"Kənd təsərrüfatı kooperasiyası
haqqında"
Azərbaycan Respublikasının
Qanunu
Bu Qanun Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, kooperasiya prosesində yaranan münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1. Bu Qanunda istifadə edilən
əsas anlayışlar aşağıdakı
mənaları ifadə edir:
1.1. kənd təsərrüfatı
kooperasiyası birgə məqsədləri
həyata keçirmək üçün kənd
təsərrüfatı məhsulları
istehsalçılarının səy və
resurslarının könüllü birləşməsi
ilə yaradılan müxtəlif təyinatlı
kənd təsərrüfatı kooperativləri
və onların ittifaqlarının
müştərək əməkdaşlıq sistemi;
1.2. kənd tətərrüfatı
kooperativi kənd təsərrüfatı
məhsulları istehsalçılarının
birgə fəaliyyət göstərmək üçün
könüllü üzvlüyə əsaslanan
birliyi olub, iştirakçılarının
iqtisadi, sosial və başqa
tələbatlarının ödənilməsi
məqsədi ilə yaradılan hüquqi
şəxs;
1.3. kooperativin əsas üzvü bu
Qanunun və kooperativin
nizamnaməsinin tələblərinə cavab
verən və kooperativin
nizamnaməsində müəyyənləşdirilən
qaydada və həcmdə üzvlük haqqı,
mütləq və əlavə əmlak pay haqqı
ödəyən və kooperativə səsvermə
hüququ ilə qəbul edilən fiziki
və (və ya) hüquqi şəxs;
1.4. kooperativin ortaq (assosiativ)
üzvü kooperativin
nizamnaməsində müəyyənləşdirilən
qaydada və həcmdə üzvlük haqqı
və yalnız mütləq əmlak pay haqqı
ödəyən və kooperativə bu Qanunda
nəzərdə tutulan hallar istisna
olmaqla, səsvermə hüququna malik
olmamaqla qəbul edilən fiziki və
(və ya) hüquqi şəxs;
1.5. kooperativ üzvlərinin
subsidiar (əlavə) məsuliyyəti
kreditorların tələblərini
müəyyən olunmuş müddətdə ödəmək
mümkün olmadığı hallarda meydana
çıxan, həcmi və şərtləri bu
Qanun və kooperativin
nizamnaməsi ilə
müəyyənləşdirilən və kooperativ
üzvlərinin öhdəliklərinə əlavə
olunan məsuliyyət;
1.6. kənd təsərrüfatı məhsulları
istehsalçısı istehsal etdiyi
məhsulun dəyər ifadəsi ilə ümumi
miqdarının 50 faizdən, o
cümlədən tutulan balıq və su
bioresurslarının 70 faizdən
çoxunu kənd təsərrüfatı
məhsulları təşkil edən kənd
təsərrüfatı məhsulları istehsalı
ilə məşğul olan fiziki və ya
hüquqi şəxs;
1.7. işçi əmək müqaviləsi
əsasında müəyyən ixtisas, peşə
və ya vəzifə üzrə işə cəlb
olunan və kooperativin üzvü
olmayan şəxs;
1.8. əmlak pay haqqı
kooperativin əsas və ortaq (assosiativ)
üzvlərinin nizamnamə ilə
müəyyənləşdirilən qaydada və
həcmdə kooperativin pay fonduna
verdiyi daşınar və (və ya)
daşınmaz əmlakdan, habelə pulla
qiymətləndirilən əmlak
hüquqlarından ibarət olan əmlak
payı. Əmlak pay haqqı mütləq və
əlavə ola bilər. Kooperativin
ortaq (assosiativ) üzvünün əmlak
pay haqqı onun ödədiyi mütləq
əmlak pay haqqına bərabərdir;
1.9. mütləq pay haqqı
kooperativ üzvü tərəfindən
mütləq qaydada ödənilən,
kooperativin fəaliyyətində
iştirak etmək, səs vermək, onun
xidmətlərindən və güzəştlərindən
istifadə etmək və əsas
kooperativ ödənişlərini almaq
hüququ verən əmlak payı;
1.10. əlavə pay haqqı
kooperativin əsas üzvü
tərəfindən bu Qanunun 1.9-cu
maddəsində göstərilən mütləq pay
haqqından əlavə, öz arzusu ilə
ödənilən və əlavə kooperativ
ödənişləri almaq hüququ verən
pay;
1.11. pay kooperativin
əmlakının yaranmasında
kooperativin üzvlərinin
iştirakını əks etdirən
kooperativ əmlakının bir
hissəsidir. Pay əmlak pay
haqqından və artırılmış paydan
ibarət olmaqla dəyər ölçüsündə
nəzərə alınır;
1.12. artırılmış pay bu
Qanunda nəzərdə tutulan qaydada
kooperativ üzvlərinə ödənilməli
olan kooperativ ödənişlərinin və
ya kooperativin digər
vəsaitlərinin bir hissəsi
hesabına formalaşan və
kooperativ üzvlərinin əmlak pay
haqqına əlavə olunan pay;
1.13. üzvlük haqqı
iştirakçının kooperativ
üzvlüyünə daxil olması zamanı
bununla bağlı xərclərin
ödənilməsi üçün verdiyi pul
məbləği;
1.14. kooperativ ödənişləri
(əsas kooperativ ödənişləri)
üzvlərin mütləq pay haqqına,
kooperativdə şəxsi əməyinə və
təsərrüfat fəaliyyətinə
mütənasib surətdə onlara
ödənilən mənfəətin bir hissəsi;
1.15. dividend (əlavə kooperativ
ödənişləri) səs hüququna malik
olan kooperativ üzvlərinin əlavə
pay haqlarına və kooperativin
ortaq (assosiativ) üzvlərinin
mütləq pay haqlarına mütənasib
surətdə onlara ödənilən
kooperativ mənfəətinin bir
hissəsi;
1.16. kooperativin təsərrüfat
fəaliyyətində iştirak
kooperativ üzvlərinin
kooperativə məhsul, xammal
göndərməsi, kooperativdən mal
alması, kooperativin xidmətindən
istifadə etməsi;
1.17. kooperativin pay fondu
kooperativ üzvlərinin paylarının
pulla ifadəsi.
Maddə 2. Kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericilik
Kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyindən, bu Qanundan və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericiliyin məqsədi
3.1. Kənd təsərrüfatı
kooperasiyası haqqında
qanunvericiliyin məqsədi
Azərbaycan Respublikasında kənd
təsərrüfatı kooperasiyasının
inkişafına təkan vermək, kənd
təsərrüfatı məhsulları
istehsalçılarının könüllü
birləşməsi əsasında yeni iri
həcmli istehsal və istehlak
kooperativləri yaratmaq, onların
istehsal potensialından səmərəli
istifadə etmək, yerli kənd
təsərrüfatı məhsulları istehsalı
hesabına əhalinin ərzaq
təhlükəsizliyini və xaricə ərzaq
ixracını təmin etmək,
kooperasiya iştirakçılarının
iqtisadi və digər maraqlarını
qorumaqdır.
3.2. Kənd təsərrüfatı
kooperasiyası haqqında
qanunvericilik istehlak
cəmiyyətlərinə və onların
ittifaqına, habelə digər qeyri
kənd təsərrüfatı istehlak
kooperativlərə şamil edilmir.
Maddə 4. Kənd təsərrüfatında kooperasiya münasibətlərinin formaları
4.1. Kənd təsərrüfatında
kooperasiya münasibətləri
iştirakçıların birləşmə üsuluna
görə üfüqi və şaquli
istiqamətlər üzrə formalaşır.
4.2. Üfüqi kənd təsərrüfatı
kooperasiyasında məhsul
istehsalçılarının aqrar-ərzaq
həlqəsinin vahid mərhələ
şərçivəsində (istehsal
mərhələsində) birləşməsi təşkil
edir. Bu mərhələdə kənd
təsərrüfatı məhsulları istehsalı
üçün torpaq və digər əmlakın
birləşdirilməsi və istehsal
kooperativinin yaradılması
həyata keçirilir.
4.3. Şaquli kənd təsərrüfatı
kooperasiyasında istehsalçılar
şaquli kooperasiya əlaqələrinə
girərək kooperativ müəssisə
çərçivəsində aqrar-sənaye
istehsalının müxtəlif
mərhələlərini (emal, satış,
xidmət və s.) birləşdirirlər.
4.4. Kənd təsərrüfatında
kooperasiya münasibətləri
aşağıdakı qaydada qurula bilər:
4.4.1. kəndli (fermer)
təsərrüfatları, ailə və fərdi
kəndli təsərrüfatları arasında;
4.4.2. kəndli (fermer)
təsərrüfatları, ailə və fərdi
kəndli təsərrüfatları və kənd
təsərrüfatı müəssisələri
arasında;
4.4.3. kənd təsərrüfatı
məhsulları istehsalı, emal və
xidmət müəssisələrinin
kooperativlərə çevrilməsi
formasında;
4.4.4. kənd təsərrüfatı
müəssisələrinin təsərrüfatdaxili
kooperasiyası formasında;
4.4.5. kənd təsərrüfatı
kooperativlərinin, iştirakçıları
olduğu ittifaqların,
assosiasiyaların, şuraların,
habelə digər istehsal, emal,
satış, xidmət, kredit, sığorta
müəssisələri və birliklərinin
təsərrüfatlararası kooperasiyası
formasında;
4.4.6. kənd təsərrüfatı
məhsulları istehsalçılarının və
kooperativlərinin məqsədəuyğun
hesab etdikləri digər müəssisə,
təşkilat və orqanlarla
kooperasiyası formasında.
Maddə 5. Kənd təsərrüfatında kooperasiya modeli
5.1. Azərbaycan
Respublikasında kənd təsərrüfatı
kooperasiyasının modeli
çoxpilləli sistem üzrə
könüllülük prinsipləri əsasında
aşağıdakı qaydada formalaşır:
5.1.1. birinci pillə - kənd
təsərrüfatı məhsulları
istehsalçıları tərəfindən
yaradılan kənd təsərrüfatı
istehsal və istehlak
kooperativləri;
5.1.2. ikinci pillə - kənd
təsərrüfatı kooperativlərinin
birləşərək yaratdıqları sahə
kooperativ ittifaqları;
5.1.3. üçüncü pillə - sahə
ittifaqlarının birləşərək
yaratdıqları ərazi kooperativ
ittifaqları;
5.1.4. dördüncü pillə - ərazi
kooperativ ittifaqlarına aid
olan mərkəzi ittifaqların
birləşərək yaratdıqları milli
kooperativlər ittifaqı.
5.2. Azərbaycan Respublikasında
kənd təsərrüfatı
kooperasiyasının
təşkilatlanmasında inkişaf etmiş
dünya dövlətlərində tətbiq
edilən kooperasiya modellərindən
də istifadə oluna bilər.
II fəsil
Kənd təsərrüfatı kooperativləri
Maddə 6. Kənd təsərrüfatı kooperativləri və onların növləri
6.1. Kənd təsərrüfatı
kooperativləri kənd təsərrüfatı
məhsulları istehsalçıları olan
fiziki və hüquqi şəxslər
tərəfindən məhsulların
istehsalı, emalı, satışı, habelə
qanunla qadağan olunmayan başqa
fəaliyyətlə məşğul olmaq üçün
könüllülük prinsipləri əsasında
pul vəsaitləri, torpaq sahələri,
torpaq və əmlak paylarının
birləşdirilməsi və onların
kooperativin pay fonduna
verilməsi yolu ilə yaradılır.
6.2. Kənd təsərrüfatı
kooperativləri fəaliyyət
xarakterinə görə istehsal,
istehlak və qarışıq (istehsal-istehlak)
növlü ola bilərlər.
6.3. Kənd təsərrüfatı istehsal
kooperativləri kommersiya
təşkilatı hesab olnur, istehlak
və qarışıq kənd təsərrüfatı
kooperativləri qeyri-kommersiya
təşkilatına aid edilir.
6.4. Kənd təsərrüfatı
kooperativlərinin maliyyə,
təsərrüfat və digər növ
fəaliyyətinə, idarəetmə və
nəzarət orqanlarının
seçilməsinə, vəzifəli şəxslərin
təyin olunmasına və onların
vəzifədən azad edilməsinə dövlət
və bələdiyyə orqanlarının
müdaxiləsinə yol verilmir.
Kooperativlərdə yoxlama, onların
fəaliyyətinə nəzarət
qanunvericilikdə nəzərdə
tutulmuş qaydada həyata
keçirilir.
6.5. Kənd təsərrüfatı
kooperativləri bir qayda olaraq,
onların fəaliyyət
istiqamətlərini göstərən sahə
prinsipləri üzrə (bitkiçilik,
heyvandarlıq, baytarlıq,
südçülük, quşçuluq, pambıqçılıq,
çayçılıq və s.) yaradılır və
ittifaqlarda birləşirlər.
6.6. Kooperativ üzvünün bir
inzibati-ərazi vahidində eyni
fəaliyyət istiqamətinə aid iki
kooperativə daxil olmasına yol
verilmir, başqa fəaliyyət
istiqamətinə aid kooperativlərə
daxil olmasına isə sərhəd
qoyulmur.
6.7. Bir kənd təsərrüfatı
kooperativi bir neçə müxtəlif
fəaliyyət istiqamətli kooperativ
ittifaqının üzvü ola bilər.
6.8. Kənd təsərrüfatı
kooperativləri öz üzvləri,
üzvləri olduğu ittifaqları,
dövlət orqanları, bələdiyyələr,
digər fiziki və hüquqi şəxslərlə
hüquqi və iqtisadi
münasibətlərini müqavilə
əsasında qururlar.
Maddə 7. Kənd təsərrüfatı kooperativlərinin yaradılmasının və fəaliyyətinin əsas prinsipləri
7.1. Azərbaycan
Respublikasında kənd təsərrüfatı
kooperativlərinin yaradılması və
fəaliyyəti aşağıdakı prinsiplərə
əsaslanır:
7.1.1. kooperativ üzvlüyünün
könüllü və açıq olması.
Kooperativə üzvlük könüllüdür və
dinindən, irqindən, cinsindən,
siyasi partiyalara və digər
ictimai birliklərə
mənsubiyyətindən asılı
olmayaraq, onun nizamnaməsi ilə
müəyyən olunmuş öhdəlikləri
qəbul edən hər kəs üçün açıqdır;
7.1.2. demokratik idarəetmə və
üzvlərin nəzarəti. Kooperativ
demokratik əsaslarla idarə
olunur və onun fəaliyyətinə
üzvləri nəzarət edir.
Kooperativin idarəetmə orqanları
üzvlərə hesabat verirlər.
Kooperativ üzvlərinin hər biri
eyni səs hüququna malikdir (bir
üzv - bir səs);
7.1.3. üzvlərin kooperativin
iqtisadi fəaliyyətində iştirakı.
Kooperativ üzvləri onun iqtisadi
fəaliyyətində, pay fondunun və
kapitalının formalaşmasında,
gəlirlərin bölünməsində eyni
əsaslarla iştirak edirlər;
7.1.4. muxtariyyət və müstəqil
fəaliyyət. Kooperativlər sərbəst
və müstəqil fəaliyyət
göstərirlər, onlar kooperativin
inkişafı və iştirakçılarının
mənafeyi naminə dövlət,
bələdiyyə, özəl və ictimai
təşkilatlarla müxtəlif əqdlər
bağlaya, münasibətlər qura
bilərlər;
7.1.5. təhsil, sosial müdafiə və
ictimai qayğı. Kooperativ
hərakatının effektiv inkişafını
təmin etmək məqsədi ilə
kooperativlər üzvlərinin,
idarəetmə orqanlarının
üzvlərinin, əməkdaşlarının
təhsil almasına, treninqlər
keçməsinə imkan yaradırlar,
onların sosial müdafiəsinə
köməklik və qayğı göstərirlər;
7.1.6. kooperativlərdə
informasiya təminatı. Kooperativ
üzvlərinin kooperativin
fəaliyyəti ilə bağlı istənilən
informasiyanı almaq hüququ
vardır. Kooperativlər
ictimaiyyəti kooperativ
hərakatının mahiyyəti, üstünlüyü
və inkişaf perspektivləri barədə
məlumatlandırmağa borcludurlar;
7.1.7. kooperativ hərakatında
əməkdaşlıq. Kooperativlər
kiooperativ hərakatının effektiv
inkişafı, üzvlərinin mənafeyi
naminə bir-biri ilə, habelə
yerli, ərazi, respublika və
beynəlxalq kooperativlər
ittifaqlarında geniş əməkdaşlıq
işləri aparırlar;
7.1.8. kooperativin üzvü olmayan
şəxslərin kooperativin
təsərrüfat fəaliyyətində
iştirakının məhdudlaşdırılması;
7.1.9. kooperativ üzvlərinin
əlavə əmlak pay haqqına və
kooperativin ortaq (assosiativ)
üzvlərinin mütləq əmlak pay
haqqına görə dividendlərin
məhdudlaşdırılması (səviyyənin
müəyyən edilməsi).
7.2. Kənd təsərrüfatı
kooperativləri təsisçilərinin
vəsaiti və bank kreditləri
hesabına yaradılır,
fəaliyyətlərini öz xərcini ödəmə
və özünü maliyyələşdirmə
prinsipləri əsasında qururlar.
Maddə 8. Kənd təsərrüfatı istehsal kooperativləri
8.1. Kənd təsərrüfatı
istehsal kooperativləri kənd
təsərrüfatı məhsullarının
istehsalı ilə birgə məşğul olmaq
məqsədilə fiziki şəxslər
tərəfindən yaradılır.
8.2. İstehsal kooperativlərinə
illik əmtəə satışının 60
faizindən az olmayan hissəsini
bitkiçilik, heyvandarlıq, kənd
təsərrüfatı və su təsərrüfatının
digər sahələrindən, o cümlədən
onların məhsulllarının emalından
əldə edən kənd təsərrüfatı
kooperativi aid edilir.
8.3. İstehsal kooperativi
üzvlərinin birgə fəaliyyəti
onların kooperativdə şəxsi əməyi
ilə iştirakına əsaslanır. Bu
halda, kooperativ üzvlərinin
yerinə yetirdikləri funksiyadan
asılı olmayaraq onlar kənd
təsərrüfatı məhsulları
istehsalçısı hesab olunurlar.
İstehsal kooperativinin firma
adı özündə həmin kooperativin
adını və "kənd təsərrüfatı
kooperativi" sözlərini əks
etdirilməlidir.
8.4. İstehsal kooperativləri
üzvlərinin xüsusi mülkiyyətində
(sahibliyində, icarəsində) olan
torpaqlar kooperativin pay
fonduna verilmir.
8.5. İstehsal kooperativi
üzvlərinin sayı beşdən az
olmamalı və görülən işlərin ən
azı 70 faizi kooperativ üzvləri
tərəfindən yerinə
yetirilməlidir.
8.6. İstehsal kooperativi
işçilərinin sayı (mövsümü işlərə
cəlb olunanlar istisna olmaqla)
bu kooperativin üzvlərinin
sayının 30 faizindən çox
olmamalıdır.
8.7. İstehsal kooperativi kənd
təsərrüfatı məhsullarının
istehsalı ilə yanaşı istehsalın
təchizatı, satışı, kreditləşmə
və digər xidmətlər göstərilməsi
ilə də məşğul ola bilər. Belə
istehsal kooperativləri qarışıq
istiqamətdə fəaliyyət göstərən
kooperativ hesab olunur.
Maddə 9. Kənd təsərrüfatı istehlak kooperativləri
9.1. Kənd təsərrüfatı
istehlak kooperativləri kənd
təsərrüfatı məhsulları istehsalı
ilə məşğul olan fiziki və hüquqi
şəxslər tərəfindən istehsal
etdikləri məhsulların
tədarükünü, satışını, emalını,
habelə özlərinə və digər məhsul
istehsalçılarına müxtəlif
xidmətlər göstərilməsini təmin
etmək məqsədilə yaradılır.
İstehlak kooperativi bu
fəaliyyət növlərinin birini və
ya bir neçəsini yerinə yetirə
bilər.
9.2. Kənd təsərrüfatı məhsulları
istehsalçılarının yaratdıqları
istehlak kooperativləri
aşağıdakı fəaliyyət növləri ilə
məşğul ola bilərlər:
9.2.1. emal kooperativləri
kənd təsərrüfatı məhsullarının
emalı ilə (ət və süd məhsulları,
çörək-bulka məmulatları,
meyvə-tərəvəz konservləri,
müxtəlif növ şirələr,
sərinləşdirici içkilər və s.).
məşğul olan kooperativlər;
9.2.2. tədarük və satış
(ticarət) kooperativləri kənd
təsərrüfatı məhsulllarının
tədarükü, topdan və pərakəndə
satışı, həmçinin onun
saxlanması, sortlaşdırılması,
qurudulması, yuyulması, çəkilib
bükülməsi, qablaşdırılması və
daşınması, satış bazarının
öyrənilməsi, məhsulun reklamı və
s. ilə məşğul olan
kooperativlər;
9.2.3. xidmət kooperativləri
mexanikləşdirmə, aqrokimyəvi,
meliorasiya, nəqliyyat, təmir,
tikinti, ekoloji-bərpa işləri,
heyvanlara baytarlıq xidməti və
damazlıq işi, gübrə və bitki
mühafizə vasitələrinin verilməsi
işi, elektrikləşdirmə,
telefonlaşdırma,
sanatoriya-kurort və tibb
xidmətləri, məsləhət və auditor
fəaliyyəti, digər iş və
xidmətləri həyata keçirən
kooperativlər;
9.2.4. təchizat kooperativləri
istehsal vasitələrini,
gübrələri, yemləri, neft
məhsullarını, avadanlıqları,
ehtiyat hissələrini,
pestisidləri, aqrokimyəvi
maddələri və kənd təsərrüfatı
məhsulları istehsalı üçün lazım
olan digər vasitələri almaq,
gətirmək və satmaqla məşğul olan
kooperativlər;
9.2.5. kredit kooperativləri
istehsal və istehlak kooperativi
üzvlərinin sərbəst pul
vəsaitlərini birləşdirmək,
əmanətlərini saxlamaq və onlara
kreditlər verməklə məşğul olan
kooperativlər;
9.2.6. sığorta kooperativləri
kənd təsərrüfatı məhsulları
isthsalçılarının şəxsi və tibbi
sığorta xidmətlərini, əkinlərin,
əmlakın, torpağın
sığortalanmasını həyata keçirən
kooperativlər.
Kredit və sığorta istehlak
kooperativlərinin yaradılması və
fəaliyyəti qaydaları, onların
üzvlərinin hüquq və vəzifələri
bu Qanunla yanaşı göstərilən
fəaliyyət növlərini tənzimləyən
qanunvericilik aktları ilə
müəyyən edilir.
9.2. İstehlak kooperativləri
ikidən az olmayan hüquqi şəxs və
ya beş nəfərdən az olmayan
fiziki şəxs tərəfindən
yaradılır. Bu halda ümumi iclas
qərar qəbul etdikdə kooperativin
üzvü olan hüquqi şəxs bir səsə
malik olur.
9.3. İstehlak kooperativlərinin
yerinə yetirdikləri işlərin
(xidmətlərin) ən azı 70 faizi
kooperativ üzvləri üçün həyata
keçirilməlidir.
9.4. İstehlak kooperativinin
adında onun əsas fəaliyyətinin
məqsədi, həmçinin "kənd
təsərrüfatı istehlak
kooperativi" sözləri
göstərilməlidir.
Maddə 10. Aqrar kredit kooperativləri
10.1. Aqrar kredit
kooperativləri mənafe ümumiliyi
əsasında könüllü birləşən kənd
təsərrüfatı məhsulları
istehsalçıları olan fiziki
şəxslərin və (və ya) kənd
təsərrüfatı sahəsində kiçik
sahibkarlıq subyektləri olan
hüquqi şəxslərin mənfəət əldə
edilməsi nəzərdə tutulmadan,
sərbəst pul vəsaitlərini
cəmləşdirmək yolu ilə özlərinin
qarşılıqlı kreditləşməsi üçün
yaratdıqları kredit
təşkilatlarıdır.
10.2. Aqrar kredit
kooperativləri qeyri-kommersiya
xarakterli istehlak
kooperativlərinə aid edilir.
10.3. Aqrar kredit
kooperativlərinin təsisçilərinin
sayı 11-dən az ola bilməz.
10.4. Aqrar kredit
kooperativlərinin maliyyə
resursları üzvlərinin pay
ödəmələri, fəaliyyətlərindən
əldə olunan gəlirlər və digər
xüsusi təyinatlı vəsaitlər,
habelə kreditlər, depozitlər,
əmanətlər kimi borc vəsaitləri
hesabına formalaşır. Borc
vəsaitləri kooperativin
vəsaitlərinin ümumi həcminin 60
faizindən çox olmamalıdır.
10.5. Aqrar kredit
kooperativləri çoxpilləli
istehlak kooperasiyası sistemi
çərçivəsində könüllü birləşərək
regional və respublika
səviyyələrdə ikinci və üçüncü
pilləli ittifaqlar (bank olmayan
kredit təşkilatları) yarada
bilərlər.
10.6. Aqrar kredit
kooperativlərinin yaradılması və
fəaliyyəti bu Qanunla yanaşı,
Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları
ilə tənzimlənir.
Maddə 11. Kooperativin hüquqları
11.1. Bu Qanuna müvafiq
olaraq yaradılmış kooperativ
hüquqi şəxsdir və aşağıdakı
hüquqlara malikdir:
11.1.1. qanunvericilikdə nəzərdə
tutulmuş qaydada, lakin qadağan
olunmayan istənilən fəaliyyətlə
məşğul olmaq;
11.1.2. müstəqil surətdə əmlaka
və torpaq sahələrinə sahib
olmaq, onları almaq və ya başqa
yolla əldə etmək, ona mənsub
olan əmlakı qanunvericiliklə
nəzərdə tutulan qaydada girov
qoymaq və həmin əmlaka dair
digər hüquqlarından istifadə
etmək;
11.1.3. özünün təşkilat
strukturunu müstəqil müəyyən
etmək;
11.1.4. kooperativin ehtiyat və
digər bölünməz fondlarını
yaratmaq, ehtiyat fondlarının
vəsaitlərini banklarda və digər
kredit təşkilatlarında, qiymətli
kağızlarda və başqa əmlakda
yerləşdirmək;
11.1.5. müqavilələr bağlamaq, öz
üzərinə əmlak öhdəliyi götürmək;
11.1.6. dövlət tərəfindən
tənzimlənən qiymət və tariflər
istisna olmaqla öz məhsulu, işi
və xidmətinə bazara uyğun qiymət
və tarif müəyyən etmək;
11.1.7. Azərbaycan Respublikası
banklarında və başqa dövlətlərin
banklarında hesab açmaq;
11.1.8. ölkə daxilində və
xaricdə müəssisələr, filiallar
və nümayəndəliklərini yaratmaq;
11.1.9. istiqraz vəsaitlərini
cəlb etmək, həmçinin
kooperativin üzvlərinə kredit və
avanslar vermək;
11.1.10. kooperativlər
ittifaqlarında
(assosiasiyalarında) birləşmək
və beynəlxalq kooperativlər
təşkilatlarının fəaliyyətində
iştirak etmək;
11.1.11. kooperativin
nizamnaməsi ilə nəzərdə tutulan
məqsədlərə çatmaq üçün zəruri
olan hüquqları həyata keçirmək;
11.1.12. Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada
xarici iqtisadi fəaliyyətlə
məşğul olmaq;
11.1.13. dövlət və bələdiyyə
orqanlarının və vəzifəli
şəxslərin kooperativin
hüquqlarını pozan qanunsuz
hərəkətləri (hərəkətsizlikləri)
barədə məhkəməyə və ya yuxarı
orqanlara müraciət etmək;
11.1.14. kooperativi yenidən
təşkil etmək və ya ləğv etmək;
11.1.15. Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
11.2. Bu Qanunun tələblərinə
cavab verməyən hüquqi şəxslərin
öz adının hissəsi kimi "kənd
təsərrüfatı kooperativi"
sözlərindən istifadə etmək
hüquqi yoxdur.
11.3. Öz adının tərkibində "kənd
təsərrüfatı kooperativi" sözləri
olan və bu Qanunun tələblərinə
cavab verməyən hüquqi şəxslər bu
Qanun qüvvəyə mindiyi gündən bir
il müddətinə ya öz adından
göstərilən sözləri çıxarmalı və
ya öz statusunu bu Qanunun
tələblərinə uyğunlaşdırmalıdır.
Maddə 12. Kooperativ ittifaqları (assosiasiyaları)
12.1. Kooperativlər
fəaliyyətlərini əlaqələndirmək,
hüquqlarının müdafiə edilməsini
təmin etmək, ümumi mənafelərini
dövlət və digər orqanlarda,
habelə beynəlxalq təşkilatlarda
təmsil və müdafiə etmək,
kooperativlərin auditini həyata
keçirmək və digər məqsədlərlə
könüllülük əsasında, nizamnaməsi
ilə müəyyən edilmiş həcmdə
üzvlük haqqı və orta aylıq
dövriyyədən vəsait ayrılmaqla
sahə, ərazi və başqa prinsiplər
üzrə öz aralarında müqavilə
bağlamaqla ittifaqlar
(assosiasiyalar) yarada
bilərlər. Kooperativ ittifaqları
bir-birilə oxşar xarakterdə olan
ən azı üç kooperativ tərəfindən
yaradıla bilər.
12.2. İttifaqın üzvlərinin
qərarı ilə ittifaqın üzərinə
sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq həvalə edildikdə,
belə ittifaq mülki
qanunvericiliklə nəzərdə tutulan
qaydada ya təsərrüfat
cəmiyyətinə çevrilir, yaxud belə
cəmiyyətdə iştirak edə bilər.
12.3. İttifaqın üzvləri
özlərinin təsərrüfat
müstəqilliyini və hüquqi şəxs
statusunu saxlayırlar.
12.4. İttifaqın təsis sənədləri
onun üzvləri tərəfindən
imzalanmış təsis müqaviləsindən
və onlar tərəfindən təsdiq
edilmiş nizamnamədən ibarətdir.
12.5. İttifaqın üzvləri bu
Qanunda başqa hal nəzərdə
tutulmayıbsa ittifaqın
xidmətlərindən əvəzsiz olaraq
istifadə etmək hüququna
malikdirlər.
12.6. İttifaqın üzvü öz arzusu
ilə maliyyə ili başa çatdıqdan
sonra ittifaqın tərkibindən
çıxa bilər və çıxmaq arzusu
barədə 6 ay əvvəl ittifaqa
məlumat verməlidir. Bu halda o,
əgər ittifaqın nizamnaməsində
ayrı müddət nəzərdə
tutulmayıbsa, çıxdığı gündən bir
il ərzində ittifaqın öhdəlikləri
üçün öz haqqına mütənasib
subsidiar məsuliyyət daşıyır.
12.7. İttifaqın təsis sənədləri
ilə müəyyən edilən qayda
pozulduğu hallarda ittifaqın
üzvü ittifaqın qalan üzvlərinin
qərarı ilə ittifaqın tərkibindən
xaric edilə bilər. İttifaq
üzvlüyündən xaric edilən ittifaq
üzvü ittifaqın üzvlüyündən
çıxanlara tətbiq edilən qaydada
məsuliyyət daşıyır.
12.8. İttifaqın tərkibinə yeni
üzvün qəbulu ittifaqın
nizamnaməsində göstərilən
qaydada həyata keçirilir. Əvvəl
yaradılmış ittifaqın tərkibinə
üzv daxil olmaq istəyən
kooperativ onun bu ittifaqa üzv
qəbul edilməsindən qabaq
ittifaqın götürdüyü
öhdəliklərinə görə (bu hal
nizamnamədə nəzərdə tutulduğu
halda) məsuliyyət daşıyır. Üzv
ittifaqa daxil olarkən həmin
öhdəliklərlə tanış olmalıdır.
12.9. İttifaqın qəbul etdiyi
qərar onun üzvü olan kooperativ
tərəfindən qəbul edilməyə bilər.
12.10. İttifaqın adında onun
iştirakçılarının fəaliyyətinin
əsas predmeti və öz fəaliyyətini
həyata keçirdiyi yer, "kənd
təsərrüfatı kooperativləri
ittifaqı" və ya "kənd
təsərrüfatı kooperativləri
assosiasiyası" sözləri
göstərilməlidir.
Maddə 13. Kənd təsərrüfatı kooperativləri ittifaqlarının strukturu
13.1. Kənd təsərrüfatı
kooperativləri ittifaqları kənd
təsərrüfatının istehsal və
xidmət sahələri, ərazi
prinsipləri, habelə başqa
əlamətlər üzrə yaradılmış
ittifaqlardan və birliklərdən
ibarət struktura malikdirlər.
13.2. Sahə prinsipi üzrə
ittifaqlar aşağıdakı
istiqamətlər üzrə yaradıla
bilər:
13.2.1. bitkiçilik və
heyvandarlıq;
13.2.2. bitkiçilik və
heyvandarlığın ayrı-ayrı
sahələri üzrə (əkinçilik,
meyvəçilik, tərəvəzçilik,
qoyunçuluq, quşçuluq və s.);
13.2.3. ayrı-ayrı bitkiçilik və
ya heyvandarlıq məhsulları üzrə
(buğda, qarğıdalı, pambıq, ət,
süd, yumurta və s.);
13.2.4. qarışıq sahələr
(taxılçılıq və quşçuluq,
südçülük və yemçilik və s.).
13.3. Sahə istiqamətləri üzrə
yaradılan ittifaqlar öz əhatə
dairəsinə görə aşağıdakı statusa
malik olan ərazi ittifaqları
yarada bilərlər:
13.3.1. yerli ittifaqlar bir
kənddə və ya sərhəd qonşuluğu
olan kəndlərdə yerləşən sahə
ittifaqlarının yaratdığı
ittifaqlar;
13.3.2. regional (rayon, şəhər)
ittifaqlar bir rayonun və ya
iqtisadi regiona daxil olan
rayonların ərazisində yerləşən
yerli ittifaqların yarıdan
çoxunun iştirakı ilə yaradılan
ittifaqlar;
13.3.3. mərkəzi ittifaqlar
Azərbaycan Respublikasının bütün
ərazisində olan regional (rayon,
şəhər) ittifaqların yarıdan
çoxunun iştirakı ilə yaradılan
ittifaqlar.
13.4. Eyni fəaliyyət sahəsində
birdən çox yerli (kəndlərdə),
regional (rayon və şəhərlərdə)
və mərkəzi ittifaqın
yaradılmasına yol verilmir.
13.5. Naxçıvan Muxtar
Respublikasının ərazisi üzrə
kənd təsərrüfatı kooperativləri
ittifaqları eyni prinsiplər
əsasında yaradılır.
13.6. Kənd təsərrüfatı
kooperativləri ehtiyac yarandığı
halda başqa əlamətlər üzrə də
ittifaqlar yarada bilərlər.
13.7. Kənd təsərrüfatı
kooperativləri mərkəzi
ittifaqları öz nizamnamələri ilə
müəyyən olunmuş vəzifələri
yerinə yetirmək üçün könüllülük
prinsipləri əsasında Azərbaycan
milli kooperativlər ittifaqını
(şura, konfederasiya,
federasiya) yarada bilərlər.
13.8. Kənd təsərrüfatı
kooperativləri ittifaqları
qanunvericiliklə müəyyən olunmuş
qaydada qeydiyyata alınmış
nizamnamə əsasında fəaliyyət
göstərirlər.
Maddə 14. Kənd təsərrüfatında kooperasiya müqavilələrinin xüsusiyyətləri
14.1. Kənd təsərrüfatında
kooperasiya müqavilələri öz
funksional əlamətlərinə görə
iştirakçıların sayına, görüləcək
iş və xidmətlərin mahiyyətinə,
müqavilələrin fəaliyyət
müddətinə və məhsulların
keyfiyyətinə görə
istehsalçıların iqtisadi
stimullaşdırılması kimi tiplərə
ayrılır.
14.2. İştirakçılarının sayına
görə tətbiq olunan kooperasiya
müqavilələri ikitərəfli və
çoxtərəfli olur və kənd
təsərrüfatı məhsulları
istehsalçıları ilə emal, satış
və digər istehlak kooperativləri
və müəssisələri, habelə müxtəlif
xidmətlər göstərən hüquqi və
fiziki şəxslər arasında
bağlanır.
14.3. Görüləcək iş və
xidmətlərin mahiyyətinə görə
tətbiq olunan kooperasiya
müqavilələri kənd təsərrüfatı
məhsulları istehsalı və
satışının şərtlərini nəzərdə
tutur və sadə və mürəkkəb
xarakterli olurlar. Sadə
müqavilələr istehsal olunan
məhsulların tədarükü qaydaları
və şərtlərini, mürəkkəb
müqavilələr isə tədarük şərtləri
ilə yanaşı, həmçinin istehsal,
təchizat, xidmət,
kooperativlərin və fermer
təsərrüfatlarının informasiya
xarakterli məlumatlarla
təminatını nəzərdə tutur.
14.4. Fəaliyyət müddətinə görə
kooperasiya müqavilələri kənd
təsərrüfatı sahələrinin spesifik
xüsusiyyətlərindən və istehsal
dövrünün davamiyyətindən asılı
olaraq mövsümü (bitkiçilikdə),
qısa müddətli və uzun müddətli
(heyvandarlıqda) olurlar.
14.5. Məhsulların keyfiyyətinə
görə istehsalçıların iqtisadi
stimullaşdırılmasına dair
kooperasiya müqavilələri tədarük
edilən kənd təsərrüfatı
məhsullarının keyfiyyətinə
tətbiq olunur və müəyyən olunmuş
qiymətlər, müəyyən olunmuş əmək
haqqı, maliyyə və icarə
müqavilələri formasında olur.
Belə tipli kooperasiya
müqavilələri bitkiçilikdə və
heyvandarlıqda tətbiq olunur və
məhsulların keyfiyyətinə görə
müəyyən edilmiş qiymətlərə
əlavələri və cərimələri, məhsul
istehsalçılarına göstərilən
xidmətlərin
maliyyələşdirilməsini, yalnız
əmək haqqlarını ödəməklə
heyvanların fermerlərə icarəyə
verilməsini, istehsalçıların
müxtəlif iqtisadi stimullaşdırma
metodlarını nəzərdə tutur.
14.6. Kənd təsərrüfatında
kooperasiya münasibətlərinin
formasından asılı olaraq
kooperasiya müqavilələrinin
digər növləri də tətbiq olunur.
14.7. Kənd təsərrüfatında tətbiq
edilən kooperasiya
müqavilələrinin nümunəvi
formaları, onların bağlanması və
icra edilməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanları
tərəfindən müəyyən edilir.
14.8. Kənd təsərrüfatında
kooperasiya müqavilələri ilə
yanaşı, fermer təsərrüfatları və
istehsal kooperativlərinin
yüngül, yeyinti və yem sənayesi
müəssisələri, habelə topdansatış
bazarları arasında müəyyən
məhsul istehsalı, satışı,
lizinqi barəsində inteqrasiya
müqavilələri də bağlana bilər.
III fəsil
Kənd təsərrüfatı kooperativlərinin yaradılması qaydaları
Maddə 15. Kənd təsərrüfatı kooperativinin təsis yığıncağı
15.1. Kooperativ yaratmaq
məqsədilə fiziki və (və ya)
hüquqi şəxslər təşəbbüs qrupu
yaradırlar. Təşəbbüs qrupunun
vəzifələrinə aşağıdakılar
daxildir:
15.1.1. pay haqqı fondunun həcmi
və onun yaranma mənbələri
göstərilməklə kooperativin
istehsal-təsərrüfat fəaliyyəti
layihəsinin texniki-iqtisadi
əsaslandırılmasının
hazırlanması;
15.1.2. kooperativin nizamnamə
layihəsinin hazırlanması;
15.1.3. kooperativin üzvlüyünə
daxil olmaq barədə fiziki və (və
ya) hüquqi şəxslərdən ərizələrin
qəbul edilməsi;
15.1.4. kooperativin yaradılması
ilə bağlı xərclərin ödənilməsi
üçün verilən üzvlük haqqının pul
məbləğinin müəyyən edilməsi və
bu vəsaitin xərclənməsi barədə
kooperativin ümumi yığıncağında
hesabat verilməsi;
15.1.5. kooperativin yaradılması
üçün təsis yığıncağının
hazırlanması və keçirilməsi.
15.2. Kooperativin təsis
yığıncağı:
15.2.1. kooperativin yaradılması
barədə qərar qəbul edir,
təsisçilərinin nizamnaməsini
təsdiq edir;
15.2.2. kooperativin idarəetmə
orqanlarını yaradır.
15.3. Kooperativ üzvləri öz
aralarında Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin 45.2-ci maddəsinə
uyğun olaraq təsis müqaviləsi
bağlayırlar.
15.4. Kooperativin təsis
yığıncağının qərarı protokolla
rəsmiləşdirilir.
15.5. Kooperativ yaradıldıqdan
sonra təsisçilər kooperativin
üzvü hesab edilirlər və
kooperativə yeni qəbul edilən
üzvlərlə eyni hüquq və
vəzifələrə malikdirlər.
Təsisçilər heç vaxt
dəyişdirilmir.
15.6. Kooperativ Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən edilən qaydada
dövlət qeydiyyatından keçirilir.
Kooperativ dövlət qeydiyyatından
keçdiyi vaxtdan yaranmış hesab
olunur və hüquqi şəxs statusu
alır.
Maddə 16. Kooperativin
nizamnaməsi
16.1. Kooperativ nizamnamə
əsasında fəaliyyət göstərir.
16.2. Kooperativin
nizamnaməsində aşağıdakılar əks
olunur:
16.2.1. kooperativin adı və
hüquqi ünvanı;
16.2.2. kooperativin
fəaliyyətinin məramı, məqsədi və
əsas prinsipləri;
16.2.3. kooperativ üzvlüyünə
qəbul, üzvlüyə son verilməsinin
əsası və qaydası
16.2.4. kooperativ üzvlərinin
pay haqqının ölçüsünün müəyyən
edilməsi;
16.2.5. pay haqlarının tərkibi
və ödənilməsi qaydası, ödəmə
öhdəliyinin pozulmasına görə
kooperativ üzvlərinin
məsuliyyəti;
16.2.6. kooperativin bölünməz
fondunun yaradılması (əgər
nəzərdə tutularsa) şərtləri və
həcmi;
16.2.7. ehtiyat fondunun
yaradılması və istifadəsi
şərtləri;
16.2.8. kooperativin gəlir və
zərərinin bölünməsi qaydası;
16.2.9. kooperativ üzvlərinin
subsidiar məsuliyyəti və
şərtləri;
16.2.10. kooperativ üzvlərinin
və kooperativin ortaq
(assosiativ) üzvlərinin hüquq və
vəzifələri;
16.2.11. kooperativin idarəetmə
orqanlarının tərkibi və
səlahiyyətləri, onların qərar
qəbul etmək qaydaları;
16.2.12. istehsal kooperativinin
fəaliyyətində şəxsi əməklə
iştirakın xarakteri və qaydası,
şəxsi əməklə iştiraka dair
öhdəliyin pozulmasına görə
məsuliyyət;
16.2.13. torpaq sahəsinin,
torpaq payının və üzvlük payı
əvəzinə ödənilən digər əmlakın
qiymətləndirilməsi qaydası;
16.2.14. kooperativin yenidən
təşkili və ləğv edilməsi
qaydaları;
16.2.15. nizamnaməni təsdiq edən
və kooperativin idarə heyətinin
üzvləri olan fiziki şəxslərin
adı, soyadı, atasının adı,
doğulduğu tarix, yaşadığı ünvan,
şəxsiyyət vəsiqəsinin seriyası
və nömrəsi, hüquqi şəxslərin
rekvizitləri.
16.3. Kooperativin
nizamnaməsinə, kooperativin
fəaliyyəti ilə bağlı
qanunvericiliyə zidd olmayan
digər müddəalar da daxil edilə
bilər.
16.4. Kooperativin
nizamnaməsinin surəti onun hər
bir üzvünə verilir və ya onunla
tanış olmaq üçün münasib yerdə
saxlanılır.
16.5. Kooperativ üzvlərinin və
kooperativin ortaq (assosiativ)
üzvlərinin sayının dəyişməsi,
həmçinin pay fondunun məbləğinin
dəyişməsi kooperativin
nizamnaməsində dəyişiklik
edilməsi üçün əsas deyildir.
16.6. Kənd təsərrüfatı
kooperativinin nizamnaməsinin
nümunəvi formasını müvafiq icra
hakimiyyəti orqanı təsdiq edir.
Maddə 17. Kooperativin nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi
17.1. Kooperativin
nizamnaməsinə bu Qanunun
tələblərinə zidd olmayan
dəyişikliklər və əlavələr edilə
bilər.
17.2. Bu Qanunda və kooperativin
nizamnaməsində başqa hal nəzərdə
tutulmamışdırsa kooperativin
nizamnaməsində dəyişikliklər və
əlavələr kooperativ üzvlərinin
ümumi yığıncağında iclasda
iştirak edənlərin sadə səs
çoxluğu ilə qəbul edilir (əgər
bu dəyişiklik və əlavələrin
xarakteri ümumi yığıncağın
çağrılması haqqında bildirişdə
öz əksini tapmışdırsa).
17.3. Kooperativ üzvlərinin
ümumi yığıncağının qərarı ilə
kooperativin nizamnaməsində
dəyişikliklər və əlavələr
qanunvericiliklə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına
alınmalıdır.
17.4. Kooperativin nizamnaməsinə
edilən dəyişikliklər və əlavələr
dövlət qeydiyyatına alındığı
vaxtdan qüvvəyə minir.
IV fəsil
Kooperativdə üzvlük
Maddə 18. Kooperativin üzvləri
18.1. İstehsal kooperativinin
nizamnaməsini qəbul edən, onun
fəaliyyətində şəxsi əməyi ilə
iştirak edən, 16 yaşına çatmış
fiziki şəxslər istehsal
kooperativinin üzvü ola
bilərlər. İstehsal
kooperativindəki işi onun üzvü
üçün əsas iş yeri olmalıdır.
18.2. İstehlak kooperativinin
nizamnaməsini qəbul edən, onun
təsərrüfat fəaliyyətində iştirak
edən fiziki və (və ya) hüquqi
şəxslər istehlak
kooperativlərinin üzvü ola
bilərlər.
18.3. İstehlak kooperativinin
üzvü olan hüquqi şəxslər
kooperativdə qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq
səlahiyyət verdikləri
nümayəndələri vasitəsilə təmsil
olunmalıdırlar.
18.4. Kooperativin
nizamnaməsində ayrı hal nəzərdə
tutulmayıbsa, kooperativin üzvü
başqa təyinatlı kooperativin də
üzvü ola bilər.
18.5. Kooperativin nizamnaməsinə
kooperativ üzvlüyünə qəbul
şərtlərinə aşağıdakıları nəzərdə
tutan əlavə məlumatlar daxil edə
bilər:
18.5.1. kooperativə qəbul edilən
vətəndaşın peşəkarlıq və şəxsi
keyfiyyət səviyyəsi;
18.5.2. müqavilədə nəzərdə
tutulan həcmdə kooperativin
xidmətlərindən istifadə
öhdəliyi;
18.5.3. kooperativ üzvlüyünə
qəbul edilən şəxsin
təsərrüfatının kooperativdən
hansı məsafədə olması;
18.5.4. kooperativ üzvlüyünə
qəbul edilən şəxsin istehsal
etdiyi məhsulun çeşidi və
keyfiyyətinə tələblər;
18.5.5. bu Qanunun və
kooperativin nizamnaməsinə zidd
olmayan və kooperativin
məqsədinə çatmasına kömək edən
digər tələblər.
Maddə 19. Kooperativdə ortaq (assosiativ) üzvlük
19.1. İstehsal və istehlak
kooperativlərində onların
nizamnaməsinə uyğun olaraq ortaq
(assosiativ) üzvlüyə yol
verilir.
19.2. Kooperativə pay haqqı
verən fiziki şəxslər və
təşkilati-hüquqi formasından və
mülkiyyət növündən asılı
olmayaraq hüquqi şəxslər
kooperativin ortaq (assosiativ)
üzvü ola bilərlər. İstehlak
kooperativində kooperativin
işçisi həmin kooperativin ortaq
(assosiativ) üzvü ola bilməz.
19.3. Kooperativin ortaq
(assosiativ) üzvü olmaq istəyən
fiziki və ya hüquqi şəxs
kooperativin idarəetmə orqanına
onun kooperativin ortaq
(assosiativ) üzvlüyünə qəbulu
haqqında rəsmi müraciət edir.
Kooperativin ortaq (assosiativ)
üzvlüyünə qəbul haqqında
kooperativin idarəetmə orqanının
qərarı müşahidə şurası
tərəfindən təsdiq edilməlidir.
19.4. İstehsal kooperativinin
üzvü kooperativdə əmək
fəaliyyətini dayandırdıqda ümumi
yığıncağın qərarı ilə o,
aşağıdakı hallarda kooperativin
üzvlüyündən ortaq (assosiativ)
üzvlüyə keçə bilər:
19.4.1. sağlamlığına və yaşına
görə pensiyaya çıxdıqda;
19.4.2. kooperativdən kənar
seçkili vəzifəyə keçdikdə;
19.4.3. hərbi xidmətdə olduqda;
19.4.4. kooperativin
nizamnaməsində nəzərdə tutulan
digər hallarda.
19.5. Kooperativin ortaq
(assosiativ) üzvünün mütləq
əmlak pay haqqının miqdarı və
pay haqqı üzrə ödənilən
dividendlərin şərtləri,
kooperativin nizamnaməsinə uyğun
olaraq ortaq (assosiativ) üzvlə
kooperativ arasında bağlanan
müqavilə əsasında
müəyyənləşdirilir. Kooperativin
ortaq (assosiativ) üzvünün
mütləq əmlak pay haqqının
miqdarı kooperativin
nizamnaməsində
müəyyənləşdirildikdə
kooperativin digər üzvlərinin
mütləq pay haqqı miqdarından
artıq məbləğdə müəyyənləşdirilə
bilər.
19.6. Kooperativin ortaq
(assosiativ) üzvünün
kooperativin fəaliyyətində şəxsi
əməyi ilə və ya kooperativin
təsərrüfat fəaliyyətində iştirak
etməsi məcburi deyildir.
19.7. Kooperativin ortaq
(assosiativ) üzvü kooperativdə
aşağıdakı hallar istisna olmaqla
səsvermə hüququna malik
deyildir:
19.7.1. ortaq (assosiativ) üzvün
kooperativə üzvlüyünün şərtləri
ilə əlaqədar kooperativin
nizamnaməsinə dəyişikliklər
edildikdə;
19.7.2. əgər o, kooperativin
işçisidirsə. Bu halda iclasda
iştirak edən ortaq (assosiativ)
üzvlərin sayı səs verənlərin
ümumi sayının 20 faizindən çox
olmamalıdır.
Əgər kooperativin ortaq
(assosiativ) üzvlərinin sayı bu
Qanun və kooperativin
nizamnaməsi ilə nəzərdə tutulan
saydan çox olduqda kooperativin
ümumi iclasında iştirak edən
şəxsləri kooperativin ortaq
(assosiativ) üzvlərinin iclası
müəyyən edir.
19.8. Kooperativ ləğv edildikdə
kooperativin ortaq (assosiativ)
üzvünün öz pay haqqını və
kooperativ üzvünə nəzərdə
tutulan, lakin ödənilməyən
dividendi almaq hüququ vardır.
19.9. Pensiyaçı ortaq
(assosiativ) üzvlə kooperativ
arasında yazılı şəkildə
bağlanmış müqaviləyə görə ona
çatası dividend tam və ya
hissə-hissə müxtəlif xidmətlərə
(yanacaqla təmin edilməsi,
torpaq sahəsinin əkilməsi,
ərzaq, yem göndərilməsi və s.)
yönəldilə bilər.
19.10. Ortaq (assosiativ) üzv
kooperativdən çıxdıqda ona pay
haqqının qaytarılması və
dividendin ödənilməsi
kooperativin nizamnaməsi və ya
həmin ortaq üzvlə bağlanmış
müqavilə ilə tənzimlənir.
Maddə 20. Kooperativin üzvlüyünə qəbul
20.1. Kooperativ dövlət
qeydiyyatına alındıqdan sonra
fiziki və hüquqi şəxslər
kooperativə daxil olmaq üçün
kooperativin idarə heyətinə
müraciət edirlər. Kooperativin
idarə heyətinin qərarı
kooperativin müşahidə şurası
olduqda onun tərəfindən,
olmadıqda isə kooperativin ümumi
yığıncağı tərəfindən təsdiq
edilməlidir.
20.2. İstehlak kooperativində
kooperativin nizamnaməsində
digər hal nəzərdə tutulmayıbsa
kooperativə üzvlüklə bağlı
müşahidə şurasının qərarı
yetərli hesab olunur. İstehsal
kooperativində kooperativə üzv
qəbulu və ya qəbuldan imtina
haqqında müşahidə şurasının
qərarı (o olduğu halda)
kooperativ üzvlərinin ümumi
yığıncağı tərəfindən təsdiq
edilməlidir.
20.3. Kooperativə qəbul haqqında
ərizədə kooperativin
nizamnaməsinin tələblərinə əməl
edilməsi, o cümlədən
kooperativin nizamnaməsində
nəzərdə tutulan pay haqqının
ödənilməsi, kooperativin
öhdəliyinə subsidiar məsuliyyət
daşıması və başqa öhdəlik
göstərilməlidir.
20.4. Kooperativ üzvlüyünə
əsaslandırılmış imtina qərarı
ərizəçiyə yazılı şəkildə
bildirilir. Ərizəçi bu qərar
barəsində kooperativin ümumi
yığıncağına şikayət vermək
hüququna malikdir. Kooperativ
üzvlüyünə qəbuldan imtina barədə
ümumi yığıncağın qərarı qəbul
edildikdən sonra ərizəçi
imtinanın səbəblərini aradan
qaldırdıqdan sonra yenidən
müraciət edə bilər.
20.5. Ərizəçi kooperativin idarə
heyətinin qərarının kooperativin
müşahidə şurası və ya kooperativ
üzvlərinin ümumi yığıncağı
tərəfindən təsdiq edildiyi
gündən kooperativ üzvlüyünə
qəbul edilmiş hesab edilir.
20.6. Kooperativ üzvünə üzvlük
kitabçası verilir və orada
aşağıdakılar göstərilir:
20.6.1 pay haqqının forması (pul
vəsaiti, əmlak, o cümlədən
torpaq sahəsi, əmlak hüququ);
20.6.2. mütləq pay haqqının
məbləği və onun ödənilmə tarixi;
20.6.3. əlavə pay haqqının
məbləği və sayı;
20.6.4. artırılmış pay haqqının
məbləği, onun ödənilməsi tarixi;
20.6.5. payın dəyərinin ödənişi
məbləği və bu ödənişlərin
tarixi;
20.6.6. digər məlumatlar.
Maddə 21. Kooperativdə üzvlüyə xitam verilməsi
21.1. Kooperativdə üzvlüyə
aşağıdakı hallarda xitam
verilir:
21.1.1. kooperativdən çıxdıqda;
21.1.2. kooperativin üzvü olan
vətəndaş vəfat etdikdə;
21.1.3. kooperativin üzvü olan
hüquqi şəxs ləğv edildikdə;
21.1.4. kooperativ üzvü pay
haqqını başqasına verdikdə;
21.1.5. kooperativ üzvü
üzvlükdən xaric edildikdə.
21.2. Kooperativin hər bir
üzvünün bu Qanunla və
kooperativin nizamnaməsi ilə
müəyyən edilən qaydada
kooperativdə üzvlüyünü
dayandırmaq hüququ vardır.
21.3. İstehsal kooperativinin
üzvü kooperativdən çıxdıqda iki
həftədən gec olmayaraq
kooperativdən çıxmaq barədə
ərizə ilə kooperativin idarə
heyətinə müraciət etməlidir.
İstehlak kooperativindən çıxmaq
həmin kooperativin
nizamnaməsində nəzərdə tutulan
qaydada həyata keçirilir.
21.4. Kooperativ üzvünün öz
payını kooperativin razılığı ilə
başqasına verməklə kooperativdən
çıxmaq hüququ vardır.
21.5. Kooperativin üzvü olmayan
vətəndaşa pay verilməsinə yalnız
kooperativin razılığı ilə icazə
verilir. Bu halda həmin payın
alınmasında kooperativin üzvləri
üstün hüquqa malikdirlər.
21.6. Kooperativdən çıxan
kooperativ üzvü çıxdığı
tarixdən altı ay müddətində
kooperativ ləğv edildikdə bütün
başqa üzvlər kimi kooperativin
ləğvində iştirak edir.
21.7. Kooperativin üzvü vəfat
etdikdə onun varisi kooperativə
üzv qəbul edilir.
Maddə 22. Kooperativ üzvünün kooperativdən xaric edilməsi
22.1. Kooperativin üzvü cari
maliyyə ili başa çatdıqda
kooperativdən aşağıdakı hallarda
xaric edilə bilər:
22.1.1. bu Qanun və kooperativin
nizamnaməsində nəzərdə tutulan
kooperativ üzvünün vəzifələrini
yerinə yetirmədikdə;
22.1.2. bu Qanunu və
kooperativin nizamnaməsini
pozmaqla kooperativə ziyan
vurduqda;
22.1.3. mühasibat hesabatları
haqqında düzgün olmayan məlumat
təqdim etdikdə;
22.1.4. üzrsüz səbəb olmadan
istehsal kooperativinin
fəaliyyətində şəxsi əməyi ilə
iştirak etmədikdə;
22.1.5. istehlak kooperativinin
fəaliyyətində bir il iştirak
etmədikdə;
22.1.6. üzvü olduğu kooperativlə
rəqabət aparan başqa
kooperativin və ya təşkilatın
fəaliyyətində iştirak etdikdə;
22.1.7. bu Qanuna və
kooperativin nizamnaməsinə zidd
olmayan digər əsaslar olduqda.
22.2. Kooperativ üzvünün
kooperativdən xaric edilməsi
məsələsinə əvvəlcə idarə
heyətində baxılır və onun qərarı
müşahidə şurasında və sonra
kooperativ üzvlərinin ümumi
yığıncağında təsdiq edilir.
İstehlak kooperativində
üzvlükdən xaric olunma qaydası
kooperativin nizamnaməsi ilə
müəyyən edilir. İdarə heyətinin
və ya müşahidə şurasının üzvləri
yalnız kooperativin üzvlərinin
ümumi yığıncağında kooperativdən
xaric edilə bilərlər.
22.3. Kooperativdə üzvlük idarə
heyətinin kooperativ üzvünə onun
xaric edilməsi barədə rəsmi
məlumat təqdim etdiyi vaxtdan
dayandırılır.
22.4. Kooperativ üzvlüyündən
xaric edilən şəxsin bu Qanunun
37-ci maddəsində müəyyən edilən
qaydada pay almaq hüququ vardır.
Maddə 23. Kooperativdən çıxan üzvə payın qaytarılması
23.1. Kooperativdən çıxan
kooperativ üzvünə nizamnamədə
nəzərdə tutulan qaydada və
müddətdə onun əmlak pay haqqının
dəyəri və ya bu əmlak pay
haqqında müvafiq əmlak, habelə
bu əmlak pay haqqının istifadə
edilməsi ilə yeni yaradılmış
əmlakdan ona çatası hissə və
təsərrüfat ilinin yekununa görə
kooperativin mənfəətindən ona
veriləsi hissə kooperativin
nizamnaməsində müəyyən edilmiş
həcmdə, müddətdə və şərtlə
ödənilir.
23.2. Əmlak pay haqqının
istifadə edilməsi ilə yeni
yaradılmış əmlakın dəyəri
kooperativin nizamnaməsində
müəyyən edilmiş qaydada
qiymətləndirilir.
23.3. Üzvlük haqqı qaytarılmır
və artırılmış payın qaytarılması
bu Qanunun 38-ci maddəsində
nəzərdə tutulan qaydada və
həcmdə həyata keçirilir.
23.4. Kooperativ üzvü öz pay
haqqını başqa şəxsə verdiyi
halda kooperativdən çıxan üzvə
əmlak pay haqqı qaytarılmır.
23.5. Kooperativdən çıxan şəxs
çıxdığı vaxta kimi kooperativin
fəaliyyəti nəticəsində yaranmış
borclara görə digər üzvlərlə
birlikdə kooperativdə olan əmlak
pay haqqı həcmində məsuliyyət
daşıyır.
23.6. Kooperativ üzvü vəfat
etdikdə və ya kooperativ üzvü
olan hüquqi şəxs ləğv edildikdə
onların varisi kooperativə üzv
olmadığı hallarda bu maddənin
birinci bəndində göstərilən pay
haqqı, əmlak payı və pul vəsaiti
həmin varisə (hüquqi varisinə)
verilir.
V fəsil
Kooperativin idarə edilməsi
Maddə 24. Kooperativin idarəetmə orqanları
24.1. Kooperativ üzvlərinin
ümumi yığıncağı (müvəkkillərin
yığıncağı), kooperativin idarə
heyəti və (və ya) kooperativin
sədri kooperativin idarə
edilməsini həyata keçirir.
24.2. İstehlak kooperativində
mütləq qaydada, istehsal
kooperativində isə kooperativ
üzvlərinin sayı 50-dən çox
olduqda yaradılan müşahidə
şurası kooperativin icra
orqanlarının fəaliyyətinə
nəzarət edir və onun üzvlərinin
kooperativin adından fəaliyyət
göstərmək ixtiyarı yoxdur.
24.3. Kooperativin icra
orqanları idarə heyəti və (və
ya) onun sədrdir. Onlar
kooperativin fəaliyyətinə cari
rəhbərliyi həyata keçirir və
kooperativ üzvlərinin ümumi
yığıncağına hesabat verir.
24.4. Kooperativin müşahidə
şurasının və idarə heyətinin
üzvləri, habelə kooperativin
sədri yalnız kooperativin
üzvlərindən olmalıdır.
24.5. Müşahidə şurasının və ya
icra orqanının üzvü oxşar
kooperativin üzvü ola bilməz.
Kooperativin bir üzvü eyni
zamanda həm müşahidə şurasının
üzvü, həm də idarə heyətinin və
ya kooperativin sədri ola
bilməz.
24.6. Kooperativin idarəetmə
orqanlarının strukturu, idarə
heyəti üzvlərinin və (və ya)
kooperativin sədrinin və
müşahidə şurası üzvlərinin
seçilməsi və geri çağırılması,
həmçinin kooperativ üzvlərinin
ümumi yığıncağının və ya
müvəkkillər yığıncağının
çağırılması və keçirilməsi
qaydaları bu Qanuna müvafiq
kooperativin nizamnaməsi ilə
müəyyən edilir.
Maddə 25. Kooperativ
üzvlərinin ümumi yığıncağı
25.1. Kooperativ üzvlərinin
ümumi yığıncağı kooperativin ali
idarəetmə orqanıdır və onun
fəaliyyətinə aid bütün
məsələləri həll etmək, o
cümlədən kooperativin idarə
heyətinin və müşahidə şurasının
qərarını təsdiq və ya ləğv etmək
səlahiyyətinə malikdir.
25.2. Kooperativ üzvlərinin
ümumi yığıncağının çağırılması
və keçirilməsi qaydaları bu
Qanunla və kooperativin
nizamnaməsi ilə müəyyən edilir.
25.3. Aşağıdakı məsələlərin
baxılması və haqqında qərar
qəbul olunması kooperativ
üzvlərinin ümumi yığıncağının
müstəsna səlahiyyətinə aiddir:
25.3.1. kooperativin
nizamnaməsinin qəbul olunması,
ona dəyişikliklər və əlavələr
edilməsi;
25.3.2. kooperativin idarə
heyətinin üzvlərinin, idarə
heyəti sədrinin (kooperativin
sədrinin), müşahidə şurası
üzvlərinin seçilməsi və azad
edilməsi, onların fəaliyyəti
barədə hesabatın dinlənilməsi və
onların səlahiyyətlərinə xitam
verilməsi;
25.3.3. kooperativin inkişaf
proqramının, illik hesabatın və
mühasibat balansının təsdiq
edilməsi;
25.3.4. əmlak pay haqqının və
digər ödənişlərin həcminin və
onların kooperativ üzvləri
tərəfindən ödənilmə qaydalarının
müəyyənləşdirilməsi;
25.3.5. kooperativ üzvləri
arasında mənfəətin (gəlirin) və
zərərin bölüşdürülməsi
qaydasının müəyyən edilməsi;
25.3.6. kooperativin torpağının
və əsas istehsal vasitələrinin
özgəninkiləşdirilməsi və onların
əldə edilməsi;
25.3.7. kooperativ fondlarının
növünün, həcminin, onların
formalaşması şərtlərinin və
istifadə qaydalarının müəyyən
edilməsi;
25.3.8. kooperativin digər
kooperativlərə, təsərrüfat
orqanları və cəmiyyətlərinə,
birliklərə, assosiasiyalara
daxil olması, həmçinin onlardan
çıxması;
25.3.9. kooperativ üzvlərinə
kreditlərin verilməsi qaydası və
bu kreditlərin məbləğinin təyin
edilməsi;
25.3.10. kooperativin
nümayəndəlik və filiallarının
yaradılması və ləğv edilməsi;
25.3.11. kooperativin yenidən
təşkili və ləğv edilməsi;
25.3.12. kooperativə üzvlərin
qəbulu (istehsal kooperativi
üçün) və üzvlükdən xaric
edilməsi;
25.3.13. bu Qanunla və
kooperativin nizamnaməsi ilə
müəyyən edilən kooperativin
daxili reqlamentinə aid
sənədlərin təsdiq edilməsi;
25.3.14. bu Qanunla və
kooperativin nizamnaməsi ilə
kooperativ üzvlərinin ümumi
yığıncağının müstəsna
səlahiyyətinə aid edilən digər
məsələlər.
25.4. Bu Qanunun 25.3.1, 25.3.4
- 25.3.6 və 25.3.9-cu maddələri
ilə müəyyən edilən, həmçinin
kooperativin ləğv edilməsinə aid
məsələlər barədə qərar ümumi
yığıncaqda iştirak edən
kooperativ üzvlərinin azı üçdə
iki hissəsi səs verdikdə, qalan
məsələlər isə sadə səs çoxluğu
ilə qəbul edilir. Kooperativin
nizamnaməsində ümumi yığıncağın
müstəsna səlahiyyətinə aid olan
məsələlər üzrə səsverməyə dair
daha yüksək tələblər müəyyən
edilə bilər.
25.5. Kooperativ üzvlərinin
ümumi yığıncağının müstəsna
səlahiyyətinə aid məsələlərin
müzakirə olunacağı haqqında
bildiriş həmin məsələyə dair
səsvermə hüququ olan bütün
kooperativ üzvlərinə mütləq
qaydada göndərilir. Bu qayda
pozulduğu halda kooperativ
üzvlərinin ümumi yığıncağının
qəbul etdiyi qərarın hüquqi
qüvvəsi yoxdur. Kooperativ
üzvlərinin ümumi yığıncağının
müstəsna səlahiyyətinə aid
edilən məsələlərin həlli
kooperativin icra orqanına və ya
müşahidə şurasına verilə bilməz.
Maddə 26. Kooperativ üzvlərinin ümumi yığıncağının çağırılması qaydası və müddətləri
26.1. Kooperativin üzvlərinin
ümumi yığıncağının çağrılması
qaydası və müddətləri
kooperativin nizamnaməsində
nəzərdə tutulur. Kooperativ
üzvlərinin illik ümumi yığıncağı
maliyyə ilinin başa çatmasından
sonra üç aydan gec olmamaq şərti
ilə çağrılır.
26.2. Kooperativ üzvlərinin
illik və növbədənkənar ümumi
yığıncağının keçirilməsi
vəzifəsini kooperativin idarə
heyəti, kooperativin idarə
heyətinin səlahiyyətləri
dayandırıldığı halda isə
kooperativin müşahidə şurası
həyata keçirir.
26.3. Kooperativ üzvlərinin
növbədənkənar ümumi iclasının
çağırılması kooperativin idarə
heyətinin öz təşəbbüsü və ya
kooperativin müşahidə şurasının,
kooperativin üzvlərinin onda
birinin tələbi ilə çağırıla
bilər.
26.4. Kooperativ üzvlərinin
ümumi yığıncağı açıq və ya gizli
səsvermə yolu ilə keçirilə
bilər.
26.5. Kooperativin idarə
heyətinin üzvləri və onun sədri
(kooperativin sədri) və müşahidə
şurasının üzvləri (müfəttiş)
gizli səsvermə yolu ilə seçilir.
26.6. Kooperativin
nizamnaməsində nəzərdə tutulan
digər hallarda və ya kooperativ
üzvlərinin ümumi yığıncağında
iştirak edən kooperativ
üzvlərinin onda birindən az
olmayan hissəsinin tələbi ilə
gizli səsvermə keçirilə bilər.
Qalan hallarda açıq səsvermə
keçirilir.
26.7. Kooperativin üzvlərinin
ümumi yığıncağının
çağırılmasını, onun gündəliyini,
keçirildiyi yeri, tarixi və
vaxtı göstərən bildiriş 7 gündən
gec və 30 gündən tez olmamaqla
kooperativin üzvlərinə yazılı
formada qəbzlə verilir, ya da
poçtla göndərilir.
26.8. Kooperativ üzvlərinin sayı
300 nəfəri keçdikdə kooperativin
nizamnaməsində nəzərdə tutula
bilər ki, kooperativin ümumi
yığıncağının çağırılması barədə
bildiriş 30 gündən gec olmayaraq
kooperativin nizamnaməsində
göstərilən dövrü mətbuatda nəşr
edilsin.
Bu maddədə göstərilən qaydanın
pozulması ilə gündəlikdə olan
məsələlərə dair qərar qəbul
edilə bilməz.
26.9. Kooperativ üzvündən
kooperativ üzvlərinin ümumi
yığıncağında iştirak etməməsi
barədə yazılı formada alınan
məlumat onun kooperativin
üzvlərinin ümumi yığıncağının
çağırılması barədə məlumatlı
olduğunu göstərir.
26.10. Kooperativ üzvlərinin
ümumi yığıncağının qərarından
məhkəməyə şikayət verilə bilər.
Maddə 27. Müvəkkillərin yığıncağı
27.1. Üzvlərinin sayı 200-dən
çox olan kooperativlərdə
kooperativin nizamnaməsinə uyğun
olaraq kooperativ üzvlərinin
ümumi yığıncağı müvəkkillərin
yığıncağı formasında keçirilə
bilər.
27.2. Müvəkkillərin sayı
kooperativ üzvlərinin maliyyə
ilinin sonuna olan sayına uyğun
olaraq kooperativin idarə heyəti
tərəfindən müəyyən edilir.
27.3. Bu Qanunun və kooperativin
nizamnaməsinin kooperativ
üzvlərinin ümumi yığıncağı
barədə müddəaları müvəkkillərin
yığıncağına da şamil edilir.
27.4. Müvəkkillərin seçkisi açıq
və ya gizli səsvermə yolu ilə
kooperativin nizamnaməsinə uyğun
olaraq keçirilir. Nizamnamədə
aşağıdakılar müəyyən edilir:
27.4.1. müvəkkil seçilən
kooperativ üzvlərinin sayı;
27.4.2. müvəkkilərin səlahiyyət
müddəti;
27.4.3. müvəkkillərin seçilməsi
qaydası.
27.5. Müvəkkillər öz
səlahiyyətlərini kooperativin
digər üzvlərinə və başqa
şəxslərə verə bilməzlər.
Maddə 28. Kooperativ üzvlərinin ümumi yığıncağının (müvəkkillərin yığıncağının) qərar qəbul etmə qaydaları
28.1. Kooperativin
nizamnaməsi ilə digər hallar
nəzərdə tutulmayıbsa qərarların
qəbulu zamanı yetərsay aşağıdakı
hallarda müəyyən edilir:
28.1.1. kooperativ üzvlərinin
ümumi yığıncağında səs hüququ
olan kooperativ üzvlərinin ümumi
sayının 50 faizindən az
olmadıqda;
28.1.2. müvəkkillərin
yığıncağında müvəkkillərin ümumi
sayının üçdə iki hissəsindən çox
olduqda.
28.2. Bu Qanunda və kooperativin
nizamnaməsində digər hallar
nəzərdə tutulmayıbsa, kooperativ
üzvlərinin ümumi yığıncağı
qərarları səs çoxluğu ilə qəbul
edir.
28.3. Müəyyən olunmuş qaydada
pay haqqı ödəməyən kooperativ
üzvünün səsvermədə iştirak etmək
hüququ yoxdur.
28.4. Kooperativ üzvü onun
tutduğu seçkili vəzifədən və ya
kooperativin qarşısında olan
öhdəliyindən azad edilməsi,
həmçinin ona qarşı iddia
tələbləri irəli sürülməsi barədə
qərar qəbul edildikdə səsvermədə
iştirak etmir.
28.5. Kooperativin daxil olduğu
ittifaqın (assosiasiyanın)
kooperativin ümumi yığıncağında
iştirak etməyə səlahiyyət
verilmiş nümayəndəsi
kooperativin ümumi yığıncağında
məşvərətçi səs hüququna
malikdir. Kooperativin üzvü
olmayan digər şəxslər yalnız
ümumi yığıncağın qərarı ilə
kooperativin ümumi yığıncağında
iştirak edə bilərlər və onların
kooperativ üzvlərinin ümumi
yığıncağında kooperativ
üzvlərini və ya kooperativin
ortaq (assosiativ) üzvlərini
təmsil etmək hüququ yoxdur.
Maddə 29. Kooperativin icra orqanları və onların səlahiyyətləri
29.1. Kooperativin icra
orqanı kooperativin idarə
heyətidir. O, kooperativin cari
fəaliyyətinə rəhbərliyi həyata
keçirir və onu təsərrüfat və
başqa münasibətlərdə təmsil
edir.
29.2. Kooperativin
nizamnaməsində kooperativ
üzvlərindən birinin kooperativin
sədrinin seçilməsi nəzərdə
tutula bilər və o, eyni zamanda
kooperativin idarə heyətinin
sədri olur. Üzvlərinin sayı
25-dən az olan kooperativlərdə
kooperativin nizamnaməsində
yalnız kooperativin sədri və
onun müavininin (müavinlərinin)
seçilməsi nəzərdə tutula bilər.
29.3. Kooperativin sədri,
kooperativin idarə heyəti
kooperativin üzvlərindən
kooperativin ümumi yığıncağında
5 maliyyə ilindən çox olmayan
müddətə seçilirlər.
29.4. Kooperativin idarə heyəti
əgər kooperativin nizamnaməsində
digər hal müəyyən edilməyibsə üç
nəfərdən az olmamalıdır.
29.5. Kooperativin idarə
heyətinin səlahiyyətlərinə
aşağıdakı məsələlərin həll
edilməsi aid edilir:
29.5.1. kooperativin üzvlüyünə
və ya kooperativin ortaq
(assosiativ) üzvlüyünə qəbul və
üzvlüyükdən çıxmaq barədə
ərizələrə baxılması və müvafiq
qərar qəbul edilməsi;
29.5.2. kooperativin ortaq
(assosiativ) üzvləri ilə
müqavilənin imzalanması;
29.5.3. kooperativdən çıxan
şəxslərə qaytarılacaq payın
miqdarı və ödənilmə formasının
təsdiq edilməsi, habelə torpaq
sahəsinin verilməsi ilə pay
qaytarıldıqda torpaq sahəsinin
yerinin müəyyən edilməsi;
29.5.4. kooperativ üzvlərinin
ümumi yığıncağının gündəliyinin
formalaşması və onun
çağırılması;
29.5.5. kooperativ üzvlərinin
ümumi yığıncağının səlahiyyətinə
aid olmayan əqdlərin bağlanması;
29.5.6. üzvlük pay haqqı
formasında verilən pul olmayan
ödənişlərin bazar dəyərinin
təsdiq edilməsi;
29.5.7. bu Qanunla, kooperativin
nizamnaməsi və kooperativ
üzvlərinin ümumi yığıncağının
qərarı ilə nəzərdə tutulan digər
məsələlərin həll edilməsi.
29.6. Kooperativin idarə heyəti
kooperativin nizamnaməsinə uyğun
olaraq kooperativ üzvlərinin
ümumi yığıncağı tərəfindən
təsdiq olunmuş əsasnamə əsasında
fəaliyyət göstərir. Kooperativin
nizamnaməsində və kooperativin
idarə heyəti haqqında əsasnamədə
kooperativ üzvləri arasında
vəzifə bölgüsü nəzərdə tutula
bilər.
29.7. Kooperativin sədri
kooperativin adından
etibarnaməsiz hərəkət edir,
dövlət və bələdiyyə
orqanlarında, idarəetmə
orqanlarında və təşkilatlarda
kooperativi təmsil edir,
kooperativin nizamnaməsinə uyğun
olaraq kooperativin əmlakına
sərəncam verir, müqavilələr
bağlayır və etibarnamə verir,
banklarda və digər kredit
təşkilatlarda hesab açır,
kooperativin işçilərini isə
qəbul edir və çıxarır, onların
işini təşkil edir, kooperativ
üzvlərinin və işçilərinin icra
etməli olduqları əmr və
sərəncamlar verir, kooperativin
nizamnaməsində nəzərdə tutulan
digər səlahiyyətləri yerinə
yetirir.
29.8. Kooperativin idarə
heyətinin vəzifələrinin bəziləri
kooperativ üzvlərinin ümumi
iclasının qərarı ilə
kooperativin nizamnaməsində
nəzərdə tutulan icraçı direktora
verilə bilər.
29.9. Kooperativ sədrinin və
kooperativin idarə heyəti
üzvlərinin əmək haqqını
kooperativin istehsalının və
digər təsərrüfat fəaliyyətinin
həcmindən, həmçinin kooperativ
idarə heyətinin üzvlərinin
yerinə yetirdiyi işlərin
həcmindən asılı olaraq
kooperativ üzvlərinin ümumi
yığıncağı müəyyən edir.
29.10. Kooperativin sədri və
kooperativin idarə heyətinin
üzvləri kooperativin idarə
edilməsini həyata keçirərkən bu
Qanun və kooperativin
nizamnaməsi ilə müəyyən edilən
məhdudiyyətlərə əməl
etməlidirlər. Kooperativin sədri
və kooperativin idarə heyətinin
üzvləri kooperativin üzvlərinin
ümumi yığıncağı qarşısında
hesabat verirlər.
29.11. Kooperativin sədri və ya
kooperativin idarə heyətinin
üzvləri və ya kooperativin
icraçı direktoru bu Qanun və
kooperativin nizamnaməsi ilə
müəyyən edilən qaydada çağırılan
kooperativ üzvlərinin ümumi
yığıncağının qərarı ilə
istənilən vaxt öz vəzifələrini
yerinə yetirməkdən azad edilə
bilərlər.
29.12. Yalnız kooperativin
sədrinin seçilməsi nəzərdə
tutulduqda kooperativin idarə
heyətinin bu Qanunla müəyyən
edilən səlahiyyətini və
vəzifəsini kooperativin sədri
həyata keçirir.
Maddə 30. Kooperativ sədrinin və kooperativin idarə heyəti üzvlərinin məsuliyyəti
30.1. Kooperativin sədri və
kooperativin idarə heyətinin
üzvləri kooperativin ümumi
maraqlarını üstün tutmalı,
səlahiyyətlərini həyata
keçirməklə əlaqədar onlara məlum
olan xidməti və (və ya)
kommersiya sirləri olan
informasiyaların gizli
saxlanmasını təmin edən
tədbirlər görməlidirlər.
30.2. Kooperativin idarə heyəti
üzvlərinin qeyri-qanuni
hərəkətləri (və ya
hərəkətsizlikləri) nəticəsində
kooperativə dəyən ziyanının
kooperativə ödənilməsi
məhkəmənin qərarı əsasında
həyata keçirilir.
30.3. Kooperativin idarə
heyətinin üzvlərinin fəaliyyəti
kooperativin ümumi yığıncağının
qərarına əsaslandığı halda onlar
kooperativə dəyən ziyanı
ödəmirlər.
30.4. Kooperativin icraçı
direktoru kooperativlə bağlanmış
əmək müqaviləsində göstərilən
şərtlərə uyğun qaydada
məsuliyyət daşıyır.
Maddə 31. Kooperativin müşahidə şurası
31.1. Kooperativin müşahidə
şurası kooperativ üzvlərinin
ümumi yığıncağında üç nəfərdən
az olmayan tərkibdə kooperativ
üzvlərindən seçilir. Müşahidə
şurasının qərar qəbul etmək
qaydaları kooperativin
nizamnaməsi ilə müəyyən edilir.
31.2. Kooperativin müşahidə
şurası üzvünə kooperativin
fəaliyyətinə görə heç bir
mükafat almaq hüququ verilmir.
Müşahidə şurası üzvləri
vəzifələrini yerinə yetirdikdə
əmələ gələn xərclər kooperativ
üzvlərinin ümumi yığıncağının
qərarı ilə ödənilir.
31.3. Kooperativ üzvlərinin
ümumi yığıncağı kooperativin
nizamnaməsində nəzərdə tutulmuş
hallarda müşahidə şurası
üzvlərinin səlahiyyətinə
vaxtından əvvəl xitam verə
bilər. Belə qərar qəbul etmək
üçün kooperativin üzvlərinin
ümumi yığıncağında iştirak
edənlərin üçdə ikisindən az
olmayaraq səs tələb olunur.
31.4. Kooperativin müşahidə
şurasının üzvü eyni zamanda
kooperativin sədri, ya da
kooperativin idarə heyətinin
üzvü ola bilməz.
31.5. Kooperativin müşahidə
şurasının sədri və onun müavini
müşahidə şurası üzvləri
içərisindən müşahidə şurası
üzvlərinin yığıncağı tərəfindən
üç il müddətə seçilir.
31.6. Kooperativin müşahidə
şurasının yığıncağı üç ayda bir
dəfədən az olmayaraq keçirilir
və kooperativin müşahidə şurası
üzvlərinin həmin yığıncağında
iştirak edən bütün üzvlərin
imzaladığı protokolla
rəsmiləşdirilir.
Maddə 32. Kooperativin müşahidə şurasının səlahiyyətləri
32.1. Kooperativin müşahidə
şurası kooperativin idarə
heyətinin və kooperativin
sədrinin fəaliyyətinə nəzarəti
həyata keçirir. Kooperativin
müşahidə şurası kooperativin
idarə heyətindən, kooperativin
sədrindən və ya kooperativin
icraçı direktorundan onların
fəaliyyəti barədə hesabat, hər
hansı bir məsələyə dair arayış
tələb etmək, həmçinin
kooperativin sənədləri ilə tanış
olmaq, kooperativin kassasının
vəziyyətini, qiymətli kağızların
olmasını, ticarət sənədlərini
yoxlamaq, inventarizasiya və
başqa yoxlamalar aparmaq hüququ
vardır.
32.2. Kooperativin müşahidə
şurası kooperativin illik
gəlirlərinin bölüşdürülməsi
haqqında rəy verir. Kooperativin
müşahidə şurası lazım bildiyi
halda növbədənkənar audit
yoxlaması aparılması barədə
kooperativin idarə heyəti və ya
sədri qarşısında məsələ qaldıra
bilər. Bu halda yoxlamanın
nəticələri barədə kooperativ
üzvlərinin ümumi yığıncağına
məlumat verilir.
32.3. Kooperativin müşahidə
şurası kooperativ üzvlüyünə
qəbul və kooperativ üzvlüyündən
çıxmaq barədə müraciətlərə rəy
verir.
32.4. Kooperativin müşahidə
şurası kooperativin mənafeyi
üçün zərurət yarandıqda
kooperativ üzvlərinin ümumi
yığıncağını çağırmaq barədə
məsələ qaldırır.
32.5. Kooperativin nizamnaməsi
kooperativin müşahidə şurası
üzvlərinin digər
səlahiyyətlərini də nəzərdə tuta
bilər.
32.6. Kooperativin müşahidə
şurasının üzvlərinin öz
səlahiyyətlərini digər şəxslərə
vermək hüququ yoxdur.
Maddə 33. Kooperativlərə və kooperativlər ittifaqına audit xidməti
33.1. Kooperativlərə və
kooperativlər ittifaqına
qanunvericilikdə nəzərdə tutulan
qaydada kənar və daxili audit
xidməti göstərilir.
33.2. Kooperativlərə və
kooperativlər ittifaqına audit
xidməti sərbəst auditorlar və ya
audit təşkilatları tərəfindən
göstərilə bilər.
33.3. Koopretivlərə və
kooperativ ittifaqlarına audit
xidməti göstərən audit təşkilatı
kooperativlər tərəfindən
istehlak kooperativi formasında
yaradılır və Azərbaycan
Respublikasının
qanunvericiliyinə uyğun
fəaliyyət göstərərək audit
yoxlamaları aparır.
33.4. Kooperativlərin yaratdığı
auditor təşkilatı özünün təsis
sənədlərinə uyğun olaraq onun
tərkibinə daxil olan
kooperativlərin və kooperativ
ittifaqlarının
əlaqələndirilməsini həyata
keçirə bilər, onların əmək
maraqlarını müdafiə edə bilər.
33.5. Bir inzibati rayonda sayı
beşdən az olan kənd təsərrüfatı
kooperativlərinə auditor
təşkilatı yaradılana kimi
özlərinin auditor komissiyasını
yaratmağa və ya bu vəzifəni
kooperativin müşahidə şurasına
həvalə etməyə icazə verilir.
Maddə 34. Kooperativin fəaliyyətinin audit yoxlaması
34.1. Auditor təşkilatı
kooperativin maliyyə-təsərrüfat
fəaliyyətini tənzimləmək,
kooperativ üzvlərinin
maraqlarına zidd olan,
kooperativin fəaliyyətini
pisləşdirən və ya onun iflasına
səbəb olacaq nöqsanların aradan
qaldırılması məqsədi ilə
kooperativdə məcburi auditor
yoxlaması həyata keçirir.
34.2. Kooperativin fəaliyyətinin
məcburi auditor yoxlaması
auditor təşkilatı və ya sərbəst
auditor tərəfindən hər ikinci
maliyyə ili aparılır. Əmlakının
balans dəyəri çox olan
kooperativlərdə kooperativin
nizamnaməsində auditor
yoxlamalarının hər il aparılması
nəzərdə tutula bilər.
34.3. Auditor təşkilatı auditor
yoxlamasının yekununa dair
yazılı nəticəni yoxlanılan
kooperativin idarə heyətinə
göndərir və bu barədə
kooperativin müşahidə şurasını
xəbərdar edir.
34.4. Auditor yoxlamasının
nəticəsi 7 gün müddətində
kooperativin idarə heyəti və
müşahidə şurasının birgə
iclasında müzakirə edilir və
sonra kooperativin üzvlərinin
növbəti ümumi iclasında məruzə
edilir. İdarə heyəti bu iclasın
keçirilmə tarixi barədə auditor
təşkilatına xəbər verməyə
borcludur. Auditor təşkilatının
nümayəndələrinin həmin iclasda
məşvərətçi səs hüququ ilə
iştirak etmək hüququ vardır.
34.5. Auditor yoxlamasının
nəticəsinin daxil olmasından bir
ay müddətində idarə heyəti iclas
çağırmadığı halda və ya auditor
ittifaqı hesab etsə ki, iclasda
kooperativ üzvləri yoxlamanın
yekun nəticəsi ilə lazımi
səviyyədə
məlumatlandırılmayıblar, auditor
təşkilatının bu məsələni
müzakirə etmək üçün kooperativ
üzvlərinin ümumi iclasını
çağırmaq hüququ vardır. Bu
iclasda auditor təşkilatının
təyin etdiyi şəxs sədrlik edir.
34.6. Kooperativ üzvlərinin
ümumi iclası auditor
yoxlamasının nəticəsinə əsasən
kooperativin maraqlarının
müdafiəsi üçün müvafiq tədbirlər
barədə qərar qəbul edir.
34.7. Auditor təşkilatının
kooperativdən auditor
yoxlamasının aparılmasına dair
onunla bağlanmış müqaviləyə
uyğun olaraq auditor
yoxlamasının aparılması ilə
bağlı xərclərin və göstərilən
xidmətin dəyərinin ödənilməsini
tələb etmək hüququ vardır.
34.8. Auditor təşkilatı apardığı
yoxlamalarda aşkar etdiyi
xarakterik nöqsanlar barədə
onların qarşısının alınması
məqsədi ilə onun tərkibinə daxil
olan kooperativləri xəbərdar
edir.
Maddə 36. Xidməti və kommersiya sirrinin saxlanması barədə auditor təşkilatına tələblər
35.1. Auditor təşkilatı
yoxlama apardığı kooperativdə
yoxlama prosesində ona məlum
olan xidmət və kommersiya sirri
tərkibli məlumatların gizli
saxlanması üçün tədbirlər
görməyə borcludur.
35.2. Auditor təşkilatı qanunla
nəzərdə tutulan hallar istisna
olmaqla auditor yoxlamasının
nəticəsində əks olunan
məlumatları açıqlamaq hüququ
yoxdur.
35.3. Auditor təşkilatının
işçiləri auditor yoxlamasına
dair kooperativlə bağlanan
müqavilədə göstərilən müddətdə
kooperativdə əldə etdiyi
məlumatlatrın gizli saxlanmasını
təmin etməyə borcludurlar.
VI fəsil
Kooperativin əmlakı
Maddə 36. Kooperativin əmlakının mənbələri
36.1. Kooperativin əmlakı
özünün və cəlb edilən
vəsaitlərin hesabına yaranır.
Cəlb edilən vəsaitin həcmi
kooperativin ümumi vəsaitinin 50
faizindən çox ola bilməz.
36.2. Kooperativ özünün əmlakını
üzvlərinin pay haqqından, öz
fəaliyyətindən əldə edilən
gəlirdən, həmçinin öz vəsaitini
banklarda yerləşdirməkdən,
qiymətli kağızlardan və başqa
mənbələrdən əldə edilən
gəlirlərdən formalaşdırır.
36.3. Kooperativ ona üzvlərin
pay haqqı kimi verdikləri
əmlakın, həmçinin onun
fəaliyyəti prosesində
kooperativin istehsal və satın
aldığı əmlakın sahibidir.
36.4. Kooperativ öz fəaliyyətini
həyata keçirmək üçün
kooperativin əmlakı olan fondlar
formalaşdırır. Bu fondların
növlərini, həcmlərini, onların
formalaşması və istifadə
qaydalarını bu Qanuna və
kooperativin nizamnaməsinə uyğun
olaraq kooperativ üzvlərinin
ümumi yığıncağı müəyyən edir.
36.5. Kooperativə məxsus əmlakın
müəyyən hissəsinin bölünməz
fonddan ibarət olması
kooperativin nizamnaməsində
nəzərdə tutula bilər. Bölünməz
fondun yaradılması, həcmi və
bölünməz fonda aid edilən
əmlakın növü barədə qərar
kooperativ üzvləri tərəfindən
kooperativin nizamnaməsində
başqa hal nəzərdə tutulmayıbsa
yekdilliklə qəbul edilir.
Kooperativin bölünməz fondunun
həcmi onun öz vəsaitinin xüsusi
çəkisindən asılı olaraq dəyər
ifadəsində müəyyən edilir və
kooperativin mövcud olduğu
müddətdə kooperativ üzvlərinə və
kooperativin ortaq (assosiativ)
üzvlərinə bölünməyən və ya
kooperativdən çıxan üzvə natural
formada verilməyən bina,
tikinti, qurğu, texnika,
avadanlıq, kənd təsərrüfat
heyvanları, toxum, yem və
kooperativin digər əmlakı aid
edilir.
36.6. Kooperativ mütləq qaydada
kooperativin pay fondu həcminin
10 faizindən az olmamaqla
ehtiyat fondu yaradır. Bu fondun
formalaşması qaydası
kooperativin nizamnaməsi ilə
müəyyən edilir.
36.7. Kooperativ üzvlərinin pay
haqqı kimi kooperativə
verdikləri torpaq sahələri və ya
onların hissələri kooperativin
mülkiyyətinə keçmir və onun
bölünməz (və ya ehtiyat) fonduna
aid edilə bilməz. Bölünməz fonda
kooperativin nizamnaməsində
nəzərdə tutulan hallarda
kooperativin mülkiyyətinə keçən,
satın alınan və qanunvericiliyə
uyğun əldə edilən torpaqlar aid
ola bilər.
36.8. Kooperativ üzvlərinin pay
haqqı kimi kooperativə
verdikləri torpaq sahələrindən
kooperativ icarə hüququnda
istifadə edir. Bu halda pay
haqqının həcmi kooperativ
üzvlərinin ümumi yığıncağında
müəyyən edilir.
36.9. Kooperativin üzvü olan və
ya olmayan şəxsin öz
mülkiyyətində olan torpağı
kooperativə bağışlaması
qanunvericiliyə uyğun olaraq
rəsmiləşdirilir və kooperativ
üzvlərinin ümumi yığıncağının
qərarı ilə həyata keçirilir.
Maddə 37. Kooperativin üzvlərinin payı və pay haqqı
37.1. Bölünməz fonda aid
edilən əmlak istisna olmaqla
kooperativin mülkiyyətində olan
əmlak kooperativin nizamnaməsinə
uyğun olaraq onun üzvlərinin
pulla ifadə olunan paylarına
bölünür.
37.2. Kooperativin üzvlərinin
payının və mütləq pay haqqının
həcmi kooperativin təsis
yığıncağında müəyyən edilir.
37.3. İstehsal kooperativlərində
mütləq pay haqqı eyni həcmdə,
istehlak kooperativlərində isə
kooperativ üzvlərinin onun
təsərrüfat fəaliyyətindəki
ehtimal edilən iştirakının
həcminə mütənasib həcmdə müəyyən
edilir.
37.4. Kooperativ üzvləri əlavə
pay haqqı ödəyə bilərlər və bu
payın həcmi və ödənilməsi
şərtləri kooperativin
nizamnaməsi ilə müəyyən edilir.
37.5. Kooperativ pay haqqlarının
uçotunu pul dəyərində aparır.
Kooperativə daxil olan şəxsin
pay haqqı kimi verdiyi torpaq
sahəsinin, torpaq və əmlakın bir
hissəsinin, başqa əmlakın, yaxud
əmlak hüququnun
qiymətləndirilməsi idarə heyəti
tərəfindən aparılır və
kooperativ üzvlərinin ümumi
yığıncağında təsdiq olunur. Pay
haqqı kimi verilən torpaq
sahəsinin qiymətləndirilməsində
həmin sahənin icarə haqqı nəzərə
alınır. Pay haqqlarının
qiymətləndirilməsində mübahisə
doğuran məsələlər meydana
çıxarsa, kooperativin üzvlərinin
ümumi yığıncağının qərarı ilə
qiymətləndirmə müstəqil ekspert
tərəfindən aparıla bilər.
37.6. Qiymətləndirilən əmlakın
dəyərinin mütləq pay haqqının
miqdarından artıq hissəsi
kooperativin üzvünün razılığı
ilə onun əlavə pay haqqına
keçirilir.
37.7. İstehsal kooperativinin
üzvü mütləq pay haqqının 10
faizdən az olmayan hissəsini
kooperativ dövlət qeydiyyatına
alınana kimi, qalan hissəsini
isə kooperativ dövlət
qeydiyyatına alındıqdan sonrakı
bir il müddətində ödəməlidir.
37.8. İstehlak kooperativinin
üzvü mütləq pay haqqının 25
faizdən az olmayan hissəsini
kooperativ dövlət qeydiyyatına
alınana kimi, qalan hissəsini
isə kooperativ dövlət
qeydiyyatına alındıqdan sonrakı
bir il müddətində ödəməlidir.
37.9. Kooperativ üzvlərinin
ümumi yığıncağının qərarı ilə
kooperativin pay fondunun həcmi
hər maliyyə ilinin sonunda
təsdiq edilir və kooperativin
pay fondunun həcmi kooperativin
təmiz aktivlərinin həcmindən çox
ola bilməz. Bu halda pay fondu
mövcud fərq qədər kooperativ
üzvlərinin mütləq pay haqqlarına
və artırılmış pay haqqlarına
mütənasib olaraq azaldılır.
37.10. Pay fondunun artırılması
mütləq pay haqqının və ya
artırılmış payın çoxaldılması
hesabına həyata keçirilir.
37.11. Kooperativin kreditorları
pay fondunun və ya onun
formalaşması müddətinin
azaldılması barədə bu
dəyişikliklərin qüvvəyə
minməsindən sonra bir ay
müddətində xəbərdar
edilməlidirlər. Pay fondunun
həcminin azaldılması barədə
göstərilən məlumat çap
olunduqdan sonra altı ay
müddətində kreditorların tələbi
təmin edilməlidir.
37.12. Dövlət qeydiyyatına
alındıqdan sonra kooperativə üzv
olan şəxs, kooperativin
nizamnaməsində göstərilən
qaydada və müddətdə mütləq pay
haqqı ödəməyə borcludur.
Maddə 38. Kooperativin mənfəəti və zərərinin bölüşdürülməsi
38.1. Kooperativin mənfəəti
və zərərinin bölüşdürülməsi
qaydası maliyyə ilinin
qutarmasından sonra üç ay
müddətində kooperativin
üzvlərinin ümumi yığıncağında
təsdiq edilməlidir.
38.2. Kooperativin mühasibat
balansı ilə müəyyən edilən
mənfəəti aşağıdakı qaydada
bölüşdürülür:
38.2.1. mövcud qanunvericiliyə
uyğun olaraq büdcəyə olan
məcburi ödənişlərin həyata
keçirilməsinə;
38.2.2. ehtiyat fonduna,
stabilləşdirmə fonduna və
kooperativin nizamnaməsi ilə
yaradılması nəzərdə tutulan
digər fondlara;
38.2.3. mənfəətin bölgü üçün
ayrılan hissəsinin 30 faizindən
artıq olmamaqla kooperativ
üzvlərinin əlavə pay haqqlarına
və kooperativin ortaq
(assosiativ) üzvlərinin pay
haqqlarına uyğun hesablanan
dividendlərin verilməsinə;
38.2.4. kooperativ ödənişlərinə.
38.3. Kooperativ ödənişi
istehsal kooperativi üzvünə onun
illik əmək haqqına, istehlak
kooperativi üzvünə isə onun
hesabat ilində kooperativin
təsərrüfat fəaliyyətindəki
iştirakının xüsusi çəkisinə
mütənasib bölüşdürülür.
38.4. Kooperativ ödənişinin 80
faizindən az olmayan hissəsi
kooperativ üzvlərinin artırılmış
pay haqqına yönəldilir, qalan
hissəsi isə kooperativ üzvlərinə
ödənilir.
38.5. Artırılmış pay haqqına
keçirilən vəsait kooperativin
istehsal fondlarının
yaradılmasına və
genişləndirilməsinə və
artırılmış pay haqqlarının
ödənilməsinə istifadə olunur:
Kooperativdə lazımi vəsait
olduqda artırılmış pay
haqqlarının ödənilməsi
kooperativin nizamnaməsi ilə
nəzərdə tutulan qaydada həyata
keçirilir.
38.6. Mühasibat balansı ilə
müəyyən edilən kooperativə
dəymiş zərər istehsal
kooperativi üzvləri arasında
onların əmək haqqının həcminə,
istehlak kooperativi üzvləri
arasında isə onların istehlak
kooperativinin təsərrüfat
fəaliyyətində iştirakının xüsusi
çəkisinə uyğun olaraq
bölüşdürülür.
38.7. İstehsal kooperativinə
dəyən zərər ilk növbədə ehtiyat
fondunun, sonra isə artırılmış
pay haqqının həcminin
azaldılması və ya pay
haqqlarının əlavə ödənişi
hesabına təmin edilir.
Maddə 39. Kooperativ və onun üzvlərinin əmlak məsuliyyəti
39.1. Kooperativ götürdüyü
öhdəliklərə görə ona məxsus
bütün əmlakı ilə cavabdehdir və
öz üzvlərinin öhdəliyinə görə bu
Qanunda nəzərdə tutulan hallar
istisna olmaqla məsuliyyət
daşımır.
39.2. İstehsal kooperativinin
üzvləri kooperativin
öhdəliklərinə görə kooperativin
nizamnaməsində nəzərdə tutulan,
lakin mütləq pay haqqının 0,5
faizindən az olmayan həcmdə
subsidiar məsuliyyət daşıyır.
39.3. İstehlak kooperativinin
üzvləri dəyən ziyanı illik
mühasibat balansı təsdiq
edildikdən sonra 3 ay müddətində
kooperativin ehtiyat fondu
hesabına, ya da əlavə ödənişlər
etməklə ödəməlidirlər. Bu
öhdəlik yerinə yetirilmədiyi
halda mübahisə məhkəmə
qaydasında həll edilir.
39.4. Əvvəl yaradılmış
kooperativə üzv daxil olan şəxs
onun bu kooperativə üzv daxil
olmasından qabaq kooperativin
götürdüyü öhdəliklərinə
məsuliyyət daşımır. Kooperativin
öhdəliyinin yerinə
yetirilməsində çətinlik
yarandığı halda kooperativin
idarə heyətinin yazılı müraciəti
əsasında kooperativə yeni üzv
olan şəxs könüllü qaydada özünün
müəyyən etdiyi həcmdə əmlakla
kooperativin öhdəliyinin yerinə
yetirilməsində iştirak edə
bilər.
39.5. Kooperativ üzvü əmək
fəaliyyətini yerinə yetirərkən
onun günahı üzündən dəymiş
zərərə görə məhdud əmlak
məsuliyyəti daşıyır və bu zərər
onun kooperativdə payının
azaldılması hesabına ödənilir.
39.6. İstehsal kooperativinin
üzvünün öz borclarının
ödənilməsi yalnız o halda onun
payına yönəldilə bilər ki, bu
Qanunda və kooperativin
nizamnaməsində nəzərdə tutulan
qaydada və müddətdə həmin
borcları ödəmək üçün onun başqa
əmlakı olmasın. Kooperativin
üzvünün borcunun ödənilməsi
kooperativin bölünməz fondlarına
və onun torpağına yönəldilə
bilməz.
39.7. Kooperativin pul vəsaiti
olmadıqda borclarının ödənilməsi
onun bölünməz fonda aid edilən
əmlakı, məhsuldar və damazlıq
mal-qarası, kənd təsərrüfatı
texnikası və nəqliyyat vasitəsi
(minik avtomobillərindən başqa),
toxum və yem fondları istisna
olmaqla qalan əmlakına yönəldilə
bilər.
Maddə 40. Kooperativin sənədləşmə və hesabatının aparılması
40.1. Kooperativ mühasibat
hesabatını, həmçinin kooperativ
üzvlərinin ümumi yığıncağının,
idarə heyətinin və müşahidə
şurasının protokollarının,
üzvlük kitabçasının reyestrini
düzgün aparmağa borcludur.
Kooperativin üzvünün və
kooperativin ortaq (assosiativ)
üzvünün kooperativin sənədləşmə
və mühasibat hesabatı ilə tanış
olmaq hüququ vardır.
40.2. Kooperativin illik
hesabatı və mühasibat balansı
auditor ittifaqı yoxladıqdan
sonra kooperativ üzvlərinin
ümumi yığıncağında təsdiq edilir
və vergi orqanına və dövlət
statistika orqanına təqdim
edilir.
40.3. Mühasibat hesabatının
vergi orqanına və dövlət
statistika orqanına təqdim
edilmə müddəti və forması
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən
edilir.
40.4. Kooperativ illik
hesabatında və mühasibat
balansında olan informasiyanın
etibarlığına, həmçinin dövlət
orqanlarına, kooperativ
üzvlərinə verilən və rəsmi
mətbuat orqanlarında dərc edilən
məlumatların doğruluğuna
qanunvericiliklə müəyyən edilən
məsuliyyət daşıyır.
Maddə 41. Kooperativlərdə əmək münasibətləri
41.1. Kooperativlər öz
fəaliyyətini həyata keçirmək
üçün muzdlu işçilər cəlb etmək
hüququna malikdir. İstehlak
kooperativi öz üzvlərindən də
muzdlu işçilər tutmaq hüququna
malikdir.
41.2. Kooperativdə işçilərin
əmək münasibətləri Azərbaycan
Respublikasının əmək
qanunvericiliyi ilə tənzimlənir.
41.3. İşçilərin və istehsal
kooperativi üzvlərinin
kooperativdə işlədikləri müddət
onların əmək kitabçasına
yazılmaqla ümumi və fasiləsiz iş
stajına daxil edilir. Azərbaycan
Respublikasının əmək
qanunvericiliyi ilə müəyyən
edilmiş normalarla (minimum əmək
haqqının məbləği, məzuniyyət
müddəti və s.) müqayisədə
işçilərin və istehsal
kooperativlərinin üzvlərinin
vəziyyətini pisləşdirən
şərtlərin müəyyən olunmasına yol
verilmir.
41.4. Kooperativ öz
gəlirlərindən qanunvericiliklə
müəyyən edilən qaydada vergilər
və digər ödənişlər edir.
41.5. İstehsal kooperativinin
üzvləri və onların varisləri
kooperativlərdə öz ixtisas və
peşəsinə uyğun işlə təmin
olmaqda üstün hüquqa
malikdirlər. Kooperativ üzvünü
həmin kooperativdə işlə təmin
etmək mümkün olmadığı halda
üzvlük hüququ ləğv edilmədən
onun müvəqqəti (3 ilədək) olaraq
başqa yerdə işləmək hüququ
vardır.
41.6. İstehsal kooperativi
kooperativ üzvlərinin əməyinin
ödənişi formalarını, sistemini
və qaydalarını sərbəst müəyyən
edir. Əməyin ödənişi pulla və
natura ilə aparıla bilər.
İstehsal kooperativi üzvlərinin
əmək ödənişi kooperativin
gəlirlərindən və onun şəxsi əmək
iştirakından asılı olaraq
müəyyən edilir.
VII fəsil
Kooperativin yenidən təşkili və ləğv edilməsi
Maddə 42. Kooperativin yenidən təşkili
42.1. Kooperativin yenidən
təşkili (qoşulma, birləşmə,
ayrılma, bölünmə, çevrilmə)
Azərbaycan Respublikasının mülki
qanunvericiliyinə uyğun olaraq
kooperativ üzvlərinin ümumi
yığıncağının qərarı ilə həyata
keçirilir.
42.2. Kooperativin yenidən
təşkili, qanunvericilikdə
nəzərdə tutulan qaydada onun
tərkibindən bir və ya bir neçə
hüququ şəxsin ayrılma və ya
bölünmə formasında baş verdikdə
bu məhkəmənin qərarı ilə həyata
keçirilir.
42.3. Kooperativ yenidən təşkil
edildikdə onun nizamnaməsində
müvafiq dəyişikliklər edilir.
42.4. Kooperativ yenidən təşkil
edildikdə onun hüquq və
öhdəlikləri təhvil-təslim aktı
və bölünmə balansı əsasında
hüquqi varisinə keçir.
42.5. Təhvil-təslim aktı və
bölünmə balansı kooperativ
üzvlərinin ümumi yığıncağında
təsdiq olunur və təsis sənədləri
ilə birlikdə dövlət qeydiyyatı
üçün təqdim edilir.
Maddə 43. Kooperativin ləğv edilməsi
43.1. Kooperativin ləğv
edilməsi onun hüquq və
vəzifələrinin hüquqi varislik
qaydasında digər şəxslərə
keçmədən fəaliyyətinə xitam
verilməsidir.
43.2. Kooperativ aşağıdakı
hallarda ləğv edilir:
43.2.1. kooperativ üzvlərinin
ümumi yığıncağının qərarı ilə, o
cümlədən fəaliyyət müddəti başa
çatdıqda və kooperativin
yaradılmasında qarşıya qoyulan
məqsədə nail olunduqda;
43.2.2. kooperativin yaradılması
zamanı yol verilmiş
qanunvericilik pozuntularını
düzəltmək mümkün olmadıqda
məhkəmə kooperativin
qeydiyyatını etibarsız hesab
etdikdə;
43.2.3. kooperativ qanunla
qadağan olunmuş fəaliyyət növü
ilə məşğul olduqda,
qanunvericiliyin tələblərini
dəfələrlə və ya kobud sürətdə
pozduqda və bu barədə məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü
olduqda;
43.2.4. qanunvericiliklə müəyyən
olunmuş qaydada kooperativ
müflis elan olunduqda;
43.2.5. Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən olumuş digər
hallarda.
Maddə 44. Kooperativin ləğv edilməsi qaydaları
44.1. Kooperativ üzvlərinin
ümumi yığıncağının və ya
kooperativin ləğv edilməsi
barədə qərar qəbul etmiş orqanın
tapşırığı ilə kooperativin idarə
heyəti ləngimədən kooperativin
dövlət qeydiyyatını və hüquqi
şəxslərin dövlət reyestrini
aparan müvafiq icra hakimiyyəti
orqanına bu kooperativin ləğv
edilmə prosesində olması barədə
yazılı şəkildə məlumat
verməlidir. Bu orqan hüquqi
şəxslərin dövlət reyestrində
həmin kooperativin ləğvetmə
prosesində olması barədə məlumat
yerləşdirir.
44.2. Kooperativin ümumi
yığıncağı kooperativin ləğv
edilməsi barədə qərar qəbul
etdiyi halda iclasda kooperativi
ləğv etmə komissiyası yaradılır
və Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə və bu Qanuna
uyğun olaraq kooperativin ləğv
edilməsi qaydası və müddəti
müəyyən edilir.
44.3. Ləğvetmə komissiyası təyin
edildikdən sonra kooperativin
idarə edilməsi ilə bağlı bütün
səlahiyyətlər ləğvetmə
komissiyasına keçir. Ləğvetmə
komissiyası ləğv edilən
kooperativin adından məhkəmədə
çıxış edir.
44.4. Ləğvetmə komissiyası
kooperativin dövlət qeydiyyatı
haqqında məlumat dərc olunan
mətbuat orqanında həmin
kooperativin ləğv edilməsi,
kreditorların tələblərinin
bildirilməsi qaydası və müddəti
barədə məlumatları dərc etdirir.
Bu müddət kooperativin ləğv
edilməsi barədə məlumatın dərc
edildiyi gündən etibarən iki
aydan az ola bilməz.
44.5. Ləğvetmə komissiyası
kreditorları aşkar etmək və
debitor borcların alınması üçün
təbdirlər görür, həmçinin
kooperativin ləğvi barədə
kreditorlara bildiriş göndərir.
44.6. Ləğvetmə komissiyası
kreditorların tələblərinin irəli
sürülməsi müddəti qurtardıqdan
sonra ləğv edilən kooperativin
əmlakının tərkibini, kreditorlar
tərəfindən irəli sürülmüş
tələblərin siyahısını, həmçinin
onlara baxılması haqqında
məlumatları əks etdirən aralıq
ləğvetmə balansını tərtib edir.
44.7. Aralıq ləğvetmə balansını
kooperativin təsisçiləri
(üzvləri) və ya nizamnamə ilə
buna vəkil edilmiş orqan təsdiq
edir.
44.8. Kooperativin ləğvi
haqqında qərar qəbul edildikdən
sonra məcburi pay ödənişlərini
tam ödəməyən kooperativ üzvləri
onu kooperativ üzvlərinin ümumi
yığıncağının müəyyən etdiyi
müddətdə ödəməlidirlər. Ləğvetmə
balansı tərtib edilərkən bu
ödənişlər tam ödənilmiş kimi
hesablanır.
44.9. Kooperativin ləğvetmə
mərhələsində məcburi pay
ödənişləri və ya subsidiar
öhdəliklərin həddinin
artırılmasına icazə verilmir.
44.10. Kooperativin pul vəsaiti
kreditorların tələbini ödəmək
üçün yetərli deyildirsə,
ləğvetmə komissiyası
kooperativin əmlakını açıq
hərraca çıxarır. Ləğv edilən
kooperativin torpağına sərəncam
verilməsi Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən edilən qaydada
həyata keçirilir.
44.11. Kooperativin əmlakı və
pul vəsaiti kreditorların
tələblərini ödəmədikdə
kooperativin üzvləri
kooperativin nizamnaməsində
nəzərdə tutulan həcmdə əlavə
haqq ödəməlidirlər. Əlavə haqqın
həcmi mütləq pay haqqının
həcminə mütənasib qaydada və ya
kooperativin nizamnaməsində
nəzərdə tutulan başqa qaydada
müəyyən edilir.
Maddə 45. Kooperativin ləğv edilməsinin başa çatması
45.1. Ləğvetmə komissiyası
ləğv edilən kooperativin
kreditorlarına ləğvetmə
balansının təsdiq edildiyi andan
Azərbaycan Respublikasının Mülki
Məcəlləsi ilə təsdiq edilmiş
ardıcıllığa uyğun olaraq pul
vəsaitlərini ödəyir.
45.2. Kreditorlarla hesablaşma
qurtardıqdan sonra ləğvetmə
komissiyası ləğvetmə balansı
tərtib edir və balans
kooperativin təsisçiləri
(üzvləri) və ya nizamnamə ilə
buna vəkil edilmiş orqan
tərəfindən təsdiq edilir.
45.3. Kooperativ ləğv edildikdə
onun mülkiyyətində olan və
kooperativin bölünməz fonduna
daxil edilən sosial obyektlər
bölüşdürülməyə məruz qalmır,
kooperativin üzvlərinin ümumi
yığıncağının qərarı əsasında
kooperativin yerləşdiyi ərazinin
bələdiyyəsinə və ya başqa hüquqi
şəxsə verilir.
45.4. Kreditorların iddiası
təmin edildikdən sonra ləğv
edilən kooperativin qalan əmlakı
kooperativin üzvləri arasında
bölünür. Bu halda ortaq
(assosiativ) üzvlərin pay
haqqının dəyəri birinci növbədə
ödənilir. Sonra ləğv edilən
kooperativin üzvlərinə subsidiar
öhdəlik qaydasında ödədikləri
əlavə haqqın və əlavə pay
haqqının dəyəri verilir.
Kooperativin qalan pul vəsaiti
və ya digər əmlakı kooperativin
nizamnaməsində başqa hal nəzərdə
tutulmayıbsa kooperativin
üzvlərinə onların mütləq pay
haqqına mütənasib olaraq
bölünür.
45.5. Kooperativin ləğvi bu
barədə hüquqi şəxslərin dövlət
reyestrinə daxil edildiyi andan
başa çatmış, kooperativ isə
mövcudluğuna son qoymuş sayılır.
45.6. Ləğv edilən kooperativin
sənədləri və mühasibat hesabatı
saxlanılmaq üçün dövlət arxivinə
verilir.
VIII fəsil
Kənd təsərrüfatı kooperasiyasının dövlət tənzimlənməsi
Maddə 46. Kənd təsərrüfatı kooperasiyasının formalaşmasında və inkişafında dövlətin vəzifələri
46.1. Kənd təsərrüfatı
kooperasiyasının formalaşmasında
və inkişafında dövlətin
vəzifələri aşağıdakılardır:
46.1.1. kənd təsərrüfatı
kooperasiyasının formalaşması və
inkişafı ilə bağlı normativ
hüquqi sənədlər hazırlamaq və
qəbul etmək;
46.1.2. kənd təsərrüfatı
kooperasiyasının inkişafı üzrə
dövlət və regional proqramları
qəbul etmək;
46.1.3. aqrar və kooperasiya elm
və təhsil müəssisələrində kənd
təsərrüfatı kooperasiyası üzrə
kadr hazırlığını və
elmi-tədqiqat işlərinin
genişləndirilməsini təmin etmək;
46.1.4. kənd təsərrüfatı
kooperasiyası haqqında aqrar
sahədə çalışan şəxslərin, bu
sahə ilə bağlı dövlət və
bələdiyyə orqanlarının, müəssisə
və təşkilatların işçilərinin
maarifləndirilməsi işini təşkil
etmək;
46.1.5. kənd təsərrüfatı
kooperativlərinin yaradılması və
fəaliyyətinin
genişləndirilməsini aqrar
iqtisadiyyatın prioritet
istiqaməti kimi dəstəkləmək;
46.1.6. kənd təsərrüfatı
sahəsində yaradılan kredit və
sığorta kooperativlərinin
fəaliyyətinin ilk dövrlərində
lazımi köməklik göstərmək;
46.1.7. ölkədə istehsal edilən,
daxili və xarici bazarda satılan
yerli kənd təsərrüfatı
məhsullarının ümumi həcmində
kənd təsərrüfatı
kooperativlərinin payının
artmasına əlverişli şərait
yaratmaq;
46.1.8. güzəştli dövlət
kreditləri və aqrolizinq yolu
ilə istehsal vasitələri
ayrılarkən kənd təsərrüfatı
kooperativlərinin tələbatını
nəzərə almaq;
46.1.9. şəhər əhalisinin kənd
təsərrüfatı məhsulları ilə
təminatını yaxşılaşdırmaq üçün
kooperativ bazarların və
yarmarkaların təşkilini
dəstəkləmək;
46.1.10. kənd təsərrüfatı
kooperativlərinin inkişaf və
fəaliyyət göstəricilərinin
statistik məlumat sisteminin
işlənib hazırlanmasını təşkil
etmək.
46.2. Dövlət və bələdiyyə
mülkiyyətində olan, habelə
yerlərdə istehlak
cəmiyyətlərinin səmərəsiz
fəaliyyət göstərən və ya
fəaliyyəti dayanmış kənd
təsərrüfatı məhsullarının emalı,
tədarükü, satışı
müəssisələrinin, aqroservis və
aqrokimya xidməti səhmdar
cəmiyyətlərin kənd təsərrüfatı
kooperativlərinə çevrilməsi
dəstəklənir.
46.3. Müvafiq icra hakimiyyəti
orqanlarının müəyyən etdiyi
qaydada kənd təsərrüfatı
məhsullarına dövlət sifarişi
hazırlanarkən sifarişdə
kooperativlərin potensialından
maksimum istifadə olunması
nəzərə alınır.
Maddə 47. Kənd təsərrüfatı kooperasiyasının inkişafında bələdiyyələrin vəzifələri
47.1. Kənd təsərrüfatı
kooperasiyasının inkişafında
bələdiyyələrin vəzifələri
aşağıdakılardır:
47.1.1. kənd təsərrüfatı
kooperasiyasının yerli inkişaf
proqramlarını hazırlamaq, təsdiq
etmək və regional proqramların
hazırlanmasında iştirak etmək;
47.1.2. kənd təsərrüfatı
kooperativlərinin yaradılmasını
dəstəkləmək, onların təşkilinə
köməklik göstərmək;
47.1.3. kənd təsərrüfatı
kooperativlərinə ayırdığı pul
vəsaiti, torpaq sahələri,
binalar və digər əmlakla onların
fəaliyyətində ortaq (assosiativ)
üzv kimi iştirak etmək;
47.1.4. kənd təsərrüfatına az
yararlı və ya yararsız
torpaqların kooperativlərin
vəsaiti hesabına yararlı hala
salınaraq istifadə olunması üçün
həmin torpaqların kooperativlərə
satılmasını və ya uzunmüddətli
icarəyə verilməsini təşkil
etmək.
47.2. Bələdiyyələr (əsasən şəhər
və şəhərdə rayon) öz
ərazilərində yaşayan sakinlərin
ucuz və keyfiyyətli kənd
təsərrüfatı məhsulları ilə daha
yaxşı təmin olunması, kənd
təsərrüfatı məhsulları bazarında
rəqabətin genişlənməsi üçün
kooperativlərin müraciəti
əsasında kooperativ bazarlar və
(və ya) yarmarkalar təşkil
etməyə və mövcud kənd
təsərrüfatı bazarlarında
kooperativlərə satış yerləri
ayrılmasına köməklik
göstərməlidirlər.
47.3. Şəhər və şəhərlərdə rayon
bələdiyyələri öz ərazilərindəki
sakinlərin ərzaq təminatını
yaxşılaşdırmaq üçün regionlarda
fəaliyyət göstərən istehsal və
istehlak kooperativləri ilə kənd
təsərrüfatı məhsullarının
satışına dair müqavilələr
bağlamaqla onlara sifarişlər
verib bu məhsulların satışını
stimullaşdırırlar.
Maddə 48. Kənd təsərrüfatı
koopersiyasının inkişafı üzrə
Dövlət Proqramları
48.1. Kənd təsərrüfatı
kooperasiyasının inkişafı üzrə
dövlət proqramları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
təsdiq olunur və aşağıdakıları
nəzərdə tutur:
48.1.1. kənd təsərrüfatı
kooperativlərinin və onların
ittifaqlarının yaradılması və
səmərəli fəaliyyəti üçün
normativ hüquqi bazanın
təkmilləşdirilməsini;
48.1.2. kənd təsərrüfatı
məhsullarının istehsalı, emalı,
satışı, kreditləşmə, sığorta,
maddi-texniki təchizat və digər
xidmət sahələri üzrə kooperativ
infrastrukturlarının
formalaşmasının
stimullaşdırılmasını;
48.1.3. təsərrüfatçılığın
kooperativ formalarına dövlət
himayəsi və maliyyə-kredit
dəstəyi mexanizminin
gücləndirilməsini;
48.1.4. kooperasiya sistemi
vasitəsi ilə kənddə
sahibkarlığın inkişafını və yeni
iş yerlərinin yaradılmasını;
48.1.5. kənd təsərrüfatı
kooperativlərinin və onların
ittifaqlarının elmi,
informasiya-məsləhət və kadr
təminatı sisteminin
yaradılmasını və inkişaf
etdirilməsini;
48.1.6. kənd təsərrüfatı
kooperasiyası sahəsində ali
təhsilli menecerlərin,
auditorların, hüquqşünasların,
digər mütəxəsisslərin
hazırlanmasını və təkrar
hazırlıq keçməsini;
48.1.7. şəhər əhalisinin təzə
kənd təsərrüfatı məhsulları ilə
müntəzəm təmin edilməsi
məqsədilə şəhərlərdə və rayon
mərkəzlərində kooperativ
bazarların və topdansatış
bazalarının yaradılmasını;
48.1.8. kənd təsərrüfatı
kooperasiyasının inkişafı
istiqamətində digər tədbirlərin
həyata keçirilməsini.
Maddə 49. Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət himayəsi
49.1. Kənd təsərrüfatı
kooperasiyasının ali məqsədinin
ölkədə ərzaq bazarının
təminatını stabilləşdirmək,
əhalinin ərzaq təhlükəsizliyini
təmin etmək, məhsuldar və
yaradıcı marağı artırmaq,
iqtisadiyyata daha çox sosial
istiqamət vermək və regionların
sosial-iqtisadi inkişafına geniş
imkanlar yaratmaq olduğunu
nəzərə alaraq Azərbaycan
Respublikasında kənd təsərrüfatı
kooperasiyasının formalaşması və
inkişafına aşağıdakı
istiqamətlər üzrə dövlət
himayəsi göstərilir:
49.1.1. fermer
təsərrüfatlarının, ailə və fərdi
kəndli təsərrüfatlarının
inteqrasiya və kooperasiya
meyllərinin gücləndirilməsi;
49.1.2. kənd təsərrüfatı
kooperativlərinin
yaradılmasının, onların
maddi-texniki bazasının və
istehsal infrastrukturunun
formalaşmasının
stimullaşdırılması;
49.1.3. kənd təsərrüfatı
məhsulları istehsalçılarına
tətbiq edilən vergi, gömrük və
sığorta güzəştləri, habelə
dotasiya və kompensasiyaların
kənd təsərrüfatı istehlak
kooperativlərinə şamil olunması;
49.1.4. kənd təsərrüfatı
kooperativləri tərəfindən
istehsal məqsədilə lizinq yolu
ilə maşın və avadanlıqlar, kənd
təsərrüfatı texnikası, digər
istehsal vasitələri alınmasında
güzəştlər tətbiq edilməsi;
49.1.5. kənd təsərrüfatı
kooperativlərinin, onların
ittifaqlarının
maliyyələşdirilməsini və
kreditləşməsini təmin edən
investisiya fəaliyyətinin
stimullaşdırılması;
49.1.6. kənd təsərrüfatı
kooperasiyasında
informasiya-idarəetmə sisteminin
yaradılması, yüksək sürətli
lokal hesablama şəbəkələrinin
inkişafı;
49.1.7. kənd təsərrüfatı
kooperativlərinə və kənd
sakinlərinə göstərilən
maliyyə-kredit xidmətləri
spektrinin genişləndirilməsi.
49.2. Kənd təsərrüfatı
kooperasiyasının formalaşmasına
və inkişafına dövlət himayəsinin
digər formaları və şərtləri
müvafiq icra hakimiyyəti
orqanları tərəfindən müəyyən
edilir.
Maddə 50. Kənd təsərrüfatı kooperasiyasına maliyyə-kredit dəstəyi
50.1. Kənd təsərrüfatı
kooperasiyasına dövlətin
maliyyə-kredit dəstəyinin
əsasını güzəştli vergilər,
güzəştli kreditlər və güzəştli
subsidiyalar təşkil edir.
50.2. Kənd təsərrüfatı
kooperasiyasına maliyyə-kredit
dəstəyi aşağıdakı hallarda
həyata keçirilə bilər:
50.2.1. kənd təsərrüfatı
kooperasiyasının inkişafına dair
dövlət proqramları qəbul edilib
həyata keçirildikdə;
50.2.2. aqrar-sənaye
kompleksinin inkişafına dair
pilot layihələr həyata
keçirildikdə;
50.2.3. regionların və
bələdiyyələrin sosial-iqtisadi
inkişafına dair xüsusi
proqramlar hazırlandıqda;
50.2.4. hər il təsdiq edilən
dövlət büdcəsində kənd
təsərrüfatının inkişafına
yönəldilən ayırmalar olduqda.
50.3. Dövlət proqramları
çərçivəsində kənd təsərrüfatı
kooperasiyasına ayrılan
vəsaitlərin miqdarının
artırılması və kredit
resurslarının ucuzlaşması
nəzərdə tutulur.
50.4. Kənd təsərrüfatı
kooperasiyasının üzvləri
tərəfindən heyvandarlıq
fermalarının tikintisi və
modernləşdirilməsi, cins
mal-qara, texnika, maşın və
avadanlıqlar alınmasına
uzunmüddətli kreditlər verilir.
50.5. Kredit resurslarının
alınması üçün kənd təsərrüfatı
istehsal kooperativləri
tərəfindən torpaq sahələrinin
girov qoyulmasına geniş imkanlar
yaradılır.
50.6. Yeni yaradılan və
fəaliyyət göstərən istehlak
kooperativlərinə istehsal və
anbar sahəsinin tikintisi və
təmiri, avadanlıq və nəqliyyat
vasitələrinin alınmasına uzun
müddətli məqsədli kreditlər və
subsidiyalar verilir.
50.7. Kənd təsərrüfatı
kooperasiyasına subsidiyaların
verilməsi aşağıdakı istiqamətlər
üzrə aparılır:
50.7.1. ayrı-ayrı məhsul
növlərinin istehsalına verilən
dolayı və birbaşa subsidiyalar;
50.7.2. kənd təsərrüfatı
kooperasiyasına yönəldilən
maddi-texniki və maliyyə
resurslarına (kreditlərə)
verilən subsidiyalar;
50.7.3. kənd təsərrüfatı
məhsulları bazarının
tənzimlənməsinə verilən
subsidiyalar;
50.7.4. kənd təsərrüfatı
məhsullarının sığortalanmasına
tətbiq edilən subsidiyalar.
50.8. Kənd təsərrüfatı
kooperasiyasına maliyyə-kredit
dəstəyinin forma və şərtləri
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 51. Kooperasiya əsasında kənd təsərrüfatında lizinq xidmətinin təşkili
51.1. Kooperasiya əsasında
kənd təsərrüfatında lizinq
xidməti lizinq kooperativlərinin
yaradılmasını, kooperativ
lizinqi, lizinq firmalarının
kənd təsərrüfatı
kooperativlərində və kooperativ
ittifaqlarında üzvlük əsasında
iştirakını və kənd təsərrüfatı
kooperativlərinin lizinq
firmaları ilə əməkdaşlığını
nəzərdə tutur.
51.2. Lizinq kooperativləri kənd
təsərrüfatı məhsulları
istehsalçıları, istehsal və (və
ya) istehlak kooperativləri
tərəfindən iştirakçılara
güzəştli şərtlərlə lizinq
xidməti göstərmək məqsədilə
yaradılır. Lizinq kooperativləri
kommersiya təşkilatları hesab
olunurlar.
51.3. Kooperativ lizinq kənd
təsərrüfatı məhsulları
istehsalçıları, istehsal və (və
ya) istehlak kooperativlərinin
investisiya formasında maliyyə
vəsaitlərini birləşdirərək
lizinq müqaviləsi yolu ilə
maşın, texnika, texnoloji
avadanlıqlar və digər əmlak əldə
edərək istehlak kooperativinin
yaradılmasını nəzərdə tutur.
51.4. Kooperasiya əsasında kənd
təsərrüfatında lizinq xidmətinin
təşkili qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
IX fəsil
Kənd təsərrüfatı məhsullarının satışı və kooperativlər
Maddə 52. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı bazarları
52.1. Kooperativlər dövlət və
bələdiyyə orqanları və digər
hüquqi şəxslərlə birlikdə kənd
təsərrüfatı məhsullarının topdan
satış bazarlarının təşkilində
iştirak edə və ya belə bazarları
sərbəst təşkil edə bilərlər.
52.2. Kənd təsərrüfatı
məhsullarının topdansatış
bazarları əhalisinin sayı 50 min
nəfərdən çox olan şəhərlərdə,
əhalisinin sayı 50 minə qədər
olan şəhər və rayon
mərkəzlərində isə pərakəndə
satış bazarları yaradılır və
onların Azərbaycan
Respublikasının ərazisində
yerləşdirilməsi sxemi müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
52.3. Dövlət və bələdiyyə
mülkiyyətində olan, fəaliyyət
göstərməyən və ya səmərəli
istifadə edilməyən obyektlər
topdansatış və pərakəndə satış
bazarları təşkil etmək üçün
kooperativlərin icarəsinə,
əvəzsiz mülkiyyətinə və ya
etibarlı idarəçiliyinə
qanunvericiliklə müəyyən olunmuş
qaydada verilə bilər. Obyektlər
icarəyə verilərkən dövlət
orqanları və bələdiyyələr icarə
haqqının ödənilməsində,
topdansatış bazarını idarə
edənlər isə bazara məhsul
çıxaran kooperativlərə və digər
məhsul istehsalçılarına bazar
haqqının ödənilməsində güzəştlər
tətbiq edə bilərlər.
52.4. Kənd təsərrüfatı
məhsullarının topdansatış bazar
təsnifatı, onların yaradılması,
fəaliyyəti və tənzimlənməsi
qaydaları qanunla müəyyən
olunur.
52.5. Kənd təsərrüfatı
məhsullarının pərakəndə satışı
aşağıdakı yerlərdə həyata
keçirilir:
52.5.1. kənd təsərrüfatı
məhsullarının satışı ilə məşğul
olan kənd təsərrüfatı
bazarlarında;
52.5.2. kənd təsərrüfatı
məhsullarının satışı ilə məşğul
olan kooperativ bazarlarda;
52.5.3. kənd təsərrüfatı
məhsullarının satışı ilə məşğul
olan ixtisaslaşmış mağazalarda;
52.5.4. xalq istehlakı malları
satışı bazarlarının (universal
bazarların) kənd təsərrüfatı
məhsulları satan xüsusi
şöbələrində (hissəsində);
52.5.5. müvəqqəti və mövsümi
təşkil edilmiş kənd təsərrüfatı
məhsulları satıışı
yarmarkalarında;
52.5.6. məhsul istehsalı
sahəsində və məhsul saxlanan
obyektlərdə.
52.6. Pərakəndə satışı
kooperativin üzvləri,
kooperaivin etibarlı şəxsi və ya
kənd təsərrüfatı məhsullarının
satışı ilə məşğul olan şəxslər
həyata keçirə bilərlər.
52.7. Kənd təsərrüfatı
məhsullarının pərakəndə satış
qiyməti topdansatış qiymətinə
maksimum 15 faiz əlavə olunmaqla
müəyyən olunur.
52.8. Kooperativ, universal və
kənd təsərrüfatı bazarlarında
satıla bilən kənd təsərrüfatı
məhsullarının və onların ilkin
emalı məhsullarının siyahısı
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
52.9. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən topdansatış
kənd təsərrüfatı bazarları
şəbəkəsinin yaradılmasına dair
xüsusi qərar qəbul edilir.
Qərarda bazarların sayı və yeri,
tikintisi üçün tələb olunan
torpaq sahəsi və digər məsələlər
əks olunur.
Maddə 53. Kooperativ bazarlarının təşkili
53.1. Kənd təsərrüfatı
məhsullarının istehsalçıları ilə
istehlakçıları arasında birbaşa
əlaqə yaratmaq, mövcud
bazarlarla rəqabət aparmaq və
qiymətlərin bahalaşmasının
qarşısını almaq məqsədilə
kooperativ bazarlar təşkil
edilir.
53.2. Kooperativ bazarlar kənd
təsərrüfatı məhsullarının satışı
(ticarəti) ilə məşğul olan
istehlak kooperativlərinin
nəzdində və onların idarəçiliyi
altında fəaliyyət göstərirlər.
53.3. Azərbaycan Respublikasının
ərazisində kooperativ bazarların
yerləşdirilməsi sxemi müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir və
prosesə dövlət nəzarəti həyata
keçirilir.
53.4. Kooperativ bazarların
yaradılmasını və onlara torpaq
sahələrinin ayrılmasını
kooperativ bazarların yerləşmə
sxeminə uyğun müvafiq icra
hakimiyyəti orqanları və
bələdiyyələr həyata keçirirlər.
53.5. Müvafiq icra hakimiyyəti
orqanları kooperativ bazarların
tikintisi, onların avadanlıq və
nəqliyyat vasitələri ilə təmin
edilməsi üçün güzəştli
kreditlərin ayrılmasında
istehlak kooperativlərinə
köməklik göstərirlər.
53.6. Kooperativ bazarı idarə
edən istehlak kooperativi
bazardakı ticarət yerlərinin ən
azı 50 faizini öz üzvlərinə
verməyə borcludur.
53.7. Kooperativ bazarlarda,
habelə kənd təsərrüfatı
məhsulları bazarlarında ticarət
yerlərinin istehsal
kooperativlərinə və digər məhsul
istehsalçılarına verilməsi
qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən
olunur.
53.8. Kooperativ və kənd
təsərrüfatı bazarlarında
siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
təsdiq olunmuş məhsullardan
başqa digər məhsulların satışına
yol verilmir.
53.9. Kooperativ bazarların
təşkilində istehlak
kooperativlərinə avadanlıq və
digər əmlakın lizinq yolu ilə
verilməsi və onların satın
alınması üçün orta və qısa
müddətli kreditlərin verilməsi
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada
həyata keçirilir.
Maddə 54. Kənd təsərrüfatı bazarlarında kooperativlərə ticarət yerlərinin ayrılması
54.1. Kənd təsərrüfatı
kooperativlərinə, digər kənd
təsərrüfatı məhsulları
istehsalçılarına bazarlarda, o
cümlədən pavilyon, köşk, çadır,
xüsusi bina qalereyalarda
məhsulların satışını həyata
keçirmək üçün bazarı
idarəedənlər tərəfindən xüsusi
avadanlıqlarla təchiz edilmiş
ticarət yerləri ayrılmalıdır.
54.2. Bazarlarda ticarət yerləri
müqavilə əsasında
qanunvericiliklə müəyyən edilmiş
qaydada qeydiyyatdan keçmiş
hüquqi şəxslərə, fərdi
sahibkarlara, həmçinin kənd
təsərrüfatı məhsulları istehsal
edən digər şəxslərə ayrılır.
54.3. Ticarət yerləri kənd
təsərrüfatı məhsulları
istehsalçılarına müqavilədə
nəzərdə tutulan müddətə icarəyə
verilir. Ticarət yerlərinin
bölüşdürülməsində kənd
təsərrüfatı kooperativlərinə
üstünlük verilir.
54.4. Bazarlarda olan ticarət
yerlərində qanunvericiliklə
müəyyən edilmiş qaydada bazarı
idarəedənlər tərəfindən
qeydiyyata alınmış satıcılar
məhsul sata bilərlər.
54.5. Ticarət yerlərində
fəaliyyət göstərən satıcılar
haqqında ətraflı məlumatlar
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada
bazarı idarəedənlər tərəfindən
aparılan satıcıların reyestrində
öz əksini tapır.
54.6. Kənd təsərrüfatı
məhsulları bazarlarında ticarət
yerlərinin, anbarların, yardımçı
və digər binaların minimum və
maksimum sahəsi qanunvericiliklə
müəyyən edilən həcmdə olmalıdır.
54.7. Ticarət yerlərinin
yerləşdirilməsi bazarı
idarəedənlər tərəfindən yanğın,
ictimai qayda-qanun,
sanitar-epidemioloji nəzarət və
digər orqanlarla
razılaşdırılmaqla həyata
keçirilir.
54.8. Ticarət yerlərinin
formalaşması və yerləşdirilməsi
sxeminin təsdiq olunması, kənd
təsərrüfatı məhsullarının satışı
fəaliyyətinin həyata keçirilməsi
qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
54.9. Ticarət yerlərinin
verilməsi üçün müqavilə
bağlanarkən aşağıdakı məlumatlar
təqdim olunmalıdır:
54.9.1. ərizə verən barədə
məlumat:
54.9.1.1. tam və (əgər varsa)
qısaldılmış adı, onun yerləşdiyi
yer, hüquqi şəxslərin dövlət
reyestr nömrəsini təsdiq edən
məlumat;
54.9.1.2. fərdi sahibkarın
soyadı, adı, atasının adı, onun
yerləşdiyi ünvan, onun
şəxsiyyətini təsdiq edən sənəd,
dövlət reyestr xidmətinin
nömrəsi;
54.9.1.3. vətəndaşın soyadı, adı
və atasının adı, onun yaşadığı
yer, şəxsiyyətini və
vətəndaşlığını təsdiq edən
sənəd;
54.9.2. hüquqi şəxslər və fərdi
sahibkarlar üçün vergi
orqanlarından VİÖN-nün
identifikasiya nömrəsi;
54.9.3. ticarət yerlərindən
istifadə etmə məqsədi və üç
aydan çox olmayan verilmə
müddəti;
54.9.4. ərizə verənin cəlb
etdiyi satıcılar haqqında
məlumat (soyadı, adı, atasının
adı), şəxsiyyətini və onun
vətəndaşlığını təsdiq edən
sənəd, onun bazarda məhsul
satmağı barədə hüquqi sənəd;
54.9.5. əmtəə istehsalçıları
barədə, onların istehsal
etdikləri məhsul növləri
haqqında ətraflı məlumat.
54.10. Kənd təsərrüfatı
kooperativlərinə ticarət
yerlərinin verilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
55.11. Əcnəbilərə, vətəndaşlığı
olmayan şəxslərə, xarici hüquqi
şəxslərə bazarlarda ticarət
yerlərinin ayrılması qaydaları
bazarları idarəedənlər
tərəfindən müəyyən edilir.
Maddə 55. Kooperativlər və kənd təsərrüfatı məhsulları yarmarkaları
55.1. Kənd təsərrüfatı
məhsullarının süni
bahalaşmasının qarşısını almaq,
təzə və keyfiyyətli məhsulların
əhaliyə bilavasitə istehsalçı
tərəfindən çatdırılmasını,
istehsal edilən məhsulların
satışının itkisiz və vaxtında
həyata keçirilməsini təmin etmək
üçün müvafiq icra hakimiyyəti
orqanları tərəfindən kənd
təsərrüfatı məhsullarının
yarmarkaları (bundan sonra
yarmarka) təşkil edilir.
55.2. Yarmarkalar iri yaşayış
məskənlərində, rayon
mərkəzlərində və şəhərlərdə
daimi və mövsümi xarakterli
olmaqla təşkil edilir.
Yarmarkalar ayrı-ayrı məhsullar
üzrə və bayramqabağı günlərdə də
keçirilə bilər.
55.3. Yarmarkaların
iştirakçıları kənd təsərrüfatı
koopertivləri və müəssisələri,
fermer təsərrüfatları, həyətyanı
təsərrüfatı olan şəxslər və kənd
təsərrüfatı məhsulları istehsalı
ilə məşğul olan və satıcı kimi
təqdim olunan Azərbaycan
Respublikasının vətəndaşları
hesab olunurlar. Yarmarkalarda
yalnız Azərbaycan
Respublikasının ərazisində
yetişdirilən kənd təsərrüfatı
məhsulları satıla bilər.
55.4. Yarmarkaların Azərbaycan
Respublikasının ərazisində
yerləşdirilməsi sxemi müvafiq
icra hakimiyyəti orqanları
tərəfindən təsdiq edilir.
55.5. Yarmarkaların
fəaliyyətinin təşkili qaydaları
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Qaydalarda yarmarkaların
təşkilinin ümumi müddəaları,
yarmarkaların keçirilməsi üçün
ayrılan meydançaların
vəziyyətinə və avadanlıqlara,
habelə malların satışına və
qiymətqoyma şərtlərinə dair
tələblər və digər məsələlər əks
olunmalıdır.
55.6. Mövsümi fəaliyyət göstərən
yarmarkalar pərakəndə satış
bazarlarından kənar ərazidə
müvafiq icra hakimiyyəti
orqanları tərəfindən, torpaq
ayırma qaydasında sənədləşdirmə
aparmadan, ayrılmış xüsusi
yerlərdə müvəqqəti istifadə üçün
təşkil edilir.
55.7. Daimi fəaliyyət göstərən
yarmarkalar dövlət və bələdiyyə
mülkiyyətində olan və səmərəli
istifadə olunmayan binalarda və
onların ərazilərində təşkil
edilir.
55.8. Yarmarkaların təşkili
(ərazinin müasir tələblər
səviyyəsində qurulması,
avadanlıqlarla təmin edilməsi,
müvafiq infrastrukturun
yaradılması, satılan məhsulların
baytarlıq və
sanitar-epidomioloji
ekspertizasının təşkili və s.)
müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata
keçirilir və bu prosesdə
kooperativlər və onların
ittifaqlarının fəal iştirakı
təmin edilir.
55.9. Yarmarkalarda ticarət
yerləri pulsuz verilir və
satıcılardan heç bir bazar haqqı
yığılmır. Satıcı qismində çıxış
edən təşkilat və fiziki şəxslərə
ticarət yerinin verilməsi üçün
tələb olunan sənədlərin siyahısı
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
55.10. Yarmarkalarda satılan
kənd təsərrüfatı məhsullarının
qiyməti məhsul satıldığı gün
pərakəndə satışda formalaşan
qiymətdən aşağı müəyyən edilir.
55.11. Yarmarkaların təşkili və
fəaliyyəti ilə əlaqədar çəkilən
xərclər dövlətin ayırdığı
subsidiyalar hesabına ödənilir.
Subsidiyaların ayrılması qaydası
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
X fəsil
Kənd
təsərrüfatı kooperasiyası
haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət və
mübahisələrin həlli
Maddə 56. Kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
56.1. Kənd təsərrüfatı
kooperasiyası haqqında
qanunvericiliyin pozulması ilə
nəticələnən aşağıdakı hallar
məsuliyyətə səbəb olur:
56.1.1. kənd təsərrüfatı
kooperativlərinin yaradılmasına,
dövlət qeydiyyatına alınmasına
maneçilik törədilməsi;
56.1.2. kənd təsərrüfatı
kooperativlərinin fəaliyyətinə
qanunsuz müdaxilə;
56.1.3. kənd təsərrüfatı
kooperativləri tərəfindən vergi
qanunvericiliyinin pozulmalsı,
uçot-hesabat sənədlərinin və
statistik məlumatların
saxtalaşdırılması, əməkdaşlıq
müqavilələrinin, öhdəliklərin
yerinə yetirilməməsi;
56.1.4. kənd təsərrüfatı
kooperativlərinə vergi, kredit,
sığorta güzəştlərinin
verilməsinə, dotasiyaların və
kompensasiyaların ayrılmasına
maneçilik törədilməsi,
süründürməçiliyə yol verilməsi;
56.1.5. kənd təsərrüfatı
məhsulları istehsalçılarına,
istehsal və istehlak
kooperativlərinə güzəştli
kreditlərin verilməsində,
əmlakın girov qoyulmasında,
sənədləşmənin aparılmasında
qanunvericiliyin pozulması,
əsassız imtina edilməsi;
56.1.6. kənd təsərrüfatı
məhsulları istehsalçılarına,
kooperativlərə bazarlarda,
yarmarkalarda satış yerlərinin
ayrılmaması, məhsul satışında
haqsız rəqabətə yol verilməsi.
56.2. Kənd təsərrüfatı
kooperasiyası haqqında
qanunvericiliyin pozulması ilə
nəticələnən digər hərəkətlər və
cərimələr Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsi ilə müəyyən olunur.
56.3. Kənd təsərrüfatı
kooperasiyası haqqında
qanunvericiliyin pozulmasında
təqsirkar olan şəxslər
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 57. Mübahisələrin həlli
Kənd təsərrüfatı kooperasiyası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll olunur.
Qeyd: