmi 5m3 olmaqla gündə 300-400 litr peyin substratı qəbul edib, 7,5-9m3 bioqaz və 300-400 litr biogübrə istehsal edir. Beləliklə, fermer təsərrüfatının  gün-dəlik məişət və texnoloji tələbatları yanacaqla ödənilməklə bərabər gün ərzində 0,5-0,8 ha, il ərzində isə 180…250 ha əkin sahəsi yüksək key­fiy­yətli biogübrə ilə tam təmin edilir. Qur­ğudan alınan biogübrə bitkiçilikdə məhsuldarlığı 30%-dək, yemçilikdə isə 50-60 %-dək artırır. Nəticə etibarilə, kombinəedilmiş bioqaz qurğusu fermer təsərrüfatlarında:

1. İstilik enerjisinə vəsait xərcinə qənaət edir;

2. Bioqaz və biogübrə istehsal etməklə əlavə gəlir gətirir;

3. Biogübrədən istifadə zamanı alaq otları ilə mübarizəyə vaxt, əmək və pul sərfinə qənaət olunur;

4. Fermer təsərrüfatları tullantısız istehsal sahəsinə çevrilir;

5. Ətraf mühit çirklənmədən təmizlənir, biogübrə ilə ekoloji təmiz və bol məhsul istehsal olunur;

6. Biogübrədən alınan B12 vi­ta­mi­nin­dən həmçinin yem əlavəsi kimi də istifadə olunur.

7. Biogübrə verilmiş sahədən alınan məhsullardan istifadə edən isteh­lak­çıların sağlamlığı qorunur.

            Qurğunu almaq istəyənlər Aqromexanika İnstitutunu və ya Gəncə Regional Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

 

 

K.H.Fətəliyev

İ.A.Alıyev

 

 

 

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA KƏND TƏSƏRRÜFATI KREDİTLƏRİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

 

GƏNCƏ BİZNES QRUP

 

İKİNCİ KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI VƏ KREDİTLƏŞMƏSİ LAYİHƏSİ

 

Dünya Bankının vəsaiti ilə  Kənd Təsərrüfati Nazirliyi yaninda Kənd Təsərrüfati Kreditləri üzrə Dövlət Agentliyi maliyyələşdirilir

 

Ünvan: Az 2000, Gəncə şəhəri, Atatürk pr. 258, GBG

 

Tel: (022) 56 59 01

Faks: (022) 56 59 01

E-Mail: g_gbg_grmm@azeurotel.com

 

 

İYUN

_________________________________

Tiraj: 11740 ədəd

 

Gəncə -2009