Göbələk Gəlirli

Sahədir                

 

 

 

 

Göbələk təbii qida maddəsidir. Onun tərkibində insan orqanizmi üçün faydalı olan bir çox vitaminlər vardır.

Şəmkir rayonunun Seyfəli kən­din­də yaşayan torpaq istifadəçisi Əliyev Qüdrət Zəmhər oğlu “Şəmsey” birgə fəaliyyət qrupuna rəhbərlik edir və 2007-ci ildə müsabiqəli qrant proqramı çərçivəsində həyata keçiri­lən tenderin qalibi olmuşdur.

Q.Əliyev əvvəlcə göbələk be­cər­mək üçün binanı hazır vəziyyətə gə­tir­miş, sonra komposun ha­zır­lanma tex­no­logiyasını öyrən­mişdir. Kompos həm quş zılı, həm də mal-qaranın peyini  ilə hazırlana bilər.

Quş zılı ilə kompos hazır­la­ya­ra­kən 100 kq samana 100 kq zıl qa­rış­dırılır. Bunun üçün saman əvvəlcədən 6-7 gün müddətində isla­dılır. Əgər peyin qu­ru­dur­sa onda 100 kq samana 50 kq quş zılı qa­rış­dırmaq lazımdır. Bundan sonra qarı­şıq­ları tayalamaq lazımdır. Tayanın eni 1,8 m, hün­dür­lüyü isə 1,6 m olur. Altı gündən sonra tayalanmış qarı­şı­ğa 10 kq gips tozu qarışdırılır və ye­nidən tayalanır.

Dörd gün sonra tayada tem­pe­ra­tur 650C keçməmək şərti ilə yenidən qa­rışdırılır. Bundan sonra tayanın eni və hündürlüyü 1.5 m saxlanılır. Be­lə­lik­lə bu proses 2-3 gündən sonra yenə təkrarlanır.

Sonra göbələk yetişdirmək üçün hazırlanmış kompos salafan kisələrə yığılır. Şəkil

 

Bunun üçün kisəyə əvvəlcə 7 ovuc kompos tökülür, bir qədər kipləşdirilərək üzərinə 25 qram toxum (mitseli) səpilir. Bu birinci qat hesab edilir. 2-ci qatda 6 ovuc kompos+25 qram toxum, 3-cü qatda 5 ovuc kompos+25 qram toxum, 4-cü qatda isə 4 ovuc kompos+25 qram toxum  götürülür. Beləliklə hər kisədə 100 qram toxum olmaqla bir kisənin çəkisi   7-8 kq təşkil edir.

Doldurulmuş salafan kisələr ağar­ma­ya qədər 12-15 gün müd­dətində ağzı bükülmüş şəkildə sax­la­nı­lır. Bu zaman binada temperatur 22-240C olmalıdır.

Artıq kisələrdə ağarma görün­dükdə üst qat dayaz yumşaldılır və üzərinə 2-3 sm qalınlığında qida maddələri ilə zəngin torpaq qarışığı əlavə edilir. Torpaq qarışığını hazır­lamaq  üçün  kürək bel (lopatka) ölçü­sündə 4 miqdar  torf, 2 miqdar qara meşə torpağı, 2 miqdar taxta yonqarı (apilka) və 4 miqdar narın daş tozu götürülür və bunlara 20 qram tabaşir (mel) qəlavə olunaraq qarışdırılır. Son­ra bu qarışıq formalin məhlulu ilə is­la­dı­lır. Məhlulu ha­zır­la­maq üçün 20 litr suya 1 litr formalin əlavə etmək la­zım­dır.  

 Sonra kisələrin ağzına qəzet və ya salafan qoyulur, stellajlara yığılır və tez-tez çiləmə ilə suvarılır. Bundan sonra binada 20-240C temperatur və 60-65% nisbi rütubət yaratmaqla 10-15 gün ərzində göbələk yetişdirilir.

12-15 gündən sonra kisələrdə göbələklər (məhsul vermə dövrü)  görünməyə başlayır və suvarma hər gün aparılır. Məhsul vermə dövründə binada nisbi rütubət 60-65% olmaqla temperatur 16-18 0C-dək aşağı salınır.

Q.Əliyev 100 kg göbələk toxumu (mitseli) əkməklə 3 ay müddətində təsərrüfatından hər gün 60-70 kq göbələk götürür və göbələyin 1 kg-nı 4.8 manata satır.

Q.Əliyev 1 kq göbələk toxumuna (mitseli) 7 manat, 1 ədəd saman kipinə 1 manat,   1 kisə torfa (35 kq) 20 manat, 1 ton peyinə 10 manat, 1 kisə tabaşirə (mel) 10 manat xərc çəkir. O qeyd edir ki, göbələk olduqca gəlirli sahədir. Belə ki, qeyd olunan xam mallar bir dəfə alınır və az normalarla istifadə olunaraq uzun müddət davam edir. Həmin ma­te­riallara nəzər salsaq görərik ki, onlar bitki və heyvan mənşəli tullantılar (peyin, küləş), taxta yonqarı, meşə torpağı və sairdən ibarətdir ki, əsas xərclər bunların daşınmasına və yüklənib-boşalmasına çəkilir.

Q.Əliyevin məhsulun satış bazarı ilə bağlı heç bir problemi yoxdur və gələcəkdə istehsalı genişləndirməyi planlaşdırır.

 

Qüdrət Əliyev