Structure of GRAC   News   Our Accounts Buy and Sell Market Prices   Monitoring   LINKS
About GRAC Staff Private Advisers Published Materials   Special Interest Groups Picture-Gallery Price of services Questions and answers

Home page                                                                                                            AZ EN

 

Martda görüləcək işlər

ƏKINÇILIKDƏ.

Martda payızlıq taxılın vəziyyəti yoxlanaraq əkinlərə qulluq işləri davam etdirilir. Zəif çıxış alınmış payızlıqlara yemləmə gübrəsi verilir.

            Yazlıq dənli-paxlalı bitkilər toxumunun tədarükü və təmizlənib səpin kondisiyasına çatdırılması davam etdirilir. Süvarma zonalarında kanallar və arxlar təmizlənir, ziyanvericilərə qarşı mübarizə gücləndirilir, yazlıqlar səpiləcək sahələrdə qış aratı aparılır.

            Təsərrüfat ilinə yekun vurulur, gələn ilin texnoloji xəritələri və istehsalat-maliyyə planları tutulur. Yüksək taxıl məhsulu götürən qabaqcılların iş təcrübəsi aqranomların, təsərrüfat briqadirlərinin iştrakı ilə təhlil edilir və onları yaymaq üçün tədbirlər görülür. Kənd təsərrüfatı maşın və alətlərinin alətlərinin təmiri davam etdirilir, yerli gübrələr sahələrə daşınır.

 

HEYVANDARLIQDA.

            Martda növ, cins, yaş, diri çəki və başqa göstəricilər üzrə mal-qaranın inventarizasiyası aparılır. Zootexniki uçot məlumatları yekunlaşdırılır. Yeni ilə heyvanların keçid sayı və yem qalığı, əsas və yardımçı binaların mövcudluğu və vəziyyəti dəqiqləşdirilir. Yeni il üçün sürü dövriyyəsi, cütləşmə və doğum planı tərtib edilir. Ferma  işçilərinin yeni ildəki plan və tapşırıqları müəyyən edilir. İstehsal və iqtisadi göstəricilər üzrə təhlil aparılır. Alınmış məlumatlar sistemləşdirilir və hesabatlar hazırlanır. Kökəltmədə olan heyvanlar ət tədarükünə təhvil verilir. Südlük əhəmiyyətini itirmiş inəklər və birinci rübdə ətliyə verilən heyvanlar akt ilə ətlik mal kontigentinə mədaxil olur.  Profilaktiki peyvəndləmə aparılır. Qoyunlar ən çox gecələr doğur. Buna görədə gecə növbətçiləri təyin edilir. Boğaz qoyun saxlanan binaların quru və işıq olmasını təmin olunur. Yanğın hallarında yol verməmək üçün ancaq şüşəli  fanarlardan istifadə edilir.  Qoyun və doğulan quzulara yardım və köməklik göstərmək üçün təcrübəli işçilərə tapşırılır. Quzular 20 günə öz anası ilə birlikdə fərdi qəfəslərdə saxlanılır. Qoyuna doğduqdan 1,5-2 saat sonra 150  istiliyində ilıq su və bişirilmiş horra verilir. Zəif və ya xəstə balası olan qoyunlara xüsusi qayğı göstərilir. Doğulmuş quzular hər gün uçota götürülür və nömrələnir.

 

 

Structure of GRAC News Our Accounts Buy and Sell Market Prices Monitoring LINKS

GRAC Staff

Private Advisers

Published Materials Special Interest Groups Picture-Gallery Price of services Questions and answers

       

Design by Nurana Qambarova Elman

Kataloq