Structure of GRAC News Our Accounts Buy and Sell Market Prices Monitoring   Links
About GRAC Staff Private Advisers Published Materials Special Interest Groups Picture-Gallery Price of services   Questions and answers
Personnel            

 

Home page                                                                                                            AZ EN

 

 

   N E W S

                                                            

Gəncə Regional Məsləhət Mərkəzinin qərb bölgəsinin 14 kəndində Pribaltikadan gətirilmiş Arielle, Laura, Marabel, Mountinio, Finik kartof sortlardan istifadə etməklə nümyiş sahəsi təşkil etmişdir. Nümayiş sahələri Şəmkir, Tovuz, Göygöl, Gədəbəy rayonlarını əhatə edir.

Gəncə şəhərində peşə təhsili ilə bağlı gənclər üçün kurslar təşkil edilir. Kurslarda iştrak etmək istəyən gənclər Gəncə Regional Məsləhət Mərkəzinə müraciət edə bilər.

İnvestisiya layihəsi

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunda investisya layihələrin qəbuluna başlayır.

Təkliflərin qəbulu aşağıdakı istiqamətlərdə məqsədəuyğun hesab edilmişdir:

  1. intensiv üzüm bağlarının salınması və ya tingçilik təsərrüfatlarının yaradılması;

  2. toxumluq kartof istehsal edən təsərrüfatın yaradılması;

  3. məhsuldar toxumlardan istifadə etməklə kartof istehsalının təşkili;

  4. müasir texnologiyaya əsaslanan kiçik və orta həcmli istixana komplekslərinin yaradılması.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç. 172

Əlaqə tel: (012) 434 74 29

Fax: (012) 432 37 17

Apreldə görüləcək işlər

ƏKİNÇİLİKDƏ

Apreldə qarğıdalı əkiləcək sahələrdə səpinqabağı becərmə qurtarır. Qarğıdalı toxumu qranozan, tiqam, TMTD, yaxud heksatiuramla səpinqabağı dərmanlanır. Aprelin üçüncü ongünlüyünədək (aranda) qarğıdalının, lobyanın, mərciməyin və başqa yazlıqların səpini başa çatdırılır. Bu zaman ancaq birinci və ikinci sinif toxumlardan istifadə olunmalıdır. Qarğıdalı toxumu ilə birlikdə sahələrə hər hektara təsiredici maddə hesabı ilə 20 kiloqram fosfor verilməlidir.

            Dağətəyi zonalarda darı, orta dağ rayonlarında isə xaşa, vələmir və arpa səpinləri davam etdirilir, sahəyə əkinqabağı gübrə verilir, toxum dərmanlanır. Payızlıq və yazlıq əkinlər suvarılır, alaqlara qarşı aqrotexniki və kimyəvi mübarizə aparılır. Payızlıq taxılların alaqlarına qarşı kimyəvi mübarizədə 2,4 D herbisidinin amin duzu ilə birlikdə ziyanvericiləri tələf etmək üçün hektara 1,5-3-2 litr 20%-li metafos və ya 0,75-1,5 litr Bİ-58 preparatı qarışdırılıb çilənməsi məsləhət görülür. Faraş herik şumunun qaldırılması başa çatdırılır, gəmiricilərə qarşı mübarizə davam etdirilir. Alaq əmələ gələn qara herik sahələrində birinci becərmə başlanır.

HEYVANDARLIQDA

            Aprel ayında heyvandarlıq məhsullarının istehsal və tədarük edilməsinə dair planların yerinə yetirilməsinə yekun vurulur. Ət, süd, yumurta və digər məhsul növlərinin artırılmasının və nöqsanların aradan qaldırılmasını təmin edən tədbirlər müəyyən edilir.

May ayında görüləcək işlər

 ƏKINÇILIKDƏ

Mayın birinci yarısında dağətəyi və orta dağlıq zonalarda qarğıdalı səpini qurtarır. Payızlıq taxılların keyfiyyətini yüksəltməkdən ötrü hektara 65 kq (fiziki çəkidə) azot 150 litr suda həll edib sahələrə çiləmək məsləhət görülür. Bu zaman həmin məhlula 1 kq xlorofos, yaxud 1,5 kq metafos qarışdırıb sahəyə çilədikdə taxılın keyfiyyətini aşağı salan ziyankar bağacığa qarşı da mübarizə aparılmış olur. Mayın axırıncı ongünlüyündə pas xəstəliklərinə qarşı taxıllara hektara 4-5 kq sineb, 5kq polikarbasin, ya da 10 kq anilot çilənməlidir. Ayın birinci və ikinci ongünlüyündə (aranda) payızlıq əkinlərin vegetasiya suvarması başa çatdırılır. Yazlıqların suvarlması davam etdirilir. Dağlıq zonlarda payızlıq əkinlərin alaqdan təmizlənməsi, gübrələnməsi qurtarır, yazlıq əkinlərdə alağa qarşı mübarizə və yemləmə gübrəsi verilməsi başlanır.

            Mayın birinci ongünlüyündə aran zonalarında qarğıdalının seyrədilməsi qurtarır və ona yemləmə gübrəsi verilir. Cərgələrarasına kultivasiya çəkilir, suvarma şırımları açılır. Qarğıdalı sovkasının I-II generasiyası (1m2-0,5 ədəd) müşahidə edildikdə sahələr hektara 5-10 kq 25%-li heksaxloran tozu ilə tozlandırılır.

            Payızlıq və yazlıq bitkilərin toxumluq sahələri nəzərdən keçirilir, onlarda növ, sort alağı edilir, qara heriyin becərilməsi davam etdirilir. Payızlıqların yığılmasına 15 gün qalmış məhsulun 10-12 iş günündə toplanması, düzgün hesaba alınması, daşınması, dövlətə təhvil verilməsi müzakirə edilib plan tutulur. Məhsulu kombaynla yığılacaq zəmilərin kənarları biçilir, sahədəki suvarma arxları düzəldilir. Tarla düşərgələri qaydaya salınır, anbarlar dezinfeksiya edilir və əhənglə ağardılır. Kombaynların və taxıl-təmizləyən maşınların vəziyyəti yoxlanır. İtkinin qarşısını almaq üçün kombaynların kipləşdirilməsi başa çatdırılır.

            Toxumluq sahələr ayrılaraq sort alağı edilir. Aprobasiya dərzləri götürülərək analiz edilir.

            Məhsulun yetişməsindən asılı olaraq ayın axırında taxıl yığımına başlanılır. Yerə yatan sahələrin məhsulunu yığmaqdan ötrü kombaynlara eksentrik cəhrələr ya da “Kotun” sovxozu mexanizatorlarının təklif etdikləri sünbülqaldıran quraşdırılır. Payızlıq noxud (yaşıl kütlə üçün) yığılır, yaşıl yem məqsədilə kövşənliyə qarğıdalı və başqa yem bitkiləri toxumu səpinə hazırlanır. Dənli bitkilərin ziyanvericilərinə qarşı mübarizə davam etdirilir. Taxıl bitkilətinin ziyanvericilərinə qarşı sahələrə hektara 1-1,5 kq hesabı ilə 80 faizli texniki xlorofos 100-150 litr işçi məhlulu çilənir.

         Məhsul yığımına 15-20 gün qalmış kimyəvi mübarizə işləri dayandırılır.

HEYVANDARLIQDA

May ayından başlayaraq süd istehsalında kəskin dönüş yaranır. Yaşıl yemin bolluğu və havaların qızması inəklərin süd məhsuldarlığını artırır. Bu əlverişli vaxtdan səmərəli istifadə etmək üçün fermalarda gündə üç dəfə sağım tətbiq edilir. Sutkada 15-20 kq süd verən hər bir inəyə 55-60 kq yaşıl yem verilir. Boğaz heyvanlara 40-45 kq, cavan mala isə yaşından asılı olaraq 10-25 kq yaşıl yem paylanır. Yaşıl otla yemləmə zamanı heyvanlara qüvvəli yem verilir. Sağmal inəklərə verdiyi hər kq südə görə 300 qr qüvvəli yem planlaşdırılır. May ayında inəklərin döllənməsi də yaxşılaşdırılır. Onların mayalandırılmasına diqqət artırılır. Süni mayalama məntəqələrində yoxlama keçirilir, lazımi material və yaxşılaşdırıcı cinsin keyfiyyətli toxumu tədarük edilir. Süni mayalanma zamanı işçi alətin zərərsizləşdirilməsinə ciddi fikir verilir. Xüsusi sterilizatorlarda balalıq güzgüsü və şpris kateter 15-20 dəqiqə qaynatmaqla zərərsizləşdirilir. Bununla belə, onlar istifadə zamanı limon turşusunun natrium duzunun 3%-li məhlulu mütləq yaxalanır. Maldarlıq fermalarında ciddi əmək və istehsalat intizamı yaradılır. Bütün qüvvələr məhsulların dəqiq uçota alınmasına və artımlı istehsal olunmasına səfərbər edilir. İnkişafdan qalan dişi heyvanlar bol yemləndirilir və normal cütləşmə çəkisinə çatdırılır. İnəklər mastitə görə yoxlanılır. Əsas və yardımçı binalar əhənglə ağardılır.

                           Qoyunçuluqda zərif və yarımzərif yunlu qoyunlar qırxılır. Qırxımı mütəşəkkil keçirmək üçün hər cür zootexniki və təşkilati tədbirlər görülür. Qoyunlar 10-12 saat ac saxlandıqdan sonra qırxılır. Qırxımdan 3-4 gün sonra qoyunlar çimizdirilir və sürüləri dağa aparmaq üçün hazırlıq görülür. Zərif və yarımzərif qoyunlar ildə bir dəfə qırxılır. Quzular anasından ayrılır və cinsiyyətə görə sürülər təşkil edilir.

            May ayı quşçuluqda cücə yetişdirmək üçün ən əlverişli ay hesab edilir. Günün uzunluğu, günəşin xoş hərarəti və vitaminli yaşıl yemin bolluğu cücələrin boy və inkişafını sürətləndirir. Cavan quşlar soyuqlar düşənə qədər möhkəmlənir. Yetkin fərə və xoruz kimi nəzərə çarpır.

            Cücələr 1-ci həftə 300, 2-ci 270, 3-cü 250, 4- cü həftə isə 230 temperatur şəraitində saxlanılır. Birinci 5-7 gündə cücələrə bişirilib xırdalanmış yumurta verilir. Hər 8-10 cücəyə bir yumurta nəzərdə tutulur. İki saatdan bir yemləmə aparılır. Cücələr 3-cü gündən yaşıl yemə, 10-cu gündən bişirilmiş kartofa öyrədilir. İkinci həftədən cücələrə 500-1000 qr qarışıq yem, 100-150 qr xırdalanmış taxıl və 20-30 qr ot verilir. Bir aylıqdan cücələr 18-200 temperatur olan quru yerdə saxlanılır. Cücələrə gündə 4-5 dəfə yem paylanılır. Onlara müxtəlif yemlər verilir.

            May ayında senaj və silos quyularının təmiri və tikintisi başa çatdırılır. Fermalarda profilaktiki tədbirlər aparılır. Dərman preparatları tədarük olunur.

 BAĞÇILIQDA

            Mayda cavan bağlarda cərgələrarasının becərilməsi, suvarılan yerlərdə azot gübrəsi ilə yemləmə, (hər hektara 75-90 kq ammonium şorası), gövdə ətrafının yumşaldılması, kök pöhrələrinin və biclərin kəsilməsi başa çatdırılır.

            Palmet əkmələrdə vegetativ artım 8-10 sm-ə çatdıqda, skelet budaqların üzərində dik bitən güclü zoğ və şivlər, skelet budaqlarda rəqabətə girən şivlər kəsilib atılır. Bu əməliyyat bütün yay uzunu 12-15 gündən bir təkrarlanır.

            Balverən bağlarda cərgələrarasının becərilməsi, azot gübrəsilə yemləmə (hektara 200-250 kq), gövdəətrafının yumşaldılması başa çatdırılır və mulçalama aparılır. Süni və təbii çəmən altında olan cərgələr arasındakı ot biçilib həmən yerdə mulça materialı kimi saxlanılır və ya yığılıb sahədən çıxarılır. Dəstək tədarük edilib bağın yaxılnlığında baş başa (dik) qalanır.

            Tinglikdə cərgələr arasının alaqdan təmizlənməsi və yumşaldılması davam etdirilir. Kök pöhrələri kəsilib atılır. Yaz calağının tutma faizi yoxlanılır. Sarğılar boşaldılır, boy atmış calaqlar açılır və “gözə” kəsilir. Suvarma zamanı cərgələr arasına gübrə verilir.

            Ləçəklərin 70%-i tökülən zaman kasa yarpaqlarının birləşməsinə qədər (təxminən mayın 10-15-də) alma güvəsinə, alma meyvəyeyəninə, yarpaqbükənə, dəmgil və başqa xəstəliklərə qarşı ikinci kompleks çiləmə (0,4%-li sineb, 0,2%-li roqor, 1%-li kolloidli kükürd), ayın axırında isə həm torlu gənəyə qarşı çiləmə, həm də üçüncü kompleks müalicə (0,2%-li metation, 1%-li kolloidli kükürd, 0,2% - li keltan və ya omayt) aparılır. Tinglik və qələmliklərdə mənənəyə və həşəratlara qarşı 0,2%-li metation roqor, metafos çilənir.

            Nar bağlarında cərgələrarası disklənir, gövdəətrafı yumşaldılır, gübrələnir və suvarılır, artıq pöhrələr qırılıb təmizlənir. Xəstəliklərə qarşı 0,4%-li sineb, meyvəyeyənlərə qarşı 0,2%-li metation, roqor və yaxud xlorofosla çiləmə aparılır.

 

 

 

       

Design by Nurana Qambarova Elman

Kataloq