Gəncə
RMM-in 2009-cu il üzrə fəaliyyətinin monitorinq və qiymətləndirməsi
(yanvar 2010)
S/s
Meyarlar
Monitorinq zamanı qeydlər
Bal
1
2
3
4
1.
RMM-in
ofisində təşkil olunmuş informasiya guşəsinin səmərəli
fəaliyyət göstərməsi
Məhsuldar dənli və dənli-paxlalı bitkilərin, kartofun,
tərəvəz və bostan bitkilərinin becərilmə texnologiyaları,
aqromarketinq, sudan istifadənin hüquqi-iqtisadi əsasları və
suvarma normaları, cins heyvanlar, onların yemləndirilməsi,
yem rasionları, ətlik və südlük istiqamətində yetişdirilən
heyvanlar haqqında məlumatlar ayrı-ayrı (quşçuluq, iri və
xırda buynuzlu mal-qara) sahələrinə aid materiallar konfrans
zalında nümayiş etdirilir. Qabaqcıl ailə-kəndli
təsərrüfatıları, XMQ-lər barədə məlumatlar hazırlanmış
konfrans zalında asılmışdır. Bitkilərin gübrələnmə sistemi
və gübrə normaları, regionda becərilən əsas bitkilərin toxum
nümunələri, torpaq, emal müəssisələrində istehsal olunan
məhsulların nümunələri nümayiş etdirilir. Konfrans zalında
keçirilən müxtəlif tədbirlərin planı haqqında məlumat,
qabaqcıl təsərrüfatlar haqqında və digər sahibkarlarla bağlı
foto lövhələr hazırlanmışdır. İnformasiya materialları sadə
və anlaşılan formada hazırlanmış, ailə-kəndli təsərrüfatı
üzvləri və digər sahibkarlar üçün maraq doğuran normativ
sənədlərlə zalda tanış olmaq olar. Heydər Əliyevin
fəaliyyəti ilə bağlı güşə hazırlanmışdır. 100-ə yaxın qanun
və normativ sənədlərlə RMM-in kitabxanasında tanış olmaq
olar. Qeyd edilənlərlə yanaşı konfrans zalında aşağıda
göstərilənlərlə zənginləşdirilməsi ilə təmin edilməsi
tövsiyə olunur.
Regionda fəaliyyət göstərən xidmət, tədarük,
aqrolizinq, emal müəssisələrinin və digər təşkilatların
ünvanlarının əks etdirən lövhənin təşkil edilməsi tövsiyə
edilir;
Məsləhət xidməti nəticəsində yenilikləri tətbiq
edərək yüksək məhsul əldə edən ailə-kəndli təsərrüfatları və
digər sahibkarların göstəriciləri və fotostendin nümayişi
barədə guşənin yaradılması tövsiyyə edilir;
Qabaqcıl ÖM-in təcrübəsinin nümayiş etdirilməsi
tövsiyə edilir.
3.1
2.
Əsas
mütəxəssis heyətin vəzifə borclarının icra vəziyyəti
İdarəçilik, texniki-iqtisadi və müştəri-yönümlü sahədə
qabiliyyət və səriştəsi
RMM tərəfindən əsas mütəxəssis heyəti ilə əmək məcəlləsinin
tələblərinə uyğun olaraq müqavilə imzalanmış, müqavilələrdə
hər bir işçinin görəcəyi işlər əlavə edilmiş texniki
tapşırıqda öz əksini tapmışdır. Təşkilatın əsasnaməsində
işçilərin vəzifə öhdəlikləri, iş vaxtı, etik qaydalara əməl
edilməsi, davranış, tabeçilik və digər məsələlər öz əksini
tapmışdır. RMM üzrə fəaliyyət göstərən hər bir işçinin yarım
illik iş planları hazırlanmış və RMM-in direktoru tərəfindən
təsdiq edilmişdir.
2008-ci ilin sonunda aparılmış RMM-in illik monitorinqinə
dair tövsiyələr RMM-in mütəxəssis heyətinin iş planına daxil
edilmişdir. RMM-in iş planı ilə mütəxəssis heyətinin iş
planı əlaqələndirilmişdir. İş planları RMŞ-nin iclasında
müzakirə edilərək təsdiq edilmişdir. İş planları ilə maliyyə
planları bir-birini tamamlayır. 2009-cu il üzrə
fəaliyyətlərinə görə RMM-in direktoru Mətləb Nəcəfov
3.3 bal, təlim və monitorinq
üzrə mütəxəssis Arif Cahangirov 3.1
bal, informasiya üzrə mütəxəssis Seydəliyev Nizami
3.0 bal və Vebsayt üzrə
mütəxəssis Ələkbərov Fariz 2.8
balla qiymətləndirilmişdir. RMM üzrə fəaliyyət göstərən əsas
mütəxəssis heyəti orta hesabla 3.0
bal ilə qiymətləndirilmişdir.
Qeyd edilənlərlə yanaşı aşağıdakı məsələlərə diqqətin
artırılması tövsiyə edilir:
RMM-in əsas mütəxəssis heyəti fəaliyyət sahələrinə uyğun
olaraq XMQ-lərin fəaliyyətində göstərilmiş məsləhət
xidmətinin təsirinin qiymətləndirilməsi tövsiyə edilir;
Mütəxəssislərin iş planlarında DB-nın təftiş missiyasının və
İMM tərəfindən keçirilmiş monitorinqin nəticələri barədə
məlumatların əks etdirilməsi tövsiyə edilir;
Mütəxəssislərin ixtisaslarını artırmaq üçün təlim kurslarına
göndərilməsi tövsiyə edilir.
3.0
3.
Məsləhət xidməti fəaliyyəti dairəsinin genişləndirilməsi və
səmərəliliyinin yüksəldilməsi
RMM-nin fəaliyyəti ərzində məsləhət xidməti göstəriləcək
460-a yaxın kəndin 45%-i əhatə edilmişdir. Məsləhət xidməti
əsasən yaradılmış 256 XMQ üzvlərinə təlimlər, fərdi
məsləhət, sahə nümayişləri vasitəsilə göstərilir. Hesabat
dövründə 16863 nəfər sahə nümayişlərinə cəlb edilibdir.
Onlarında 10660 nəfəri təkrar nümayişlərdə iştirak edib.
Qadın ailə-kəndli təsərrüfatı üzvləri 3583 nəfər olmuşdur.
Hər məsləhətçi orta hesabla 527 nəfəri nümayişlərə cəlb
edib. Bu müddət ərzində regionda 11520 nəfər ailə-kəndli
təsərrüfatı üzvləri və digər sahibkarlar təlimlərə cəlb
edilmişdir. Onlardan da 7332 nəfəri təkrar iştirakçı, 2016
nəfəri isə qadın olmuşdur. Hər bir özəl məsləhətçi 360
nəfərə xidmət göstərmişdir. Regionda 30 minə yaxın
ailə-kəndli təsərrüfatı üzvləri və digər sahibkarlara
məsləhət xidməti göstərilmişdir.
RMM tərəfindən məsləhət xidməti göstərilən
kəndlərin əhatə dairəsinin genişləndirilməsi tövsiyə edilir;
ÖM-lər tərəfindən məsləhət xidmətlərinin (təlim,
sahə nümayişləri, fərdi məsləhət, informasiya yayımı)
müqavilədə verilmiş texniki tapşırığas uyğun təşkili tövsiyə
edilir;
Regionda XMQ üzvlüyünə gənclərin cəlb edilməsinə
diqqətin artırılmasına tövsiyə edilir.
4.
RMM-in məsləhət xidməti fəaliyyətinin mütəmadi təhlili,
müvafiq tədbirlərin hazırlanması və tətbiqi vəziyyəti
RMM-in fəaliyyətinin təhlili ilə bağlı xüsusi hesabat
hazırlanmış, belə ki, RMM-in mütəxəssislərinin, ÖM-in
fəaliyyət göstərdiyi ərazilərdə işlərin səmərəliliyi təhlil
edilmişdir (10 səhifəlik arayış təqdim edilmişdir).Bölgədə kənd təsərrüfatının hazırki vəziyyəti
qiymətləndirilmiş, perspektiv üçün fəaliyyət strategiyası
işlənmişdir. RMM-in internet saytında bazar qiymətləri,
yaxın aylarda görüləcək işlər, fermerlərin satışa çıxardığı
məhsullar, hesabatlar, kənd təsərrüfatı xidmətlərinin
qiymətləri saytda öz əksini tapmışdır. RMŞ-də RMM-in
fəaliyyətinin müzakirəsi, iş planları ilə icranın müqayisəli
təhlili, bələdiyyələr və Kənd Təsərrüfat Nazirliyinin Ərazi
Kənd Təsərrüfatı idarələri ilə əlaqəli fəaliyyət
göstərmişdir. Fəaliyyət dövrü İnformasiya Məsləhət
Xidmətinin bitkiçilik, heyvandarlıq və emal sahələrinin
hansı istiqamətlərə yönəldilməsi, ödənişli xidmətə diqqətin
artırılması üçün tövsiyələr verilmişdir. Müsbət işləri davam
etdirməklə aşağıdakı işlərin görülməsi RMM-ə tövsiyə edilir:
RMM tərəfindən yaxın üç il üçün strateji planın
işlənməsi;
Regionda fəaliyyət göstərən kənd təsərrüfatı yönümlü
təşkilatlarla əlaqələrin genişləndirilməsi;
Banklar və kredit təşkilatları ilə əlaqəli fəaliyyət
göstərməklə fermerlərə maliyyə xidmətinin yaxşılaşdırılması.
3.1
5.
Regionda fəaliyyət göstərən digər məsləhət xidməti
təşkilatları ilə əməkdaşlıq
Regionda fəaliyyət göstərən məsləhət xidməti
təşkilatlarından Məçburi Köçkünlərin Sosial İnkişaf Fondu,
Norvec Humanitar Müəssisəsi, Sülh Korpusu, Gənc Aqrarçılar,
Regional İqtisadi Araşdırmalr Mərkəzi, Gəncə Bilik
Cəmiyyəti, QHT Gəncə şöbəsi, Azərbaycan Aqrobiznes
Mərkəzinin Gəncə nümayəndəliyi, ADRA və digər təşkilatlarla
əməkdaşlıq planı tərtib edilərkən, təşkilatlarda yerinə
yetiriləcək tədbir və öhdəliklər nəzərə alınmışdır. Həmin
təşkilatlarla əməkdaşlıq üzrə müqavilələr imzalanmışdır.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün tədbirlər planı
tərtib edilmişdir. Bu sahədə işlər davam etdirilir.
Regionda fəaliyyət göstərən QHT-lərlə əmakdaşlığın
praktiki sahələrə yönəldilməsi tövsiyə edilir.
3.2
6.
Özəl məsləhətçilərin fəaliyyətinin monitorinqinin nəticələri
RMM üzrə fəaliyyət göstərən 32 ÖM-nin fəaliyyəti 2008-ci
ilin iyul ayında təsdiq olunmuş və DB ilə razılaşdırılmış
məsləhət xidmətinin qiymətləndirmə və monitorinq qaydalarına
uyğun həyata keçirilmişdir. Qiymətləndirmənin nəticələri
internet saytında (www.grmm.az)
yerləşdirilmişdir. Özəl Məslətçilərin fəaliyyəti idarəçilik
bacarığına, texniki-iqtisadi və müştəri yönümlü qabiliyyətə
görə qiymətləndirilmişdir. Aparılmış monitorinq nəticəsində
hesabat hazırlanmış, ÖM-rin güclü və zəif cəhətləri təhlil
edilmiş, fəaliyyətin yaxşılaşdırılması ilə bağlı tövsiyələr
hazırlanmışdır. ÖM 7 (Əhmədov Şirin, Məmmədov Rüstəm,
Məmmədova Solmaz, İbrahimov Mahir, Mustafayeva Elza,
Hüseynov Mahmud, İsgəndərov Tahir) nəfərinin fəaliyyəti
4,0-4,2 balla,, 12 nəfərin (Abbasova Arifə, Osmanov Şaiq,
Qurbanov Səlim, Axundov Faiq, Süleymanov Adil, İsmayılova
Hüsniyyə, Bayramov Rizvan, Nəsibov Rafiq, Əliyev Rəfael,
Həsənov Vilayət, Əbdüləzimov Yusif, Əliyeva Fəridə)
fəaliyyəti 3,9-3,6 balla, 6 nəfərin (Məmmədov Nəriman,
Məmmədov Adil, Məmmədov Oruc, Elbəyli Afiq, Allahverdiyev
Nafiq, Rüstəmov Namiq) fəaliyyəti 3,5-3,4 balla, qalan 7nəfərin isə fəaliyyəti 3,3-3,1 balla qənaətbəxş hesab
edilmişdir.
RMM tərəfindən (xüsusilə təlim və sahə nümayişlərinin
keçirilməsi) ÖM-lərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə
monitorinq nəticəsində müəyyənləşdirilmiş zəif sahələrlə
bağlı ÖM-lərə təlimlər təşkil edilsin.
3.5
7.
Əvvəl aparılmış monitorinqin nəticələrinə görə müvafiq
tədbirlərin həyata keçirilməsi
2008-ci ilin oktyabr ayında İMM-in mütəxəssisləri tərəfindən
aparılmış monitorinqin nəticələri ilə bağlı 22 bənddən
ibarət tədbirlər planı hazırlanmışdır. Tədbirlərin icra
tarixi, icraya məsul şəxslər qeyd olunmuşdur. Monitorinqin
nəticəsi 2008-ci ilin dekabr ayında RMM-in ümumi
yığıncağında ÖM-lərin iştirakı ilə geniş müzakirə edilmiş və
tədbirlər planı təsdiq edilmişdir. Tərbidrlər planında qeyd
edilmiş tövsiyələr və iradlar işçilərin iş planında öz
əksini tapmışdır. Ödənişli xidmət müqavilələrinin qeydiyyatı
RMM-də aparılır. Tədbirlər planında qeyd olunmuş tövsiyələr
qismən yerinə yetirilmişdir.
Qabaqcıl XMQ-lər haqqında ÖM-lərin
məlumatlandırılması RMM mütəxəssislərinə tövsiyə edilir;
Keçirilmiş monitorinqin icrasının rübdə bir dəfə
geniş müzakirəsi edilməsi tövsiyə edilir.
3.0
8.
Region üzrə XMQ-lərin təşkili
RMM üzrə 2008-ci ildə 256 XMQ təşkil edilmişdir. Həmin
layihələrdən 138-i başa çatmışdır. Layihənin 103-ı
heyvandarlıq, 153-ü isə bitkiçilik sahəsini əhatə edir.
Südlük mal-qaranın məhsludarlığının artırılması ilə bağlı
44, mal-qaranın kökəldilməsi üzrə isə 31 layihə icra edilir.
Bitkiçilikdə isə 44 layihə taxılçılıq, 48layihə isə
kartofçuluq sahəsi üzrə olmuşdur. Layihədə iştrak edən
fermerlərin orta sayı 17 nəfərdir. Qadınların sayı isə 4
nəfərdir. Ailə-kəndli təsərrüfat üzvləri və digər
sahibkarlar tərəfindən 26937 manat, RMM tərəfindən isə 40389
manat ÖM-lərə ödəniş edilmişdir. RMM-ə 8078 manat
ailə-kəndli təsərrüfat üzvləri və digər sahibkarlar
tərəfindən vəsait ödənmişdir. Hər məsləhətçi tərəfindən 8
XMQ yaradılmışdır.
Tövsiyələr:
XMQ-lərin təşkilinə və onun fəaliyyətinə ciddi
nəzarətin edilməsi tövsiyyə edilir;
əvəlki illərdə yaradılmış XMQ lərlə əlaqələr davam
etdirməli;
RMM tərəfindən ikinci il fəaliyyət göstərən XMQ-lərin
səmərəliliyini artırmaq məqsədilə onların nizamnaməsi,
fondları, ehtiyacların müəyyən edilməsi, asosiasiyalarının
yaradılması tövsiyyə edilir;
3.0
9.
XMQ-lərin, ailə-kəndli təsərrüfatı və digər sahibkarların
nail olduqları
mütərəqqi təcrübənin təbliği və tətbiqi
vəziyyəti
Regionda XMQ-lərin təşkili ilə bağlı tədbirlər planı
hazırlanmış və RMM-in direktoru tərəfindən təsdiq
edilmişdir. Tədbirlər planında göstərilmiş işlərlə bağlı
materiallar hazırlanmışdır. Nəticələri yüksək olan XMQ-lərin
fəaliyyəti təhlil edilmiş, mütərəqqi təcrübənin yayımlanması
müəyyənləşdirilir. Şəmkir rayonunda fəaliyyət göstərən ÖM
Məmmədov Orucun yaratdığı taxılcılıq üzrə XMQ-nin
fəaliyyətinin nəticəsi, Tovuz rayonun Əlimərdanlı kəndində
fəaliyyət göstərən Əhmədov Şirinin XMQ-nin kredit almaq
üzrə iş təcrübəsi, Samux rayonunda kartofun becərilməsi üzrə
Rüstəm Məmmədovun yaratdığı XMQ-nin iş təcrübəsi, Şəmkir
rayonunun Yeni Həyat kəndində Solmaz Məmmədovanın yaratdığı
soğan istehsalçıları qrupunun iş təcrübəsi, Tovuz rayonunun
Aşağı Quşçu kəndində Mahmud Hüseynovun yaratdığı üzümçülük
qrupunun, Göygöl rayonunda Əbdüləzimov Yusifin yaratdığı
heyvendarlıq qrupunun iş təcrübəsi ilə bağlı informasiya
hazırlanmış və həmin materiallar ÖM-lərə paylanmışdır.
RMM tərəfindən XMQ üzrə məsləhət layihələrinin təsdiq
olunması tövsiyə edilir;
Regionda oxşar sahələr üzrə yaradılmış digər
XMQ-lərdə qabaqçılların işinin müzakirəsinin təşkili və onun
iş metodunun öyrənilməsi tövsiyyə edilir;
RMM tərəfindən XMQ üzvüləri ilə fərdi fəaliyyət
göstərən ailə-kəndli təsərrüfat üzvləri və digər
sahibkarların görüşünün təşkili tövsiyyə edilir;
Regionda qabaqcıl XMQ və sahibkarların nail olduqları
təcrübənin KİV-də (televiziya, radio, mətbuat və s.)
işıqlandırılması tövsiyyə edilir;
3.0
10.
Özəl Məsləhətçilərin nail olduğu səmərəli təcrübənin təbliği
və tətbiqi vəziyyəti
RMM ÖM-lərinin nail olduğu səmərəli təcrübənin təbliği ilə
bağlı müəyyən işlər görmüşlər. Belə ki, , Göygöl rayonu üzrə
Əbdüləzimov Yusifin musabiqəli Qrant, komputerdən
istifadənin təşkili, məlumat bazasının
yaradılma,numayişlərin təşkili təcrübəsi, Gədəbəy rayonu
üzrə ÖM Rüstəmov Namiqin Norvec Humahitar Müəssisəsi ilə
əlaqəli faliyyəti, problemlərin iştrakı üsulla öyrənilməsi,
informasiyanın ötürülməsi təcrübəsi, Tovuz rayonu üzrə ÖM
Əhmədov Şirinin bölgədə mikrokreditlərin verilməsi ilə bağlı
NİKOİL-dan 55 qrupa 840 min manat kreditin verilmə
təcrübəsi,Qazax rayonunda ÖM-lər İsgəndərov Tahirin kənd
məsləhət otağının tərtibatı və Məmmədov Rüstəmin
məsləhətçilik fəaliyyətinin təşkili,bilik və bacarıqların
ötürülməsində,yayılmasında Süleymanov Adilin təcrübəsi
öyrənilmiş, informasiya materialları şəklində digər ÖM-lərə
paylanmışdır. Adları qeyd olunan ÖM-lərin nail olduqları
səmərəli təcrübələrdə digər ÖM-lər arasında yayımlanmışdır.
RMM tərəfindən ödənişli məsləhət xidmətinin
qeydiyyatı tövsiyyə edilir;
ÖM-lər arasında tıcrübə mubadiləsinin təşkili
tövsiyyə edilir;
ÖM-lər arasında şəbəkə əlaqələrinin yaradılması
2.9
11.
Regional Məsləhət Mərkəzləri arasında təcrübə mübadiləsi və
onun səmərəli olması
Regional Məsləhət Mərkəzləri arasında təcrübə mübadiləsi
aparılması ilə bağlı xeyli işlər görülmüşdür. RMM-in
mütəxəssisi Cahangirov Arif Beyləqan RMM-ə səfər etmiş,
ÖM-lərin təlimləndirilməsi, bu sahədə Bişkekdən gətirilmis
təlim materialları ilə, fermerlərin maliyyə və kredit
resurslarına cixış imkanlarını asanlaşdırmaqucun aparılan
marifləndirmə işləri ilə taniş olmuşdur. Seyidəliyev
Masallı RMM-də (Aqro Məsləhət QHT) olmuş, biznesə başlama
prosedurlarınən sadələşmiş formaları iləfermerləri
məlumatlandırmaq, investorların cəlb edilməsi ilə bağli
aparilan işlərlə taniş olmuş, ekoloji məsələlərin həlli
təlimlərdə istifadə olmaq üçün materiallar əldə etmişdir.
Bərdə RMM-in mütəxəssisləri və məsləhətçiləri Gəncə RMM-də
təcrübə keçmişlər. Onlara XMQ lərın təşkili, qeydiyyatın
aparılması qaydalari ilə tanıs olmuşlar.GRMM-in
mutəxəssisləri isə KTO-larda, təcrübə sahələrində
olmus,mubadilə aparmışlar. Naxcəvan RMM-in direktoru Gənçə
ofisində olmuş beynəlxalq əlaqələrlə, GRMM əsasnaməsi ,
strateji planlaşdirma,ETİ lərlə əlaqələrlə tanış olmuşdur.
RMM-in mütəxəssis heyətinin təcrübə mübadiləsinin
genişləndirilməsi,şəbəkə yaradılması ücün və digər RMM-lərə
səfərlərin təşkili tövsiyyə edilir;
2.9
12
Regional Məsləhət Mərkəzlərinin ödənişli xidmətin vəziyyəti
Regionda RMM tərəfindən ödənişli məsləhət xidməti üzrə
müəyyən işlər görülmüşdür. Belə ki, RMM-ə ödənişlər
XMQ-lərdən və fermerlərlə bağlanılmış fərdi müqavilələrdən
daxil olur. Hesabat dövründə fermerlər tərəfindən ÖM-lərə
26927 manat ödəniş edilmişdir ki, onun da 8078 manatı RMM-ə
daxil olmuşdur. 424 nəfərlə fərdi müqavilə imzalanmış, bu
xidmətlərə görə ÖM-lərə 6204manat ödəniş edilmişdir. Ümumi
ödəniş 35000 manata yaxın olmuşdur.
RMM-in ödənişli məsləhət xidmətin məbləğinin
artırılması ücün tədbirlər hazırlanması tövsiyyə edilir;
2.7
13.
RMM-lərdə monitorinq fəaliyyətinin vəziyyəti
RMM-də monitorinq fəaliyyəti istiqamətində işlər davam
etdirilir. Aralıq monitorinq səfərləri zamanı 8 ÖM-nin
məsləhətçinin fəaliyyətinin qiymətləndirilməsi aparılmışdır.
Bu dövr ərzində 4 monitorinq səfəri təşkil edilmişdir.
Monitorinqin nəticələri ümumiləşdirilmiş və bir cədvəl
formasına salınmış, internet saytda yerləşdirilmişdir.
-
Regionda keçirilmiş monitorinqin nəticələrin müzakirəsi
müvafiq tədbirlər planının hazırlanması və onun icrasına
nəzarət aidiyyatı mütəxəssislərə həvalə edilməsi tövsiyə
edilir;
3.0
14.
Yaradılmış kənd dəstək qruplarının (KDQ) və Regional
Məsləhət Şurasının (RMŞ) fəaliyyətinin təlimata uyğunluğu və
fəaliyyətinin səmərəliliyi
Regionda ÖM-lərin fəaliyyət göstərdiyi 32 kənddə KDQ-u
yaradılmışdır. Təlimata uyğun olaraq hər rübdə KDQ-nın
iclası keçirilmişdir. KDQ-nın üzvlərinin 2-i qadındır.
XMQ-rin, bələdiyyə üzvləri qrupda üstünlük təşkil edir.
İclaslarda ÖM-rin fəaliyyəti qiymətləndirilmiş, növbəti
rübün iş planı təsdiq edilmişdir. RMŞ-nin 8 nəfərdən ibarət
üzvü olmaqla, hər rayondan bir nəfər Şuraya üzv seçilmişdir.
Şura üzvlərinin pratokolları və müzakirə olunmuş yarım illik
maliyyə və texniki planlar RMM-də saxlanılır. İlin əvvəlində
və iyun ayında keçirilmiş iclasın sənədləri və pratakolları
iştrakçılar tərəfindən imzalanmışdır. Sənədlərin müzakirəsi
aparılmış maliyyə və iş planı təsdiq edilmişdir.
RMM-in iclaslarına RMŞ-nın üzvlərinin dəvət olunması
tövsiyə edilir;
RMM-in fəaliyyətlərinə dair hesabatların və iş
planlarının İMM-ə göndərilməsi tövsiyə edilir.
3.0
15.
Bazar məlumatı və Kommunikasiya Mərkəzi (BMKM) ilə əlaqənin
təşkili vəziyyəti
BMKM yaradılmadığı üçün onlarla əlaqə yoxdur. Lakin hər
həftə rayonlarda ÖM-lər tərəfindən bazar qiymətləri
öyrənilərək RMM-ə göndərilir. RMM-in mütəxəssisləri
tərəfindən həmin qiymətlər təhlil edilir, sistemləşdirilir
və cədvəl şəklinə salınaraq RMM-in saytında yerləşdirilir.
-
16.
İMM və RMM tərəfindən hazırlanan informasiya materiallarının
yayılması və istifadəsi vəziyyəti
RMM tərəfindən Hesabat dövründə 10 informasiya materialı
hazırlanaraq nəşr edilmiş və ÖM-lər vasitəsi ilə ailə-kəndli
təsərrüfat üzvləri və digər sahibkarlar arasında
paylanmışdır. Həmin materialların verilməsi ilə bağlı
qeydiyyat aparılmış və ÖM-lər tərəfindən materialların
alınması imza ilə təsdiq edilmişdir. İnternet saytı üzrə
mütəxəssis internetdən Südlük inəklərin yemləndirilməsi,
Naxır üçün yemləmə proqramının hazırlanması, İnəklərin
yemə olan tələbatının müəyyənləşdirilməsi cədvəli, Südlük
inəklər üçün müxtəlif qidalılıq keyfiyyəti, Buzovların
bəslənməsi, Buzovlarda xəstəliklər, Doğuş zamanı
inəklərə xidmət, Ev şəraitində pendirin hazırlanması ilə
bağlı materialları tərcümə edərək ÖM-lərə çatdırmışdır. RMM
qabaqcıl fermerlərin iş təcrübəsi Qulançar azyayılmış
qiymətli və gəlirli, Səyyar ticarət qoşqusu, İstixanada
xiyarın becərilməsi daha gəlirlidir, Kombinəedilmiş bioqaz
qurğusu, Göbələk gəlirli sahədir, Tərəvəz bitkilərinin
optimal suvarılma formaları, Açıq sahədə pomidorun şpalerə
qaldırılması və payalara bağlanması fermerlər üçün daha
sərfəlidir, Fermer Mürsəl Nuriyevin iş təcrübəsi,
Çinarlı Ramin fermer təsərrüfatının iş təcrübəsi,
Otlaqların heyvanların məhsuldarlığına təsiri adlı təcrübi
əhəmiyyətli informasiya materialları hazırlanaraq nəşr
edilmişdir. İnformasiya materiallarının seçimi əsasnaməyə
uyğun aparılmış, materiallar qiymətləndirilmiş,
materialın nəşri ilə bağlı qərar verilmişdir.
XMQ-lər haqqında informasiya materiallarının
hazırlanması;
Regionda ÖM-lər tərəfindən informasiya
materiallarının yayımlanması səmərəliliyinə nəzarət edilməsi
üçün ailə-kəndli təsərrüfatı üzvləri və sahibkarlar arasında
sorğular keçirilməsi tövsiyə edilir;
Informasiya materiallarının hazırlanmasına qabaqcıl
fermerlərin, XMQ rəhbərlərinin və ÖM-lərin cəlb edilməsi
tövsiyə edilir.
3.1
17
Kompüter və digər avadanlıqlardan səmərəli istifadə
vəziyyəti
RMM-də hazırda 1 ədəd sürət çıxaran, foto və video aparat
istifadə olunur. Foto aparatdan istifadə edilərək RMM
tərəfindən keçirilmiş müxtəlif tədbirlərin, ÖM-lərin
fəaliyyəti lentə alınmış foto albomlar, foto guşələr təşkil
edilmişdir. Sürətçıxaran vasitəsilə hər ay iş planları,
təlim materialları (modulları), digər təşkilatlardan alınan
informasiya materialları çoxaldılaraq özəl məsləhətçilərə
paylanılır. RMM-in komputerləri dəyişdirilmiş, mənəvi və
fiziki cəhətdən köhnəlmiş kompüterlər silinmiş, təşkilatın
daxili imkanları hesabına 4 dəst yeni kompüter alınmışdır,
VayFay
sistemi qurulmuş, kompüterlər arasında şəbəkə yaradılmışdır.
Mərkəzi ofisdə olan kompüterlərlə ÖM-lərin
kompüterləri arasında şəbəkənin yaradılması istiqamətində
işlərin görülməsi tövsiyə edilir.
3.1
18
Məlumat sisteminin yaradılması Yeni informasiya
kommunikasiya texnologiyasının tətbiqi
Məlumat sisteminin yaradılması ilə bağlı işlər başa
çatdırılmış, veb saytın açılması üçün müqavilələr
imzalanmış, ödənişlər edilmişdir. Veb saytın (www.grmm.az)
Azərbaycan və ingilis versiyaları yekunlaşdırılmışdır. Veb
saytda təşkilatın strukturu, monitorinq, xəbərlər,
alqı-satqı guşəsi, RMM-in əsas heyəti, ÖM-lər, XMQ-lər,
ərazidə göstərilən xidmətlərin qiymətləri, nəşr olunmuş
informasiya materialları haqqında məlumat, bölgədə gələcək
aylarda görüləcək işlər və digər sahələr haqqında məlumat
yerləşdirilmişdir.
İMM veb saytındakı forum bölməsindən qeydiyyatdan
keçməsi və forumdan istifadə etməsi tövsiyə edilir;
RMM-in öz veb saytının ana səhifəsinə FORUM və
kitabxana bölmələrinin daxil edilməsi.
2.8
Orta hesabla
3.04
Özəl Məsləhətçilərin monitorinqinin
nəticələri (2010)